Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağarcıq
Dağarcıq - keçmişdə ərzaq məhsulunu saxlamaq üçün istifadə olunan qab. Dağarcığı hazırlamaq üçün, bütöv soyulmuş və qurudulmuş qoyun dərsinin, qol yerlərini tikir, boğaz hissəsini isə ərzaq tökə bilmək üçün açıq saxlayırdılar. Qoşqu və minik heyvanlarına yüklənə bilirdi. Hələ e.ə. 3-cü minillikdən meydana çıxan dağarcıq, orta əsrlərdə də Azərbaycanda maldar əhali arasında geniş yayılmış əşya olmuşdur.
Bazarcıq
Bazarcıq rayonu
Mağaracıq
Mağaracıq — Şörəyel mahalında kənd. == Tarixi == Şörəyel mahalının tərkib hissəsi kimi, indiki Amasiya(Hamasa) rayonu da vaxtilə Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars(Kars) vilayətinin tərkib hissəsi kimi, 1877-1878-ci illərdə Rusiya tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. Sovet dövründə 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlanmış. Daha sonralar isə Amasiya rayonu adlandırılmışdır. Yaşlı nəsillər Amasiya ya Hamasa deyərdilər. Mağaracıq rayon mərkəzindən 9 km məsafədə yerləşirdi. == Əhalisi == Mağaracıqda 1988-ci ilə qədər 250-yə yaxın azərbaycanlı ailəsi yaşayırdı.
Qabarcıq nizamlama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} == Addım-addım nümunə == "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur.İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək.Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) == İmplementasiyası == Python dilində implementasiya aşağıdakı kimi olar.
Qabarcıq sıralama

Bazarcıq (Ermənistan)
Bazarcıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-qərbdə, İrəvan-Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəfətəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur == Toponimi == Toponim kiçiltmə mənası bildirən -cıq şəkilçisinin bazar (basar) türk etnoniminə qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arayi (Arik) qoyulmuşdur. Gətirilmə addır. Qars əyalətinin Kaqızman dairəsində Bazarcik kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Rütubətsevən bağacıq
Rütubətsevən bağacıq (lat. Eurygaster testudinarius) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu bağacığın başı kiçik olub, geniş və dairəvidir. Dilçəyi başın skul lövhəsinin təpəsindən kənara çıxır və onun zirvəsi təpə kənarından aşağıda yerləşir ki, ona böyürdən baxdıqda qabaq tərəfdən bir xətt təşkil etmir. Dilçəyin alt tərəfindəntəpəsinə yaxın enli bir çüxurluq vardır. Bel qabağının yan bucaqları bir qədər uzanır və qanad üstlüyünün əsasından bir az kənara çıxır. Digər bağacıq növlərinə nisbətən bədəni kiçikdir. Uzunuğu 8-10,5 mm.-dir. == Yayılması == Azərbaycanda bu növ ümumiyyətlə dağətəyi və dağlıq rayonlarda yayılmışdır. Bu növ Lənkəran zonasının dağətəyi rayonlarında (burada illik orta rütubət çoxdur) miqdarca daha çoxdur.
Ziyankar bağacıq
Ziyankar bağacıq (lat. Eurygaster integriceps Put.) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu zərərvericinin bədən forması bağaya (tısbağaya) çox oxşadığı üçün ona ziyankar bağacıq adı verilmişdir. Bədəni xaricdən xitin sipərlə örtülmüşdür. Bədəninin rəngimüxtəlif olub, adətən, bozumtul-sarı, tutqun qəhvəyi və bəzi hallarda isə qara olur. Ön döşün kənarları dəyirmidir. Ön qanadlar təmamilə xitinləşmişdir və bədənin bütün səthini örtür. Arxa qanadlar isə şəffafdır. Uzunluğu 10-12, eni isə 6–7 mm.-dir. == Yayılması == Ukraynada, Azərbaycanda, Şimali Qafqazda, Volqa boyunda, Orta Asiya respublikalarında geniş yayılmışdır.
Damarçın
Damarçın- Azərbaycan Respublikası Şəki rayonu ərazisində çay. == Toponimikası == Damarçın Şəki rayonu ərazisində çay.Aşağı axarında Kiş çayı adlanır. Çayda tez-tez sel hadisələri baş verir. Şəki şəhəri yaxınlığında çayın üzərində iki SES tikilmişdir. Aşağı axarında suvarma üçün geniş istifadə olunur. Hidronim damar (toponimik termin kimi "çay yatağı, axar su hövzəsi, çay, çay qolu, arx" mənalarında işlənir) və -çın (qədim element olub, -cıq şək.-sinə uyğundur) komponentlərindən düzəlib, "kiçik çay", "çay qolu", "çay yatağı" deməkdir. == Həmçinin bax == Kiş (Şəki) == Xarici keçid == https://sites.google.
Sağarçı (Mahnişan)
Sağarçı (fars. ساغرچي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (33 ailə).