Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəmirçi
Dəmirçi — metalları isti halda mexaniki əzməklə formasını dəyişən sənətkar. Ən qədim peşə növlərindəndir. Dəmirçinin əsas materialı dəmir, çüqun, həmçinin bürünc, mis, alay və başqa əlvan metallardır. Dəmirçi metalı əridərək formaya tökə bilir. Xüsusi formalı ştampların köməyi ilə də metalların emalı mümkündür. Bundan əlavə dəmirçilər metalları dartmaq, burmaq, döymək, nəqşləmək kimi işləri də görə bilirlər. Əridilmiş metalları formya tökməklə hazırlamaq metallara əl ilə froma verməkdən asan iş sayılır. Dəmirçi aşağıdakı alətlərlə işləyit: Çəkic. Böyük çəkic — çəkisi 2–16 kq arasında olur, Dəmirçi əl çəkicləri — çəkisi 0,5–2 kq Dəmirçi mexaniki çəkiclər' — Onlar düşən, oynaq, qayış, buxar, pnevmatik, hidravlik və s. olurlar.
Həmyəli
Həmyəli — Şamaxı rayonunda, Pirsaat çayının sahilindəki Çabanı yaylasında yerləşən kənd. == Tarixi == Həmyəli kəndi Şamaxı rayonunun dağlıq hissəsində, Pirsaat çayının üst hissəsindəki Çabanı yaylasında yerləşir. Kəndin əvvəlki adı "Ərəb Həmyə" olmuşdur. Qədim dövrlərdə, yaşayış məntəqəsi bura köçürülmüş ərəb tayfalarının məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Əhalisi 1102 nəfərdir (2009).
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Ayxan Dəmirçi
Dəmirçi (Həştrud)
Dəmirçi (fars. دميرچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (7 ailə).
Dəmirçi (Masallı)
Dəmirçi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəmirçi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1918 nəfərdir (2009). == Din == Kənddə Dəmirçi kənd məscidi dini icması fəaliyyət göstərir.
Dəmirçi (Miyanə)
Dəmirçi (fars. دميرچي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (36 ailə).
Dəmirçi (Məlikan)
Dəmirçi (fars. دميرچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.018 nəfər yaşayır (229 ailə).
Dəmirçi (Nəqədə)
Dəmirçi (fars. دميرچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər. yaşayır (16 ailə).
Dəmirçi (Sayınqala)
Dəmirçi (fars. دميرچي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (19 ailə).
Dəmirçi (Sədərək)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dəmirçi (Sərab)
Dəmirçi (fars. دميرچي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 429 nəfər yaşayır (82 ailə).
Dəmirçi (dəqiqləşdirmə)
Dəmirçi — metalların döyməklə hazırlanması ilə məşğul olan şəxs. == Kəndlər == Dəmirçi (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Dəmirçi (Sədərək) — Azərbaycanın Sədərək rayonunda kənd. Dəmirçi (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Dəmirçi (Nəqədə) — Dəmirçi (Sayınqala) — Dəmirçi (Məlikan) Dəmirçi (Həştrud) ‎Dəmirçi-i Süfla (Germi) Dəmirçi-i Ülya (Germi) Dəmirçi (Zəngibasar) Qərbi Azərbaycanın Zəngibasar rayonunda bir kənd.
Dəmirçi (Şamaxı)
Dəmirçi — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəmirçi Şamaxı rayonunun eyniadlı kəndin inzibati ərazi vahidində kənddir. Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədar olmuşdur. == Coğrafiya və iqlim == İqlimi mülayimdir, yayda sərin, qışda isə çox da sərt olmur. Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da kəndin üstü həmişə günəşli olur. Kəndin iqlim şəraiti kənar yaşayış məskənlərinkindən fərqlidir. == Əhali == Dəmirçi kəndi Dəmirçi inzibati ərazi vahidinə aiddir.
Dəmirçi (Şərur)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dəmirçi Cəfərli
Dəmirçi Cəfərli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Toponimikası == Erməni mənbələrində kəndin başqa adlarının Günnüd, Günnüd Cəfərli, Günnüd Kalavan olduğu da göstərilir. Çanaxçı kəndinin yaxınlığında Boz Hunnu dağının ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Günnüt Cəfərli kimi qeyd edilmişdir . Kənddə 1873-cü ildə 178 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 333 nəfər, 1904-cü ildə 406 nəfər, 1914-cü ildə 409 nəfər, 1916-cı ildə 383 nəfər azərbaycanlı yaşamışdır, 1918-19 - cu illərdə ermənilər kəndin sakinlərini vəhşicəsinə qırıb dağıtmışlar. Sağ qalanlar öz kəndlərini tərk etməyə məcbur olmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri bu doğma ocaqlarına dönə bilmişdir. 1926-cı ildə burada 25 nəfər azərbaycanlı yaşamışdır. 1929-1930-cu illərdə kənddə yaşayan azərbaycanlılar köçürülmüş və kənd ləğv edilmişdir. Toponim türk tayfasından olan dəmirçilər və Cəfərli etnonimləri əsasında əmələ gəlmişdir.
Dəmirçi Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Dəmirçi nekropolu
Dəmirçi nekropolu — Şərur rayonunun Dəmirçi kəndinin şimalında, Sarıdaş yaxınlığındakı yüksəkliklərdən birində yerləşən arxeoloji abidə. Naxçıvan-Sədərək şossesi nekropolu Dəmirçi kəndindən ayırır. == Tədqiqi tarixindən == Nekropol 1967-ci ildə aşkar edilmişdir. İlkin araşdırmalar zamanı abidənin təxminən 6 ha-lıq sahəni əhatə etdiyi müəyyənləşdirilmişdir. Buradan şərq qərb, şimal-cənub istiqamətində salınmış daş qutu tipli qəbirlər aşkar edilmişdir. 1998, 2001-ci illərdə nekropoldan müxtəlif ölçülü sal daşlar, boz rəngli keramika nümunələri aşkar edilmişdir . Müxtəlif vaxtlarda bu ərazidə tikinti daşları çıxarılarkən tapılan maddi-mədəniyyət nümunələri kənd sakinləri T.Novruzov və H. Ələkbərov tərəfindən toplanaraq mühafizə edilmişdir. Həmin materiallar 5 tunc iynə, 2 sırğa, 1 bilərzik, 47 ədəd muncuq və keramika məmulatı ilə təmsil olunur. Abidədən toplanan yerüstü materialların bir qismi sonralar AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafi ya və Arxeologiya İnstitutunun muzeyinə təhvil verilmişdir. == Aşkarlanmış maddi mədəniyyət nümunələri == Buradan yığılan keramika məmulatı əsasən boz-qara rəngdə olan küpə, kasa, çölmək, xeyrə qədəh və onların fraqmentlərindən ibarətdir.
Həsən Dəmirçi
Həsən Dəmirçi (18 fevral 1941, Təbriz – 24 iyun 2018, Təbriz) — azərbaycanlı milli-mədəni fəal, şair, yazıçı, bəstəkar, musiqiçi. == Həyatı == Həsən Dəmirçi 1941-ci ildə Təbriz şəhərində anadan olub. 1981-ci ildə Təbrizdə küçələrdə ana dili ilə bağlı şüarlar yazdığına görə həbs olunub. 2006-cı ildə Milli Qiyam Günündə Təbrizdəki etirazçılara 30 nəfərlik orkestri ilə konsert verdiyinə görə, eləcə də etirazlara qoşulduğuna görə musiqi məktəbi və orkestri ləğv edilib. İran İnqilab məhkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum olunaraq Təbriz Mərkəzi Həbsxanasına salınıb. Daha sonra vəkil Nağı Mahmudi ona qarşı verilmiş hökmdən şikayətçi olduqdan sonra Həsən Dəmirçi bəraət qazanıb və 6 aydan sonra azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra dəfələrlə təzyiqlərə və təqiblərə məruz qalıb. 2009-cu ildə rəhbərlik etdiyi “Azərbaycan Musiqi Məktəbi” Eteelaat əməkdaşları tərəfindən bağlanıb. Nəticədə 11 musiqi müəllimi işsiz, 200 tələbə isə təhsilsiz qalıb. 2015-ci ilin dekabr ayında İranda və Güney Azərbaycanda yaşayan 1046 türk fəalı Suriya türkmənlərinin qırğınına qarşı çıxaraq onlara dəstək bəyanatı imzalayıblar.
Dəvəçi (Qoşaçay)
Dəvəçi (fars. دوه چي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 457 nəfər yaşayır (107 ailə).
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. == Tarixi == Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Dəvəçi rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. == Tarixi == 1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.