DƏBDƏBƏ

DƏBDƏBƏ (böyük, yaxud kiçik şənlik) Bu şəhər içində görüb duyduğum o hissi-nəşat; Bütün o dəbdəbələr, həp o anlı, şanlı həyat (H.Cavid); BÜSAT Gəlsin məclisimə bu gün istiqbal; Görsün ki, qəlbimdə nə büsat vardır (S.Vurğun); CAH-CALAL Qoyunlar axşamdan kəsilib, soyutma olub cahü cəlal ilə, brovhabrov ilə düşürük yola (Ə.Haqverdiyev); DƏM-DƏSGAH Tələbə adam hansı otaqda dəm-dəsgah düzəldib oğluna belə bir ad qoya bilərdi? (S.Rəhimov); DƏSGAH (böyük şənlik) [Cabbar bəy:] Elə bu dəsgahlardan görünür ki, kişi böyük adamdır; doğru buyurursan (N.Vəzirov); EHTİŞAM İndi bayraq kimi ucaldır zaman; Vətən torpağının ehtişamını (S.Vurğun); QURĞU Zülümünü nümayan eylədin aşkar; Qurğular pozulub, sanlar itibdi (Aşıq Ələsgər); TƏMTƏRAQ Nə təmtəraq, nə zinət; Nə bu sayaq məziyyət; Ruhumu cəzb etməyir; Məni sərinlətməyir (M.Rahim); TƏNTƏNƏ Əlimdə ağ günlərin; Bəxtiyarlıq camıdır; Başladığım təntənə; İstiqlal bayramıdır (M.Rahim).

DƏBBƏ
DƏBDƏBƏLİ

Значение слова в других словарях