Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstraliya dağdağanı
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Biondi dağdağanı
Biondi dağdağanı (lat. Celtis biondii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Koreyada təbii halda bitir. Avropada, Asiyada, Cənubi Amerikada, Afrikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18-25 m-ə, bəzən də 40 m-ə çatan, yarpağı tökülən ağacdır. Qabığı boz, budaqları sarımtıl, qonur rəngdədir. Yarpaqları 13-15 sm uzunluqda, xətvari-neştərvari, enli yumurtavari, oval və ya oval-ellipsvari, lənarları dişli, ucu biz, nazik dərilidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, sərt çəyirdəkli, 6-10 mm qalınlığında, sarı, qırmızı rəngli olub, portağala bənzəyir. Toxumla çoxaldılır.
Bunqe dağdağanı
Bunqe dağdağanı (lat. Celtis bungeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Çinin mərkəzi və şəmal rayonlarını, Koreya yarımadasını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan kol və ya şarşəkilli, enli və sıx çətirli ağacdır. Qabığı açıq-boz və hamardır. Yarpaqları yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 4-8 sm, orta hissədə mişarvari-dişli, yumru bünövrəli, ucu biz, açıq-yaşıl, üstü parlaqdır. Hər iki tərəfdən çılpaqdır, saplaqların uzunluğu 5-10 mm-dir. Meyvələri şarşəkilli, qara-qırmızı, diametri 6-7 mm-dir. == Ekologiyası == Şaxtaya, quraqlığa davamlıdır, daşlıq yamaclarda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Lənkəranda mədəni halda rast gəlinir.
Cənub dağdağanı
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Qafqaz dağdağanı
Qafqaz dağdağanı (lat. Celtis caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. QlobalIUCN Statusu: LC. Ağacdır, yarpaqları qabıqlı, kənarları qeyri-hamardır, yumurtavaridir və ya yumurtavari-lansetşəkillidir, kənarlardan qatlanmış iti dişlidir, üstdən tend-yaşıl, hamar və ya kələ-kötür, alt hissədən boz-yaşıl rənglidir. Uzunluğu 4-8 sm, eni 2,5-5 sm-dir. Meyvələri şarvaridir, qırmızımtıl-sarı rənglidir və ya tünddür. Toxumları qırışlıdır. Yarpaqlaması və çiçəkləməsi eyni vaxtda baş verir. Çiçəkləmə sentyabr-oktyabr aylarına baş verir. Aşağı və orta dağ qurşağında, meşə və meşə olmayan rayonlarda qaya və daşlıq yerlərdə rast gəlinir.
Qərb dağdağanı
Qərb dağdağanı (lat. Celtis occidentalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. Şimali Krım, Şimali Qafqaz, Şimali Amerikada yayılmışdır. Quru, daşlı torpaq şəraitində bitir. Quru, daşlı torpaq şəraitində bitir. Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. Dekorativ bitkidir. Xiyabanlarda, bağlarda, parklarda tək və qrup əkinlərində istifadə edilir. Quru daşlıq yamaclarda tarlaqoruyucu əkinlər üçün yararlıdır.
Turnefor dağdağanı
Ukrayna, Əfqanıstan, Şimali, Afrika, Kiçik Asiya, Sicilya adası və Cənubi Balkan ölkələrində təbii arealları vardır. Naxçıvan MR-ın dağlıq bölgələrdə (İlandağ, Darıdağ) rast gəlinir. Azərbaycanın nadir bitki növüdür. CR A1ab; B1b (i,iii,iv). Əsasən quru, daşlı-qayalı torpaqlarda təbii halda bitir. Təbii ehtiyatı Azərbaycanda çox deyildir. Turnefor dağdağanı təbiətdə 5–10 m hündürlüyü olan ağacdır. Bitkinin cavan budaqları açıq qəhvəyi və ya sarımtıl rəngdə olub, tüklüdür. Yarpaqları 3-7 sm uzunluğunda, ucu sivri və yarpaqlarının qaidə hissəsi ürəkvaridır. Bitkinin yarpağının üst hissəsi tündyaşıl, alt üzü isə mavi ya tündyaşıl rəngdədir.
Çin dağdağanı
Çin dağdağanı (lat. Celtis sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. Amerika, Çin, Yaponiya, Koreya və Rusiyada təbii halda yayılmışdır. Hündürlüyü 20 m-ə çatan, oval formalı çətirə malik ağacdır. Yarpaqları yumurtavari, ucu sivri, qaidəsi enli, tünd-yaşıl rəngdədir, üstdən hamar, altdan isə çılpaq olur, torşəkilli damarları aydın görünür. Aprel ayında çiçəkləyir, oktyabrda isə meyvəsi yetişir. Meyvəsi tünd-çəhrayı rəngdədir. Ancaq payızda təzə yığılmış toxumlar vasitəsilə artırılır. Quru, daşlı torpaq şəraitində bitir. Böyük Qafqazda rast gəlinir.