Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəndənə
Dəndənə – araba təkərinin əsas hissəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа arаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı (daşqa-daşka). Arabanın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Bütün hissələr vacib olsa da demək olar ki, təkərsiz arabanı təsəvvür etmək olmaz. Təkər də top və dəndənələrdən ibarətdir - dəndənə təkər çevrəsi ilə topu birləşdirən millərdir.
Dürdanə Araslı
Dürdanə Araslı (9 iyun 1939, Bakı)— fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Araslı Dürdanə Həmid qızı 1939 –cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D.H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon - elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D.H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. • Elmi məqalələrin sayı-170 • Beynəlxalq konfranslarda iştirakının sayı-50 • Xaricdə çıxmış elmi əsərlərinin sayı-88 • İxtiraların sayı-9 • Kadr hazırlığı- 3 fəlsəfə doktoru, 1 elmlər doktoru == Qrant və layihələrdə iştirakı == 1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST.CLGN 978434 2.
Dürdanə Balakişiyeva
Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru. == Həyatı == Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb. == Fəaliyyəti == Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing.
Cəfər Xəndan
Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1948), professor (1949). == Həyatı == Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək). Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925-1929) etmişdir. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932-1941). == Fəaliyyəti == M.F.Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1939). === Müharibə illərində === 1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini olmuşdur (1944-1946).
Xəndan Sultan
Xəndan Sultan (1565, Osmanlı imperiyası – 9 noyabr 1605, Konstantinopol) — 13. Osmanlı sultanı III Mehmedin xanımı və I Əhmədin anası, Validə sultan. == Saraya daxil olmağı == Xəndan Sultan , son araşdırılan Balyos Raporları'na görə Boşnak əsilli və Cərrah Mehmed Paşanın cariyələrindən olan bir qız idi. Gözəlliyindən görə o dövrdə Manisa bayraq bəyi olan III Mehmedə hədiyyə edilmiştir. Yəni qısaca Xəndan Sultan 1583-cü ilin ikinci yarısında hareme girmişdir. Harama addım atmasından sonra Səfiyyə Sultanın ilk gəlini Halime Sultanın anlaşılmazlıqları nəticəsində III . Mehmed'e şəxsən Səfiyyə Sultan tərəfindən təqdim edildiyi aydın olur. 1589-cu ilin ətrafında III Mehmedin yoldaşı olduğu düşünülməkdədir. Daha sonra özünə ''gülər'' ya da ''şən'' mənasına gələn ''Xəndan'' adı verilmişdir . Təmiz əxlaqı ilə özünü hər kəsə sevdirən Xəndan Sultan yaşadığı müddət boyunca oğlu Şahzadə Əhmədin tərbiyəsi ilə maraqlandı.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir. Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir.
Rəfiq Zəka Xəndan
Rafiq (Rəfiq) Zəka Cəfər Xəndan oğlu Hacıyev (16 iyun 1939, Bakı – 7 yanvar 1999, Bakı) — Azərbaycan yazıçısı, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80–90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.
Dandan Beer-Şevaya
Dandan Beer-Şevaya — "Yəhudi Bibliyası"nda doqquz dəfə istifadə edilən ifadə. Bu, şimalda Dan və cənubda Beer-Şeva arasında İsrail qəbilələrinin məskunlaşdığı ərazilərə aid edilir. Bu termin Birinci Dünya müharibəsindən sonra Britaniyanın Fələstin mandatı ilə bağlı danışıqlar zamanı İngiltərə siyasətçiləri tərəfindən istifadə edilən mövqeyə töhfə vermişdir. == Müasir tarix == Birinci Dünya müharibəsindən sonra aparılan sülh danışıqları zamanı "Dandan Beer-Şevaya" ifadəsi Britaniyanın Fələstinin ərazisinin Millətlər Liqasının mandatı olaraq Osmanlı imperiyasından çıxarılması təklifinə töhfə vermişdir. 13 sentyabr 1919-cu ildə Lloyd Corcdan Jorj Klemansoya verilən memorandumda Britaniya Fələstinin "Dandan Beer-Şevaaya qədər qədim sərhədlərinə uyğun olaraq müəyyən ediləcəyi" ifadə edilmişdir.
Denden-qu
Denden məbədi (電電宮, Denden-qu) – Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur. == Tarixi == Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur. Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir. Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir. Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır. 1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir. Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır. Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir. == Xüsusiyyətlər == Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir.
Denden məbədi
Denden məbədi (電電宮, Denden-qu) – Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur. == Tarixi == Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur. Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir. Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir. Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır. 1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir. Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır. Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir. == Xüsusiyyətlər == Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir.
Denden stadionu
Denden stadionu (ing. Denden Stadium) — Eritreyanın Əsməra şəhərində stadion. Tamaşaçı tutumu 10,000 nəfərdir. 1968-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.