Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dələver çayı
Dələver çayı - Borçalı bölgəsinin Bolnisi rayonu ərazisində kiçik dağ çayı. Maşavera çayının sağ qollarından biridir. Uzunluğu təqribən 30 km.-dir. Mənbəyini dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə yerləşən Bejanazan adlı yerdən götürür və 390 m. hündürlükdə Maşaveraya qovuşur. Çayın düşməsi təqribən 1000 metrə, orta meylliyi 1,9°-yə bərabərdir. Yaz və payız aylarında sel və daşqınların səciyyəvi olduğu çayın aşağı axarları quraqlıq dövrlərdə quruyur. Rayonun Faxralı və İmirhəsən kəndləri bu çayın üzərində yerləşir. Suyundan əkinçilik və bağçılıqda istisadə olunur.
Belebey
Belebey — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasının tərkibinə daxildir.
Bələbəy
Belebey — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasının tərkibinə daxildir.
Dələlər
Dələlər (lat. Mustelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Xırda və orta böyüklükdə olur. Xəzi sıx, tüklü və ya hamar olub, rəngi müxtəlifdir. Quyruğu uzun və tüklüdür. Suda yaşayan dələkimilərin barmaqları arasında dəri büküşlər (pərdə) var. Xüsusi anal vəziləri kəskin qoxulu sekret ifraz edir. Dələkimilərdən dələlər, gəlincik, safsar, əsasən, məməlilər və quşlarla qidalanan yırtıcılardır. Avstraliya və Antarktikadan başqa bütün materiklərdə yaşayır. 28 yaxud 30 cinsi birləşdirən 5 yarımfəsiləsi var.
Telgəy
Telgəy xanım - türk, monqol, buryat və altay mifologiyasında kainat tanrıçası. Teləkəy də deyilir. Bütün kainatı əhatə edər və tarazlıq içində olmasını təmin edir. Harada yaşadığı bilinə bilməz. Əslində hər şey odur. Bir mənada "varlığın birliyi" anlayışının başqa halıdır. Uryanxay monqolcasında iştirak edən bir anlayışdır. Torpaq Tanrıçası olaraq da görünür. == Etimologiya == (Təl/Til) kökündən törəmişdir. Diləmək feli ilə eyni kökdən gəlir.
Bələbəy rayonu
Bələbəy rayonu (başq. Бәләбәй районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Bələbəy kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1869 km² təşkil edir. Ufa şəhərindən 180 km aralıda yerləşir. Ərazisindən Neft (Bələbəy, Aksakov, Usen-Ivanovo, Ilkinskoye, Elizavetinskoy yataqları), əhəngdaşı (Krasno-Zarnitskoe, Mezhgunornoe), qum (Alekseevskoe, Sysoyevskoe, Bələbəy), qum-çınqıl qarışığı (Tuzlukuşevskoye ), kərpic xammalları (Bələbəy) çıxarılır. Ərazisindən İk və onun qolları axır. Boz, tünd boz meşə və qara torpaqlar yayılmışdır. Ərazisinin 39 % meşələr tutur.
Dələlər (yarımfəsilə)
Dələlər (lat. Mustelinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Meleqet hili
Elegeş abidələri
Elegeş abidələri və ya Elegeş abidəsi – 650-ci illərdə yaradılmış və Elegeşt çayı vadisində yerləşən Göytürk abidəsidir. Orxon abidələrindən təxminən 100-150 il əvvəl yazılmışdırlar. == Abidə == İlk yayımlarda "Elegeş abidəsi " olaraq anılan bu abidə 1888-ci ildə Elegeşt çayı vadisində, çayın sol sahilində tapılmışdır. Abidə 1891-ci ildə Klements tərəfindən incələnmiş və kopyalanmışdır. 1892-ci ildə də Oşurkov abidənin eştampajını çıxarıb Vasili Radlova vermişdir. Elegeşt abidəsi 1915-ci ildə Adriyanov tərəfindən Minusinsk muzeyinə gətirilmiş və 19 nömrə ilə qeydiyyata alınmışdır. == Abidənin ölçüləri == Abidə qatı boz rəngdə, 320 x 66 x 20 sm ölçüsündə, üst qismi dar, aşağıya doğru genişləyən qum daşından ibarətdir. Daşın üzərində yuxarıdan aşağıya doğru yarıqlar və çatlar vardır. Abidədə uzunlamasına yazılmış 12 sətir vardır. Abidənin alt qismində ilk yayımlarda müəyyən olmayan damğa vardır.
Buqulma-Belebey yüksəkliyi
Buqulma-Belebey yüksəkliyi (ing. Bugulma-Belebey Upland) — Şərqi Avropa düzənliyinin şərqində, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları, Samara və Orenburq vilayətləri ərazisində pilləli yüksəklik. == Coğrafiyası == Belaya, Kama və Volqa çaylarının sol qollarının suayırıcısıdır. Hündürlüyü 200–400 m-dir. Yamacları çay dərələri ilə parçalanmışdır. Əhəngdaşı, gil və qum daşıdan təşkil olunmuşdur. Karst uçurumları və mağaraları var. Meşə-çöl və çöl landşaftı üstündür. Neft yataqları (Volqa-Ural neftli-qazlı əyaləti) var.
Bələbəy Kazakkol (Uçalı)
Bələbəy Kazakkol (başq. Бәләкәй Ҡаҙаҡҡол, rus. Малоказаккулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 60 km, ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Bələkəy İvanovka (Avurğazı)
Bələkəy İvanovka (başq. Бәләкәй Ивановка, rus. Малая Ивановка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuqazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Nuğazağı stansiyası): 5 km.
Daş-i Dərəgəh (Sulduz)
Daş-i Dərəgəh (fars. داش درگه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 715 nəfər yaşayır (140 ailə).
Dərəgəh-i Lütfullah (Sulduz)
Dərəgəh-i Lütfullah (fars. درگه لطف اله‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 461 nəfər yaşayır (76 ailə).
Dərəgəh-i Oruzxan (Sulduz)
Dərəgəh-i Oruzxan (fars. درگه ارسخان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (83 ailə).