Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəmirovlu pir məbədi
Dəmirovlu pir məbədi — Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi. == Haqqında == Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədi XI əsrə aid edirlər. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib. == İstinadlar == == Xarici keçidlər == ""Qarabağ – mədəniyyətimizin beşiyi"". 525.az. İstifadə tarixi: 25 may 2021. "Mədəniyyətimizin beşiyi".
Dəmrovotu
Dəmrovotu (lat. Chelidonium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Dəmrovotu bitkisi laləkimilər Papaveraceae fəsiləsinə aid çoxillik ot bitkisidir. Təbii şəkildə Avropa və Aralıq dənizi, Amerikada rast gəlinir. Müasir fikirlərə görə bu bitkinin yeganə növü böyük dəmrovotudur (Chelidonium majus). Bitkinin latınca adının tərcüməsi qaranquş otu deməkdir. Bu adı ona yunanlar vermişlər: onlar fikir vermişlər ki, dəmrovotu bitkisi qaranquşların gəlməsi ilə çiçəkləyir, uçub getmələrilə isə solur. Bitki əsasən Avropa və Aralıq dənizi ərazisində bitir. Dəmrovotu 1672-ci ildə Amerikaya kolonizatorlar vasitəsilə dəri xəstəliklərinin müalicəsində istifadə edilən dərman bitkisi kimi gətirilmişdir. Rusiyada bitkini bir çox sahələrdə ağır xəstəliklərin (hətta onkoloji) müalicəsində istifadə edildiyinə görə "rus jenşeni" də adlandırırlar.
Böyük dəmrovotu
Böyük dəmrovotu (lat. Chelidonium majus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəmrovotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökləri mil və qol-budaqlı olub, xaricdən qırmızı-qonur, daxili hissəsi isə sarı rənglidir. Gövdəsi 1m-ə qədər, düzqalxan, yuxarıdan budaqlanan, çılpaq, düyünlü və ya tükcüklüdür. Yarpaqları növbəli, yuxarı hissədən göyümtül, oturaq və lələkvari bölünmüş, aşağı hissəsi isə saplaqlıdır. Yarpaq seqmentləri dairəvi yumurtaşəkilli və ya dairəvi-dişciklidir. Çiçək ləçəkləri dörd açıq-sarı, düzgün, uzunluğu 5-10 sm, sadə çətirdən ibarət olmaqla, saplaqlıdır. Kasacığı 2 kasayarpağından ibarət, qınlı, təkyuvalı qutucuqdan ibarət olub, açılan qapayıcı qapağı vardır. Bitkinin bütün hissələrı tünd-sarı rəngli olub, içərisi təbii şirədən ibarətdir.
Çingiz Dəmiroğlu
Çingiz Dəmir oğlu Sadıqov (1944, Kirovabad – 25 yanvar 2015, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990-1995). 1944-cü il yanvar ayının 5-də Gəncə şəhərində anadan olub. 1973-1975-ci illərdə Xanlar rayon Aqrar İstehsalat Birliyinin direktor müavini işləyib. 1975-1990-ci illərdə Xanlar rayon və Gəncə şəhər Partiya Komitələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 1990-1995-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Gəncə şəhər Xalq Deputatları Məclisinin sədri olub. 1999-cu ildə yaradılan Azərbaycan Tərəqqi Partiyasının qurucusu və ilk sədri olub. 2003-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Vahid Azərbaycan Partiyasının prezidentliyə namizədi olub. Daha sonra namizədliyini geri götürüb. Çingiz Dəmiroğlu 25 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat edib. Qəbri Gəncənin Fəxri Xiyabanındadır.
Pullu dəmrov
Pullu dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir. Dəri insanda var olan ən böyük orqandır. Bu orqan üç qatdan təşkil olunmuşdur. 1. En üstdə epidermis. 2. Ortada dermis. 3. Ən altda piy qatı. Pullu dəmrov (PD) xəstələrində patoloji hadisələr epidermis və dermis qatında ortaya çıxır.
Kəmərləyici dəmrov
Kəmərləyici dəmrov (lat. herpes zoster) ― şiddətli ağrı ilə dəridə birtərəfli herpetiform səpgilər ilə xarakterizə olunan viral xarakterli bir xəstəlikdir. Xəstəliyin törədicisi, herpesvirus ailəsinin varicella zoster virusudur ( Varicella zoster ), orqanizmlə ilk təmasda (çox vaxt gənc yaşda) tipik suçiçəyi xəstəliyinə səbəb olur. Suçiçəyi keçirmiş insanlarda virus neyronlarda gizli vəziyyətə keçir. Sonradan, həmin insanların 10-20%-də, əsasən yaşlılarda və zəifləmiş immun sistemi hallarında (daha çox stress nəticəsində), o, daha aktivləşə və kəmərləyici dəmrova səbəb ola bilər. == Terminologiya == Herpesvirus ailəsinin adı q.yun. ἕρπω "sürünmək"; bu söz bu qrupun bütün virusları üçün xarakterik olan infeksiyanın yavaş-yavaş cərəyan edən, təkrarlanan təbiətinə uyğundur. "Zoster" adı ζωστήρ sözündən gəlir (döş qəfəsinin aşağı hissəsini və qarın bölgələri qoruyan kəmər) - kəmər işarəsi ilə aydın şəkildə müəyyən edilmiş izlərin oxşarlığı ilə müəyyən edilir. Xəstəliyinin ingiliscə adı shingles "qayış" mənasını verən latın cingulum sözündən gəlir. Əvvəllər xəstələnməmiş uşaqlar kəmərləyici dəmrov xəstələrlə təmasda olduqda, onlarda tipik suçiçəyi inkişaf edə bilər.