Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dikdaş
Dikdaş (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Dikdaş dağı — Culfa rayonu ərazisində dağ Dikdaş — Gədəbəy və Ağdərə r-nları sərhədində dağ. Dikdaş — Kəlbəcər rayonu ərazisində dağ; Dikdaş — Tovuz rayonunun c.-unda, Böyük QıĢlaq kəndindən q.-də dağ.
Dippax
Dippax (lüksemb. Dippech) Lüksemburqun cənub-qərbində bir kommuna və kiçik bir şəhərdir. Lüksemburq bölgəsinin bir hissəsi olan Capellen kantonunun bir hissəsidir. Kommunanın inzibati mərkəzi Schouweilerdir. Alzettin qolu olan Mess çayı buradan qalxır. 2005-ci ildən etibarən, kommunanın şimal-şərqində yerləşən Dippach şəhərinin 790 əhalisi var. Kommunanın digər kəndləri arasında Bettange-sur-Mess, Schouweiler və Sprinkange də var.
Dizdar
Dizdar (fars. qala keşikçisi‎) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
Ditak
Ditak — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Dikdaş (Germi)
Dikdaş (fars. ديك داش‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (46 ailə).
Dikdaş (Gədəbəy)
Qızıltorpaq (əvvəlki adı: Dikdaş) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin əhalisinin Qazax rayonunun Dağ Kəsəmən kəndindən və Ağstafa rayonundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almış və Dikdaş adlandırılmışdır. 25 oktyabr 2011-ci ildən kəndin Qızıltorpaq kimi təsdiq olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dikdaş dağı
Dikdaş dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1411,0 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli Pilələr qolunun suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, cənub və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının cənub-qərb qanadında yerləşir.
Ditrix Bukstehude
Ditrix Bukstehude [təqr. 1637, indiki İsveçdəki Helsinqborq,(?) – 9.5.1707, Lübek] — alman bəstəkarı və orqançalanı. == Həyatı == Əslən danimarkalıdır. Musiqiçilər nəslindəndir. Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir. 1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya) Mariyenkirxenin orqançalanı olmuşdur. Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Ditrix Buxtehude,Danimarka-Alman orqan ifaçısıdır.Buxtehude bu gün Barokko dövrünün ən əhəmiyyətli bəstəkarlarından biri sayılır.Əslən danimarkalıdır.Musiqiçilər nəslindəndir.Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir.1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya)Mariyen kirxenin orqançalanı olmuşdur.Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Diderich Buxtehude adı ilə anadan olmuşdur.Onun valideynləri Johannes(HansJensen)Buxtehude və Helle Jespersdatter idi.Atası o dövr Danimarka Monarxiyasının bir hissəsi olan,lakin indi Almaniyada olan Holşteynin Duchy şəhərində(Oldesloe)anadan olmuşdur. Buxtehudenin doğulduğu il və ölkə arasında alimlər mübahisə edirlər.Bir qisim onun Oldesloedə doğulduğunu iddia edirlər.Lakin buna baxmayaraq onun1637-ci ildə Danimarkanın Helsinborg şəhərində anadan olması bilinir.Daha sonralar indiki adı ilə tanınan Ditrix Buxtehude adı altında sənədlərini imzalamışdı. Buxtehudenin təhsilinin başlanğıcı və gənclik illəri haqqında məlumatlar məlum deyil.Şübhəsiz onun musiqi müəllimi atası olmuşdur. Atası Helsingerdəki St Olaf kilsəsində orqanist idi.
Ditrix Buxtehude
Ditrix Bukstehude [təqr. 1637, indiki İsveçdəki Helsinqborq,(?) – 9.5.1707, Lübek] — alman bəstəkarı və orqançalanı. == Həyatı == Əslən danimarkalıdır. Musiqiçilər nəslindəndir. Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir. 1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya) Mariyenkirxenin orqançalanı olmuşdur. Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Ditrix Buxtehude,Danimarka-Alman orqan ifaçısıdır.Buxtehude bu gün Barokko dövrünün ən əhəmiyyətli bəstəkarlarından biri sayılır.Əslən danimarkalıdır.Musiqiçilər nəslindəndir.Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir.1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya)Mariyen kirxenin orqançalanı olmuşdur.Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Diderich Buxtehude adı ilə anadan olmuşdur.Onun valideynləri Johannes(HansJensen)Buxtehude və Helle Jespersdatter idi.Atası o dövr Danimarka Monarxiyasının bir hissəsi olan,lakin indi Almaniyada olan Holşteynin Duchy şəhərində(Oldesloe)anadan olmuşdur. Buxtehudenin doğulduğu il və ölkə arasında alimlər mübahisə edirlər.Bir qisim onun Oldesloedə doğulduğunu iddia edirlər.Lakin buna baxmayaraq onun1637-ci ildə Danimarkanın Helsinborg şəhərində anadan olması bilinir.Daha sonralar indiki adı ilə tanınan Ditrix Buxtehude adı altında sənədlərini imzalamışdı. Buxtehudenin təhsilinin başlanğıcı və gənclik illəri haqqında məlumatlar məlum deyil.Şübhəsiz onun musiqi müəllimi atası olmuşdur. Atası Helsingerdəki St Olaf kilsəsində orqanist idi.
Ditrix Ekkart
Ditrix Ekkart (alm. Dietrich Eckart‎ 23 mart 1868 – 26 dekabr 1923) — Alman jurnalist, dramaturq, şair və siyasətçi. Daha sonra NSDAP-a çevrilən Alman Fəhlə Partiyasının (Deutsche Arbeiterpartei, DAP) qurucularından biri idi. Nasist hərəkatının ilk günlərində Adolf Hitlerə əsas təsir bağışladı. 1923-cü ildə "Pivə zərbəsi"nin üzvü idi. == Erkən həyatı == Ekkart 23 mart 1868-ci ildə Nürnberqdən əxminən 20 mil cənub-şərqdə, Bavariya Krallığının Neumarkt şəhərində kral notariusu və hüquqşünası Kristian Ekkart və dindar katolik olan həyat yoldaşı Annanın oğlu olaraq anadan olmuşdur. Ekkart on yaşında olanda anası öldü və o bir neçə məktəbdən qovuldu. 1895-ci ildə atası öldü və ona Ekkartın tezliklə xərclədiyi xeyli pul qaldı. Ekkart əvvəlcə Erlangendə hüquq, sonra Münhen Lüdviq Maksimilian Universitetində tibb təhsili aldı və qılıncoynatma və içki içən Tələbə Korpunun həvəsli üzvü idi. 1891-ci ildə şair, dramaturq və jurnalist olmağa qərar verdi.
Ditrix Mateşits
Ditrix Mateşits (20 may 1944, Sankt-Marayn[d], Bruk-Mürsuşlaq[d] – 22 oktyabr 2022) — avstriyalı milyarder iş adamı. O, Red Bull GmbH-nin həmtəsisçisi və 49% sahibi idi. 2021-ci ilin oktyabr ayına olan məlumata görə, Mateşitsin xalis sərvəti 25,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Mateşits Unilever və Blendax şirkətində marketinq sahəsində çalışıb. Tailanda səyahət edərkən o, Red Bull-a uyğunlaşdırdığı Krating Daeng içkisini kəşf etdi. 1984-cü ildə Red Bull GmbH-nı təsis etdi və 1987-ci ildə Avstriyada istifadəyə verdi. Onun şirkəti Formula 1-də beş dəfə Konstruktorların Çempionları — Red Bull Racing və qardaş komandası AlphaTauri, həmçinin Red Bull Zalsburq FK və Red Bull Zalsburq FK futbol klubları kimi, dünyanın bir neçə idman komandasını əldə etmiş və ya təsis etmişdir.
Linckia diplax
Linckia guildingi (lat. Linckia guildingi) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.
Marlen Ditrix
Marlen Ditrix (alm. Marlene Dietrich‎; 27 dekabr 1901, Almaniya İmperiyası - 6 may 1992, Paris, Fransa) — ABŞ və Almaniya aktrisası və müğənnisi, seks simvol. == Həyatı == 1901-ci il dekabrın 27-də alman hərbi aristokrat fon Loşun ailəsində anadan olan Mariya Maqdalena fon Loş yüksək səviyyədə təhsil almışdı: fransız və ingilis dillərini əla bilir, ədəbiyyatı, xüsusilə Höte və Rilkeni sevir, fəlsəfəylə maraqlanır, idmanla məşğul olur, royalda gözəl ifa edir və peşəkar skripkaçı olmaq istəyirdi. Veymerdəki pansion-internatın müəllimləri düşünürdülər ki, qızın böyük istedadı var. Amma sol qolunda vətərdə cjiddi problemlər Mariyanın həyatını dəyişdi. Berlinin mərkəzində iri zərgərlik dükanının sahibəsi olan anası Cozefina Falsinq qızını gözəl tərbiyə edirdi. O, qızına həyatın zərbələrinə sinə gərməyi, istənilən işə qarşı sevgini, hisslərini idarə etməyi öyrədirdi. "Marlen" səhnə adını Mariya Maqdalena 13 yaşında fikirləşdi və iki adını birləşdirdi. "Qədim qıfılları açan açar" mənasında olan Ditrix təxəllüsünü teatr məktəbini bitirəndən sonra götürdü. == Karyerası == Əvvəl Marlenə teatrda kiçik rollar tapşırılırdı.
Prokl Diadox
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol, Bizans imperiyası – 17 aprel 485, Afina, Bizans imperiyası) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. == Əsərləri == "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. == Fəlsəfəsi == Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Zeynep Dizdar
Zeynep Dizdar (14 iyul 1976, İstanbul), Türk pop musiqiçisi, söz yazarı.
Ece Dizdar
Ece Dizdar(13 may 1979 və ya 23 noyabr 1981, İstanbul) — O, Türk aktrisa və tərcüməçidir. == Həyatı == 23 noyabr 1981-ci ildə İstanbulda anadan olub. Atasının sualtı qayıqlarda işləməsi səbəbindən uşaqlıq illərində Türkiyənin bir çox şəhərlərində və Pakistan, Belçika, İngiltərə kimi ölkələrdə yaşayıb. O, ümumiyyətlə getdiyi yerlərdə DoDDS Amerika məktəblərində oxuyub. O, 12 yaşında Belçikada məktəb klubu musiqilərində oynayaraq aktyorluğa başlayıb. Orta məktəb illərində musiqili aktyorluq, səs və rəqs ixtisasları üzrə təhsil alıb, uşaq konservatoriyasının tərkibində 2 il səhnəyə çıxıb. Marmara Universitetinin Ünsiyyət fakültəsini bitirdikdən sonra Londona köçən aktrisa ARTSED aktyorluq akademiyasında təqaüdlə aktyorluq təhsilini tamamlayıb və peşəkar aktyorluq karyerasına qədəm qoyub. O, 2002-ci ildə "En Son Babalar Duyar" serialında adını açıqlayıb. İstanbulda "Esir Şehrin İnsanları", "Karakol", "Al Yazmalım", "Şubat", "Güneşi Beklerken" kimi bir çox televiziya layihələrində iştirak edib. Daha sonra rejissorluğu və ssenarisini Onur Ünlü olan "Beş Kardeş" serialında "Taverna şarkıcısı Şevval" obrazını canlandırıb.
Merve Dizdar
Merve Dizdar (25 iyun 1986, İzmir) — türk aktrisası. Kann və Qızıl Portağal kinofestivallarının "Ən yaxşı aktrisa" mükafatları da daxil olmaqla müxtəlif mükafatlara sahibdir. == Həyatı == === Karyerası === Merve Dizdar 25 iyun 1986-cı ildə İzmirdə anadan olub. Çanaqqala 18 Mart Universitetinin Aktyorluq fakültəsini bitirib. Kadir Has Universitetində yüksək səviyyəli aktyorluq proqramı üzrə magistr təhsilini tamamlayıb. Teatr karyerasına Semaver Kumpanya ilə başlayıb və "Craft Theatr"-da davam etdirir. İlk tammetrajlı filmi olan "Bir Ses Böler Geceyi" filmində Cem Davranla birlikdə oynayıb. "Kavak Yelleri", "Geniş Aile", "Bir Yastıkta", "Doksanlar" və "Çılgın Dersane Üniversitede", "Masumlar Apartmanı" kimi seriallarda çəkilib. === Şəxsi həyatı === 2018-ci ildə ailə quran aktrisa 2021-ci ildə həyat yoldaşı Gürhan Altundaşardan boşanıb.
Mahmut Dindar
Mahmut Dindar (1964, Daldərə[d], Van ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mahmut Dindar 1964-cü ildə Van ilinin Gevaş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Vanda alıb. 1989-2015-ci illərdə Erciş Qənd Zavodunda çalışıb. Hazırda təqaüdçüdür. Təqaüdə çıxdıqdan sonra “Sivilizasiyalar Beşiği”ndə Qohumlarını İtirmiş Ailələrin Həmrəyliyi, Birliyi, Yardımı və Mədəniyyət Dərnəyində (MEBYA-DER) çalışıb. 2021-ci ildə dərnəyə qarşı aparılan istintaq çərçivəsində həbs edilib və 1 il həbsxanada saxlanılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir.
İtax
İtax ət-türki (v. 849, Abbasilər xilafəti) — xəzər əsilli xilafət sərkərdəsi. == Həyatı == İtax 815-ci ildə qulam kimi Qafqazdan Abbasilər ordusuna cəlb edilmişdi. Əvvəlcə xəlifənin mətbəxində çalışmışdı. İtax—aşpaz adını da burdan alıb. İtax ət-Türki sonra Xilafət orusundakı Xəzər qoşun kontingentinin sərkərdəsi oldu. Xürrəmilərə qarşı xilafət ordusunda sərkərdələrdən biri idi. Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türk sərkərdələri İtax və Cəfər ibn Dinar başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pul da göndərmişdi.
Oleksandr Didux
Oleksandr Didux (12 fevral 1982) — Ukraynanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Oleksandr Didux Ukraynanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Əhməd Didat
Əhməd Didat (1 iyul 1918, Surat, Britaniya Hindistanı – 8 avqust 2005) — Missioner. == Həyatı == Əhməd Didat 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi. Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır. Beləcə o, Hindistanda İslam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür. Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdı ki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil.
Albert Qottfrid Ditrix
Albert Qottfrid Ditrix (alm. Albert Gottfried Dietrich‎; 8 noyabr 1795, Qdansk, Qərbi Prussiya[d] – 22 may 1856, Berlin) — Almaniya botaniki.
Divdad ibn Məhəmməd
Divdad ibn Məhəmməd — Sacilərin II afşini. Atasının ölümündən sonra cəmi 7 ay taxtda qalmış, əmisi tərəfindən devrilmişdir. Bağdada getmiş Divdad haqda əlavə məlumat yoxdur.
Əbu Sac Divdad
Əbu Sac Divdad — Sacilər sülaləsinin banisi, sərkərdə. == Həyatı == Əbu Sac Divdad Soqdiananın Usruşana vilayətində doğulmuşdu. Atasının adı Divdaştdır. Əbu Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, Afşinin iqamətgahına gətirilməsi münasibətilə çəkilmişdir. 839-cu il də Afşin Heydər ibn Kavus xəlifə əl-Mütəsimin sərəncamı ilə Əbu Sacı Azərbaycanın Xilafətə qarşı çıxmış hakimi Minkicəvr əl-Fərqaniyə qarşı yolladı. Elə həmin il Əbu Sac Xilafətə qarşı üsyan qaldırmış başqa bir yerli hakimin, Təbəristan hakimi Məzyarın cəzalandırılması üçün də göndərilmişdi. Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi kimi yüksək vəzifəyə təyin etdi . 865-ci il ədək Əbu Sac bu vəzifədə qaldı. 865-ci il də Əbu Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzə qarşı Mesopotamiyadakı əl-Mədain şəhərlərinin idarəsi tapşırılmışdı. 866-cı il də Əbu-s-Sac Kufə şəhəri və onun ətrafının canişini təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur.
Aşağı Didan (Urmiya)
Aşağı Didan (fars. ديدان سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 680 nəfər yaşayır (165 ailə).