Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avstraliya dağdağanı
== Ümumi yayılması == Qafqaz, Rusiya, Cənubi Avropa, Şimali Afrika, Kiçik Asiya, Pamir, Altay, Şimali İran, Əfqanıstan və Gürcüstanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Culfa rayonu ətrafında, o cümlədən Qobustanda, Kiçik Qafqazın şimal, mərkəzi və cənub rayonlarında və Lənkəran düzənliyində aşağı və orta dağ qurşağında yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yer == Əsasən quru və daşlı torpaqlarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda çox deyildir. == Bioloji xüsusiyyətləri == 20 25 m hündürlükdə olan yuvarlaq çətirli seyrək budaqlı ağacdır. Bu bitki növündə qabıq hissə fıstıq ağaclarında olduğu kimi uzun illər bitkinin üzərində qalır. Bitkinin tumurcuğu kiçik olub, üzəri çox pulcuqludur. Yarpaqlarının ucları çox uzun olub, yarpağın alt və üst hissəsi qaraağacda olduğu kimi tüklüdür. Yarpaqların qaidə hissəsi çıxıntılıdır və kənarları tək sıralı kəskin dişlidir.
Biondi dağdağanı
Biondi dağdağanı (lat. Celtis biondii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Koreyada təbii halda bitir. Avropada, Asiyada, Cənubi Amerikada, Afrikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18-25 m-ə, bəzən də 40 m-ə çatan, yarpağı tökülən ağacdır. Qabığı boz, budaqları sarımtıl, qonur rəngdədir. Yarpaqları 13-15 sm uzunluqda, xətvari-neştərvari, enli yumurtavari, oval və ya oval-ellipsvari, lənarları dişli, ucu biz, nazik dərilidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, sərt çəyirdəkli, 6-10 mm qalınlığında, sarı, qırmızı rəngli olub, portağala bənzəyir. Toxumla çoxaldılır.
Bunqe dağdağanı
Bunqe dağdağanı (lat. Celtis bungeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Çinin mərkəzi və şəmal rayonlarını, Koreya yarımadasını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan kol və ya şarşəkilli, enli və sıx çətirli ağacdır. Qabığı açıq-boz və hamardır. Yarpaqları yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 4-8 sm, orta hissədə mişarvari-dişli, yumru bünövrəli, ucu biz, açıq-yaşıl, üstü parlaqdır. Hər iki tərəfdən çılpaqdır, saplaqların uzunluğu 5-10 mm-dir. Meyvələri şarşəkilli, qara-qırmızı, diametri 6-7 mm-dir. == Ekologiyası == Şaxtaya, quraqlığa davamlıdır, daşlıq yamaclarda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Lənkəranda mədəni halda rast gəlinir.
Cənub dağdağanı
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Qafqaz dağdağanı
Qafqaz dağdağanı (lat. Celtis caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. QlobalIUCN Statusu: LC. == Qısa morfoloji təsviri == Ağacdır, yarpaqları qabıqlı, kənarları qeyri-hamardır, yumurtavaridir və ya yumurtavari-lansetşəkillidir, kənarlardan qatlanmış iti dişlidir, üstdən tend-yaşıl, hamar və ya kələ-kötür, alt hissədən boz-yaşıl rənglidir. Uzunluğu 4-8 sm, eni 2,5-5 sm-dir. Meyvələri şarvaridir, qırmızımtıl-sarı rənglidir və ya tünddür. Toxumları qırışlıdır. Yarpaqlaması və çiçəkləməsi eyni vaxtda baş verir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə sentyabr-oktyabr aylarına baş verir. Aşağı və orta dağ qurşağında, meşə və meşə olmayan rayonlarda qaya və daşlıq yerlərdə rast gəlinir.
Qərb dağdağanı
Qərb dağdağanı (lat. Celtis occidentalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Krım, Şimali Qafqaz, Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Quru, daşlı torpaq şəraitində bitir. == Ekologiyası == Quru, daşlı torpaq şəraitində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. == İstifadəsi == Dekorativ bitkidir. Xiyabanlarda, bağlarda, parklarda tək və qrup əkinlərində istifadə edilir. Quru daşlıq yamaclarda tarlaqoruyucu əkinlər üçün yararlıdır.
Turnefor dağdağanı
== Ümumi yayılması == Ukrayna, Əfqanıstan, Şimali, Afrika, Kiçik Asiya, Sicilya adası və Cənubi Balkan ölkələrində təbii arealları vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-ın dağlıq bölgələrdə (İlandağ, Darıdağ) rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. CR A1ab; B1b (i,iii,iv). == Bitdiyi yer == Əsasən quru, daşlı-qayalı torpaqlarda təbii halda bitir. == Təbii ehtiyatı == Təbii ehtiyatı Azərbaycanda çox deyildir. == Bioloji xüsusiyyətləri == Turnefor dağdağanı təbiətdə 5–10 m hündürlüyü olan ağacdır. Bitkinin cavan budaqları açıq qəhvəyi və ya sarımtıl rəngdə olub, tüklüdür. Yarpaqları 3-7 sm uzunluğunda, ucu sivri və yarpaqlarının qaidə hissəsi ürəkvaridır. Bitkinin yarpağının üst hissəsi tündyaşıl, alt üzü isə mavi ya tündyaşıl rəngdədir.
Çin dağdağanı
Çin dağdağanı (lat. Celtis sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Amerika, Çin, Yaponiya, Koreya və Rusiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan, oval formalı çətirə malik ağacdır. Yarpaqları yumurtavari, ucu sivri, qaidəsi enli, tünd-yaşıl rəngdədir, üstdən hamar, altdan isə çılpaq olur, torşəkilli damarları aydın görünür. Aprel ayında çiçəkləyir, oktyabrda isə meyvəsi yetişir. Meyvəsi tünd-çəhrayı rəngdədir. Ancaq payızda təzə yığılmış toxumlar vasitəsilə artırılır. == Ekologiyası == Quru, daşlı torpaq şəraitində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda rast gəlinir.