DAĞARCIQ

is. Kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta. Dağarcığını çuvala tay tutur. ( Ata. sözü ).
Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmuya, əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar. C.Məmmədquluzadə.
Dilənçi dağarcığından bir qədər çörək və soğan çıxardıb, Nurəddinə verdi. S.S.Axundov.
[Qəhrəman:] Bütün məktəb uşaqları kimi biz də dağarcığa qum doldurub … gətirirdik. Ə.Vəliyev.

◊ Sirr dağarcığı – sirr ilə dolu, anlaşılmaz, başçıxarılmaz adam, şey haqqında.
[Nurcahan:] Mən başdan-ayağa sirr dağarcığıyam. N.Vəzirov.
Ancaq … əmək haqqı bölgüsü olub sirr dağarcığı. Kirpi”.

Омонимы

  • DAĞARCIQ DAĞARCIQ I is. Qoyun dərisindən olan kiçik torba. DAĞARCIQ II is. Yuva, mənbə. Mən başdan ayağa sirr dağarcığıyam (N

Этимология

  • DAĞARCIQ Dəricik sözünün təhrifi də ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DAĞAR
DAĞAYISI
OBASTAN VİKİ
Dağarcıq
Dağarcıq - keçmişdə ərzaq məhsulunu saxlamaq üçün istifadə olunan qab. Dağarcığı hazırlamaq üçün, bütöv soyulmuş və qurudulmuş qoyun dərsinin, qol yerlərini tikir, boğaz hissəsini isə ərzaq tökə bilmək üçün açıq saxlayırdılar. Qoşqu və minik heyvanlarına yüklənə bilirdi. Hələ e.ə. 3-cü minillikdən meydana çıxan dağarcıq, orta əsrlərdə də Azərbaycanda maldar əhali arasında geniş yayılmış əşya olmuşdur.

Значение слова в других словарях

беспреме́нно бурли́во в поте́нции засто́поривать контраба́сный прогова́ривать прогро́хать во́зглас исче́знуть надстра́ивать немузыка́льный поеди́ночный стомати́т чека́нка aerobomb bind-reins ensemble go under kyanol pearl spar бережливый гудение полтора простереть смотр