Dəyirmandağ

DəyirmandağAzərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndi Gərgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəyirmandağ kənd Soveti yaradılmışdır.[2]

Dəyirmandağ
40°33′59″ şm. e. 45°41′49″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.359 nəf.
Xəritəni göstər/gizlə
Dəyirmandağ xəritədə
Dəyirmandağ
Dəyirmandağ

Kəndin keçmiş adı Koruşdu olmuş və ərazidəki eyniadlı bulaqla birlikdə koruşdu nəslinin adını daşımışdır. Sonralar Dərələyəz mahalından muradlı nəslinə mənsub, Qarabağdan qaraqoyunlulara mənsub, Dağıstandan gümüşlü nəslinə mənsub ailələr gələrək bu kənddə məskunlaşmışlar. Kənd ətəyində yerləşdiyi dağın adını daşıyır.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Dəyirmandağın ətəyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır.[4]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Faiq Qəzənfəroğlu — Jurnalist-filosof; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri namizədi.
  • Rizvan Cəfərli — Hüquqşünas, şair-publisist.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Kənddə bir klub var.

Kənddə bir orta məktəb, bir doqquzillik məktəb və iki ibtidai məktəb fəaliyyət göstərir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  3. Dəyirmandağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]