DİNDAR (dinə, Allaha inanan, din xadimi) Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlar; Din qədri bilib, möminü dindar olacaqdır!.. (M.Ə.Sabir); AĞZIDUALI, MOLLAGUNƏ (köhn.) Hacı Hüseyn həmişə təsbeh çevirən, ağzıdualı, mollagunə bir kişi idi (S.Rəhimov); DİN ƏHLİ Din əhlinə də kəşf olur axırda müəmma; Dinsizliyi dinindən alırmış kişi zira (M.S.Ordubadi); DİNÇİ (Əbu Übeyd:) O, mübarizənin bu qədər uzun sürməsində yerli zənginləri ve dinçiləri təqsirli görür ki, onlar Elxana maddi və mənəvi yardım göstərir (C.Cabbarlı); DİNPƏRƏST Mina xanım dinpərəst fanatiklər kimi öz fəlsəfəsinə, öz qaydasına sadiq olduğundan həyatda başqa fəlsəfələri, başqa qaydalan görmürdü, görmək istəmirdi (M.İbrahimov); DİNPƏRVƏR (köhn.) Üləmayi-izami-dinpərvər; Füqərayi-qəyyuri-hər kişvər (M.Ə.Sabir); MÖMİN Tam meni belə mömin; Belə dindar adam kimi (M.Rahim).