Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəmdəm (Xoy)
Dəmdəm (fars. دمدم‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (12 ailə).
Dəndənə
Dəndənə – araba təkərinin əsas hissəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа arаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı (daşqa-daşka). Arabanın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Bütün hissələr vacib olsa da demək olar ki, təkərsiz arabanı təsəvvür etmək olmaz. Təkər də top və dəndənələrdən ibarətdir - dəndənə təkər çevrəsi ilə topu birləşdirən millərdir.
Dümdümə (Ərdəbil)
Dümdümə (fars. دمدمه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (53 ailə).
Ağayev Həmdəm
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Həmdəm Ağayev
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir. Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir.
Eynşteyn cəmləmə qaydası
Eynşteyn cəmləmə qaydası Albert Eynşteyn tərəfindən, Ümumi Nisbilik Nəzəriyyəsi yazılarkən daha qısa və anlaşıqlı dildə cəmləmə əməliyyatını( ∑ {\displaystyle \sum } ) ifadə etmək məqsədilə gətirilib. Sonralar bu nəzəriyyədən istifadə edən digər alimlər arasında da bu ifadə tərzi yayılmağa başladı. Qayda ondan ibarətdir ki, hər hansı növ tenzorlardan, koordinatlardan ibarət birhədlidə eyni simvol həm alt indeks, həm də üst indeks kimi yazılırsa, bu, o birhədlidə həmin indeks üzrə bütün komponentlərin bir-birilə cəmlənməsi anlamına gəlir: x α x α = ∑ α = 0 m x α x α {\displaystyle x^{\alpha }x_{\alpha }=\sum _{\alpha =0}^{m}{x^{\alpha }x_{\alpha }}} Bu, x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektoru üçün uzunluğun kvadratı( | x → | 2 {\displaystyle |{\vec {x}}|^{2}} ) düsturu olub, x α {\displaystyle x^{\alpha }} — x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektorunun α {\displaystyle \alpha } koordinatını, x α {\displaystyle x_{\alpha }} — x ~ {\displaystyle {\tilde {x}}} yerdəyişmə kovektorunun α {\displaystyle \alpha } koordinatını( x α = g α λ x λ {\displaystyle x_{\alpha }=g_{\alpha \lambda }x^{\lambda }} ), m — koordinatların sayını göstərir. == Skalyar hasil == İki V → = ( V 0 , V 1 , V 2 , V 3 ) {\displaystyle {\vec {V}}=(V^{0},V^{1},V^{2},V^{3})} və U → = ( U 0 , U 1 , U 2 , U 3 ) {\displaystyle {\vec {U}}=(U^{0},U^{1},U^{2},U^{3})} vektoru verilirsə bu vektorların skalyar hasili Eynşteyn cəmləmə qaydası ilə daha qısa şəkildə belə ifadə olunar: V → ⋅ U → = V α U α = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 , U α = g α λ U λ {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{\alpha }U_{\alpha }=V^{0}U_{0}+V^{1}U_{1}+V^{2}U_{2}+V^{3}U_{3},\quad U_{\alpha }=g_{\alpha \lambda }U^{\lambda }} burada g α λ {\displaystyle g_{\alpha \lambda }} — metrik tenzordur. Evklid fəzasının metrikası diaqonal olduğundan və sıfırdan fərqli bütün komponentləri vahidə bərabər olduğundan( g α β = δ β α {\displaystyle g_{\alpha \beta }=\delta _{\beta }^{\alpha }} ) skalyar hasil V → ⋅ U → = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{0}U^{0}+V^{1}U^{1}+V^{2}U^{2}+V^{3}U^{3}} formasını alır.
Dərdimə şərik ol (roman)
Kitabi-Dədəm Qorqud
Kitabi-Dədə Qorqud (Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı)) – Oğuz türk dastanı. Ümumtürk ədəbiyyatının yeganə yazılı eposu. == Haqqında == "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi və Adam Olearinin "Səyahətnamə"lərində bu fakta rast gəlmək olar. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastandakı "Rəsul əleyhüssəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər, bir ər qopdu" ifadəsinə görə dastanın yaranması islamiyyətin meydana çıxdığı ərəfəyə (VII əsr) aid edilir. Dastanın öyrənilməsi alman şəqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Daha sonra Vasili Bartold 1894–1904-cü illərdə dastanın I, II, III, V boylarını ruscaya tərcüməsi i8lə çap etdirir.
Dembele
Dembele — Mali və Qərbi Afrikada daha çox işlədilən soyad. Mahamadu Dembele — Liferinq klubunda çıxış edən Fransa futbolçusu. Usman Dembele — Barselona klubunda çıxış edən Fransa futbolçusu. Bubakar Dembele — Fransa futbolçusu. Karamoko Dembele — İngiltərə futbolçusu. Makan Dembele — Mali futbolçusu. Mana Dembele — Mali futbolçusu. Siraba Dembele — Fransa həndbolçusu. Habib Dembele — Mali yazıçısı və aktyoru. Habiba Dembele — Kot-d'İvuar jurnalisti.
Mahamadu Dembele
Mahamadu Dembele (10 aprel 1999-cu ildə Fransada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransalı futbolçudur. == Klub karyerası == === Liferinq === Dembele Pari Sen-Jermen akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2017-ci ilin iyul ayında Red Bull Zalsburq klubu ilə 2022-cü ilin iyun ayına kimi müqavilə imzalamışdır. Dembele öz peşəkar karyerasında debütünü 21 iyul 2017-ci ildə Kapfenberger klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Dominik Şobozlaini əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 20 oktyabr 2017-ci ildə Floridsdorfer klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və 63-cü dəqiqədə qolla yadda qalmışdır. Birinci Liqa görüşündə Liferinq rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == 2018-ci ildə Dembele Fransanın gənclərdən ibarət milli komandası ilə Finlandiyada keçirilən UEFA U-19 Avropa Çempionatında iştirak etmişdir.
Usman Dembele
Usman Dembele (15 may 1997, Vernon, Fransa) — Liqa 1 təmsilçisi Paris Sen-Jermen FK və Fransa milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur.
Dieqo Demme
Dieqo Demme (21 noyabr 1991, Herford[d], Şimali Reyn-Vestfaliya) — Almaniyalı peşəkar futbolçu. "Napoli" klubunun və Almaniya milli futbol komandasının müdafiəçisi. == Həyatı == Almaniyanın Herford şəhərində anadan olan Demme italyan əsillidir. Onun atası italyan və anası isə almandır. Demmenin atası Dieqo Maradonanın böyük pərəstişkarı olduğu üçun oğluna onun adını qoyub. Amma Dieqo Demmanın uşaqlıqdan ən çox sevdiyi futbolçu Cennaro Qattuzodur. İtalyan atasına görə onun İtaliya pasportu var. == Karyerası == Demme karyerasına Hiddenhauzendəki uşaq futbol məktəbində başlayıb. Gələcəkdə o, 2004-cü ildə "Arminia Bielefeld" klubunun futbol akademiyasına keçənə qədər daha bir neçə futbol bölməsini dəyişdi. 4 dekabr 2010-cu ildə Dieqo peşəkar səviyyədə ilk matçını ikinci Bundesliqada "Greuther" klubuna qarşı keçirdir.