Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağsiçanı
Əfqan dağsiçanı
Əfqan dağsiçanı (lat. Calomyscus mystax) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. 1925-ci ildə məşhur sovet zooloqu və ekololoqu Daniel Nikolayeviç Kaşkarov (1878-1941) tərəfindən aşkar edilmişdir. Əsasən Cənub-Şərqi Türkmənistan, Şimali İran və Azərbaycanın cənub ərazilərində yayılmışdır. Tsytsulina, K. 2008.
Dağıstani
Abdulla Dağıstani
Abdulla Dağıstani
Abdullah Dağıstani (14 dekabr 1891, Dağıstan vilayəti – 30 sentyabr 1973, Dəməşq) — türk sufi. == Həyatı == Dağıstanın Ganep kazasındaki Kikunu kəndində ( Şeyx Şamil 'in Gimri kəndinə yaxın), həkim ailəsində dünyaya gəlmişdir. Atası həkim, qardaşı isə Rusiya ordusunda ümumi cərrah idi. 1900-cü illərdə kənd əhalisi Osmanlı dövlətinə köç etdilər. Bursada bir il qədər qaldıqdan sonra, Dağıstanlı qaçqınlar ilə birlikdə Güneyköy, Yalova 'ya (köhnə REŞADİYE) daşınıb orada özlərinə yeni bir kənd inşa etdilər. Mənəvi yolda bir Nakşibendiyye mürşidi olan dayısı Şerafeddin Dağıstaninin şagirdi olmuşdur. Dövründə çox məşhur şəxs idi. 1910-cu ildə Halime xanımla evləndi. 1915-ci ildə Çanaqqalada Osmanlı ordusunda vuruşdu və ağır yaralandı. 1936-cı ildə Şərafəddin Dağıstaninin vəfatından sonra Misirdən başsağlığı istəmək niyyəti ilə Resadiye kəndinə br heyət gəldi.
Aslan xan Dağıstani
Aslan xan Dağıstani — XVIII əsrin əvvəllərində Səfəvi məmuru. Şah Hüseynin (1694-1722) dövründə ləzgi mənşəli Kuhgiluyə (1702–1708) və Astarabad bəylərbəyi. 1708/09-cu ildə Astarabada vəzifəyə gəldi və vəzifəyə başladığı dövrdə Sayfca şəhərindən olan üsyançıların köməyilə yönləndirilən türkmənlərin hücumları ilə təhdid edildi. Xəbərdən həyəcanlı olan Səfəvi hökuməti daha sonra Aslan xanı 2 minlik qoşunla düşmənlə mübarizə aparmaq üçün göndərdi. Prof. Rudi Mateyə görə qardaşı Fətəli xan Dağıstaninin baş vəzir olaraq vəzifəyə gətirildiyi zaman vəzifədə qalması "ehtimal olunur". Oğlu Məhəmməd xan 1708/9-cu ildə Herat bəylərbəyi oldu. == İstinadlar == == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008.
Fətəli xan Dağıstani
Fətəli xan Dağıstani (1694, Dağıstan vilayəti (Səfəvilər) – 1722, Şiraz) — Dağıstanın köklü qumuq ailələrindən olan Şamxal ailəsinə mənsub əsilzadə. Səfəvi şahı Hüseynin dövründə (1694–1722) 1716-cı ildən 1720-ci ilə qədər Səfəvi imperiyasının baş vəziri olmuşdur. Dağıstanın Qumuq nəslindən olan Fətəli xan digər Səfəvi baş vəzirlərindən fərqli olaraq sünni idi, halbuki sünnilər ənənəvi olaraq Səfəvi imperiyasında təzyiqlərlə üzləşirdilər, Fətəli xan baş vəzir vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Onun şahı olan Hüseynin dövlət işlərinə o qədər də marağı olmadığı üçün demək olar ki, bütün dövlət işlərinin həll edilməsini Fətəli xana tapşırmışdı, lakin dövlət işlərinin hamısının onun öhtəsinə buraxılması onun xeyli sayda düşməninin ortaya çıxması ilə nəticələndi. Bu, onun 1720-ci ildə hiylə ilə vəzifədən endirilməsinə yol açdı. Kor edilən və Şiraza sürgün edilən Fətəli xan elə orada da vəfat etdi. Onun yerinə bu vəzifəyə Məhəmmədqulu xan Şamlı gəldi. == Ailəsi == Fətəli xan qumuq şamxalları nəslindən gəlməkdə idi. Onun babası Aldas (İldas) Mirzə Şamxal və ya digər adı ilə İldırım xan Şamxal, atası isə Səfi xan və ya digər adı ilə Əlqas Mirzə idi. Onun ailəsi Səfəvi imperiyasının Dağıstan bölgəsində Terek çayı sahilində bir bölgəni idarə etməkdə idi.
Həsənəli xan Dağıstani
Həsənəli xan Dağıstani (vəf. 1721) — ləzgi mənşəli Səfəvi məmuru, Şirvan (1718) və Şamaxı (1720-1721) bəylərbəyi vəzifəsini icra etmişdir. Səfəvilər dövlətinin baş vəziri Fətəli xan Dağıstaninin (1716-1720) qardaşı oğlu idi. Şirvanda bəylərbəyliyi dövründə Dağıstanın və Şərqi Gürcüstanın (Qaniq vadisi) Səfəvi bölgələrinin ləzgiləri Şirvan bəylərbəyliyinə qarşı üsyan qaldırdılar və Şəkidə Həsənəli xanın qüvvələrini tamamilə məğlub etdilər. Şamaxıda bəylərbəyliyi dövründə başqa bir ləzgi hücumundan müdafiə etmək üçün böyük bir Səfəvi qüvvəsi ilə yola çıxdı, lakin sonuncular səhər tezdən Şəki səmtində onların üstünə düşdü; Həsənəli xan Dağıstani və çox sayda qüvvəsi öldürüldü. == İstinadlar == == Mənbələr == Bournoutian, George A. A Brief History of the Aghuankʻ Region, by Esayi Hasan Jalaleantsʻ. Mazda Publishers. 2009. ISBN 978-1568591711. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri.
Lütfəli xan Dağıstani
Lütfəli xan Dağıstani — yüksək rütbəli Səfəvi hərbi komandiri və ləzgi mənşəli məmur. 1718-1720-ci illərdə baş komandir (sepahsalar) və Fars bəylərbəyi olaraq 22 oktyabr 1717 - dekabr 1720 tarixlərində vəzifədə olmuşdur. Lütfəli xan Dağıstaninin 1717-ci ildə Farsa bəylərbəyi olaraq təyin edilməsi, ilk dəfə sonuncu vilayətin inzibati rəhbərliyinə ilk dəfə, bir əsrdən çox əvvəl Allahverdi xanın dövründə olduğu qədər yaxınlaşdı. Lütfəli xan Səfəvi baş vəziri Fətəli xan Dağıstaninin (1716-1720) qardaşı oğlu,həm də yeznəsi idi. Fətəli xanın çöküşü vaxtında Lütfəli xan tutuldu və həbsxanaya atıldı. == İstinadlar == == Ədəbiyyat == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 152–153. ISBN 978-1933823232.
Murad əl-Dağıstani
Murad əl-Dağıstani və ya Murad Acamat (1917, Mosul – 1984 və ya 1982, İraq) — İraq fotoqrafiyasının yaradıcısı hesab edilir. 1930-cu illərin ortalarında Mosulda fəaliyyət göstərmişdir və sonradan Bağdada köçmüşdür. Gündəlik həyatı və insanları çəkən Murad əl-Dağıstani çəkdiyi fotoların yüksək keyfiyyətə sahib olmasına görə beynəlxalq səviyyədə tannımışdır. Qumuq əsillidir. Murad əl-Dağıstani 1917-ci ildə İraqın Mosul şəhərində anadan olmuşdur. Atası Əbdülhəmid Acamat mənşəcə qumuq olan mühəndis idi və İraq dəmiyolunun çəkilməsində iştirak edirdi. Dağistaninin nə cür və nə vaxt fotoqrafliğa başlaması məlum deyildir. Mosul elə bir şəhər idi ki, onun fotoqrafiya və film sənayesi tarixi XIX əsrin sonlarına qədər gedib çıxırdı. Yerli insanlar 1895-ci ildən etibarən arxeoloqlara kömək edərkən kameralardan istifadə edirdilər. Birinci Dünya müharibəsi illərində Tartaran adlı fotoqraf Mosul İbtidai Məktəbinin girişində foto studio açmışdı.
Əliqulu xan Valeh Dağıstani
Əliqulu xan Valeh Dağıstani (1712–1756) — şair. Əliqulu xan Fətəli xan oğlu 1712-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əslən Qumuqdur. Mədrəsə təhsili almışdı. 1734-cü ildə Hindistana getmişdi. Əliqulu xan Valeh Dağıstani 1756-cı ildə vəfat edib. Əliqulu xan Valeh Dağıstani "Riyazüş-şüəra" adlı təzkirəsində Təqi Əvhədinin (973–1039 / 1565–1620) "Ərəfatül-aşiqin" adlı təzkirəsinə istinad edərək Məğribinin doğulduğu yeri Nain, qəbrinin isə İstihbanati-farsda olduğunu qeyd edir. O, eyni zamanda Əmir Kəmaləddin Hüseynin "Məjalisül-üşşaq" əsərinə əsasən şairin məzarının Təbrizin Surxab məhəlləsində Baba Məzidin məzarının baş səmtində olmasını, vəfat tarixini isə 807 / 1404, "Nəfəhatül-üns"ə görə isə 809 / 1406-cı il göstərəndən sonra şeirlərindən nümunələr gətirir. Onu da qeyd etmək gərəkdir ki, bir çox müəlliflərin səhvlərini təkrar edən Valeh Dağistani "Məjalisül-üşşaq" əsərinin müəllifini Sultan Hüseyn Bayqara kimi göstərir. Başqa bir tərəfdən belə güman etmək olar ki, Rzaqulu xan Hidayət də irəlidə göstərilən kimi Məğribinin Naində doğulmasını və İstihbanati-farsda dəfn olunması faktını Təqi Əvhədinin "Ərəfatül-aşiqin" əsərindən götürmüşdür.