DƏNYEYƏN

sif. zool. Ətyeyən quşlardan fərqli olaraq, dən yeməklə keçinən. Toyuq, sərçə, sığırçın, bildirçin və s. dənyeyən quşlardır. – Dənyeyən quşlarda, məsələn, toyuqlarda əzələli mədə xüsusilə yaxşı inkişaf etmişdir.
DƏNTUTUCU
DƏRAĞUŞ
OBASTAN VİKİ
Dənyeyən böcəklər
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Noxud dənyeyəni
Noxud dənyeyəni lat. Bruchus pisorum L.-Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. == Quruluşu == Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. Kürəni-boz rəngdə sıx tükcüklərlə örtülmüşdür. Bığcıqların nəhayəti xeyli yoğundur. Qanadüstlüyü qısa olduğundan qarıncığı tam örtmür. Üzərində qara-qonur və ağ ləkələr vardır. Bığcıqlar, pəncələr və ön ayaq baldırlarının əsası kürəni rəngdədir. Ön döşün yan tərəflərində tükcüklər arasında çətin seçilən iki ədəd mahmız vardır. Yumurtası sarı kəhrəba rəngdədir, nisbətcə iridir.

Значение слова в других словарях