Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəyirmanyanı
Dəyirmanyanı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəyirmandərəsi olmuşdur. Kəndi XIX əsrdə Məlikpəyəsi kəndindən dənkanlı, imamverdiuşağı və Malxələf kəndindən ibrahimuşağı nəsillərinə mənsub ailələr Dəyirman çayının (Həkəri çayının qolu) dərəsində, köhnə dəyirmanın yanında saldıqları üçün yaşayış məntəqəsi əvvəlcə Dəyirman dərəsi, sonralar isə Dəyirmanyanı adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənd 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. == Mədəniyyəti == Kəndin ərazisinə elektrik, rabitə və qaz xətləri çəkilmiş, kənddə ibtidai məktəb, kitabxana mövcud olmuşdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi Kiçik Qafqaz dağ massivinə mənsub olan Qarabağ vulkanik yaylasının ətəyində yerləşir. Kənddən rayon mərkəzinə olan məsafə 23-km-dir.
Dəyirmandağ
Dəyirmandağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndi Gərgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəyirmandağ kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Koruşdu olmuş və ərazidəki eyniadlı bulaqla birlikdə koruşdu nəslinin adını daşımışdır. Sonralar Dərələyəz mahalından muradlı nəslinə mənsub, Qarabağdan qaraqoyunlulara mənsub, Dağıstandan gümüşlü nəslinə mənsub ailələr gələrək bu kənddə məskunlaşmışlar. Kənd ətəyində yerləşdiyi dağın adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd Dəyirmandağın ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Faiq Qəzənfəroğlu — jurnalist-filosof; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri namizədi. Rizvan Cəfərli — hüquqşünas, şair-publisist. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəyirmandağ bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tanrıların yel dəyirmanları
Tanrıların yel dəyirmanları (ing. Windmills of the Gods) — Sidni Şeldonun 1987-ci ildə Triller janrında yazdığı romandır. 1987-ci ildə bu əsərin əsasında mini-serial çəkilmişdir.
Tanrıların yel dəyirmanları (miniserial, 1988)
Tanrıların yeldəyirmanları (ing. Windmills of the Gods) - 1988-ci ildə çəkilmiş mini-serialdır. == Xarici keçidlər == Tanrıların yeldəyirmanları — Internet Movie Database saytında.
Tanrıların yel dəyirmanları (mini-serial, 1988)
Tanrıların yeldəyirmanları (ing. Windmills of the Gods) - 1988-ci ildə çəkilmiş mini-serialdır. == Xarici keçidlər == Tanrıların yeldəyirmanları — Internet Movie Database saytında.
Dəyirmankeşi (Astara, İran)
Dəyirmankeşi (fars. دگرمانكشي‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (44 ailə).