Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dənyeyən böcəklər
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Dəriyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Arıyeyən
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Adi arıyeyən
Adi arıyeyən (lat. Pernis apivorus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin arıyeyən cinsinə aid heyvan növü. == Təsviri == Adi arıyeyən qarğadan iridir. Havada boynu görünmür. Quyruğu uzundur və üzərində 3 enli zolaq var. Qanadlarının altı zolaqlıdır. Bel tərəfi tutqun qonur, qarın tərəfi ürəkşəkilli, naxışlıdır. Alınında və gözləri ətrafındakı lələklər ilan pulcuğuna oxşayır. == Yayılması == Avropada və Qərbi Asiyada nəsil verir, Afrikada qışlayır. Azərbaycanda düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Uzunquyruq arıyeyən
Uzunquyruq arıyeyən (lat. Henicopernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Adi uzunquyruq arıyeyən
Adi uzunquyruq arıyeyən (lat. Henicopernis longicauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin uzunquyruq arıyeyən cinsinə aid heyvan növü.
Qara uzunquyruq arıyeyən
Qara uzunquyruq arıyeyən (lat. Henicopernis infuscatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin uzunquyruq arıyeyən cinsinə aid heyvan növü.