ZİYİLOTU

bax dəmrovotu.
Ziyilotu və ya dəmrovotu köhnə daş divarlarda, meşə kənarlarında, əkinlərdə və zibilli yerlərdə bitən və narıncı süd şirəsi olan çoxillik otdur. M.Qasımov.

Синонимы

  • ZİYİLOTU ZİYİLOTU, DƏMROVOTU (bot.) Ziyilotu və ya dəmrovotu köhnə daş divarlarda meşə kənarlannda, əkinlərdə və zibilli yerlərdə bitən və narıncı süd şirəsi o
ZİYİLLİLİK
ZOD
OBASTAN VİKİ
Ziyilotu
Ziyilotu (lat. Lapsana) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lapsana chondrilloides L. Adi ziyilotu (Lapsana communis L.) Lapsana communis subsp. adenophora (Boiss.) Rech.f. Lapsana communis subsp. alpina (Boiss. & Balansa) P.D.Sell Lapsana communis subsp. grandiflora (M.Bieb.) P.D.Sell Lapsana communis subsp. intermedia (M.Bieb.) Hayek Lapsana communis subsp. macrocarpa (Coss.) Nyman Lapsana communis subsp.
Adi ziyilotu
Adi ziyilotu və ya adi ziyilsəbət (lat. Lapsana communis) — mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü. Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır. == Çiçək == Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur. == Meyvə == Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir. == Çiçəkləməsi == (May) İyun-Avqust == Meyvə verməsi == İyul-Sentyabr == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ.

Значение слова в других словарях