Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşduz
Daşduz— Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərində qəsəbədir. Bu dağətəyi ərazi Naxçıvan şəhərindən cənub-qərbində 12 km məsafədə yerləşir. == Etimologiya == Daşduz adının mənası qədim türk dilindən Daş (qaya, daş) və duz sözlərinin birləşməsindən yaranmışdır. Naxçıvanın Daşduz yatağı da buarada yerləşir, kəndin adı da buradan götürülmüşdür.
Naxçıvan Daşduz Yatağı
Naxçıvan Daşduz Yatağı — Babək rayonunu ərazisində, Naxçıvan şəhərindən 12km şimal-qərbdə, Duzdağın cənub yamacındadır. == Haqqında == Geoloji quruluşunda Üst Miosen və Dördüncü dövr yaşlı çöküntülər iştirak edir. Üst Miosen çöküntüləri tərkibində əhəngdaşı, mergel, alevrolit və vulkan külü laycıqları olan gil, qumdaşı və müxtəlif dənəvər qumlardan ibarətdir. Yataqda 5 daşduz layı aşkar edilmişdir və yalnız üst hissədəki iki lay sənaye əhəmiyyətlidir.. I lay yer səthindən 105-178 m aşağıda yerləşir və duzun qalınlığı 4,4-10,3 m (orta qalınlıq 6,0m) təşkil edir. II lay I laydan 6-9 m qalınlığında gil layı ilə ayrılır və duzun qalınlığı 6,3- 10,8 m təşkil edir. Duzun rəngi gilli-qumlu törəmələrin miqdarından asılı olaraq ağ və açıq-bozdur. Yataq 1926-cı ildən istismar olunur. NaCl-un miqdarı 92-98,5%-dir. Yatağın sənaye ehtiyatı 124506 min tondur.
Nehrəm Daşduz yatağı
Nehrəm Daşduz yatağı — Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə, Qızılburun dəmir yolu keçidindən 4 kilometr şimalda Nehrəm qəsəbəsi ətrafında yerləşir. == Ümumi məlumat == Geoloji quruluşunda Orta Miosenin karaqan horizontunun gil və duzları iştirak edir. 1946-cı ildə aşkar edilmişdir. Yataqda duz qatının qalınlığı cənub-şərqdən (43.0 metr), şimal-qərbə (92.0 metr) doğru artır. Duzun tərkibində Natrium xloridin miqdarı 78-92 faizdir. Həll olmayan qalıqlar 11-17 faiz təşkil edir. Natrium xloridin miqdarı aşağı olduğuna görə yataq susuzlaşdırılmış soda istehsalı məqsədilə öyrənilmişdir. Yatağın ehtiyatı 1378 milyon tondur.
Püsyan Daşduz Yatağı
Püsyan Daşduz Yatağı — Şərur rayonunun Püsyan kəndi ətrafındadır. == Haqqında == 1955-ci ildə aşkar edilmişdir. Düz laylarının qalınlığına görə yataq Nehrəm daşduz yatağını xatırladır. Geoloji yaşına görə duz daşıyan çöküntüləri Orta Miosen dövrünə hesablanmışdır. Yataq hələlik dəqiq öyrənilməmişdir.Daşduzdan məişətdə və mal-qaranın yemlənməsində,kalsitləşdirilmiş soda hazırlanmasında və.istifadə olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 476.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. == Toponimikası == Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cu ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. == Coğrafiyası və iqlimi == Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Daşüz bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daşüz körpüsü
Hacı Rəşid körpüsü yaxud Daşüz körpüsü — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində, Daşüz yaşayış ərazisində XIX əsrə aid tarixi abidə. == Haqqında == Hacı Rəşid körpüsü (Daşüz körpüsü) Oğuz rayonunun Xaçmaz kəndinin ərazisində Daşüz yaşayış ərazisində yerləşir. Mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilmişdir. Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranır. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formal tuf daşı və kirəc məhsulundan istifadə olunmuşdur. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilmişdir. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metrdir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7 metrdir.
Dandun
Dandun (1965-ci ilədək Andun) (çin. 丹东) — Çinin şimal-şərq hissəsində, Lyaonin əyalətində şəhər-rayon. Әhalisi 2,4 milyon nəfərdir (2010). Çanbayşan yastı dağlığının cənub hissəsində, Yalutszyan çayının aşağı axınında yerləşir. Beynəlxalq dostluq körpüsü (1937–43; uzunluğu 940,8 m) Dandunu Koreya Xalq Demokratik Respublikasının Sinıycu şəhəri ilə əlaqələndirir. Nəqliyyat qovşağı və port şəhəridir. İllik yük dövriyyəsi 11 milyon tondur. == Ümumi məlumat == Dandun Şimali Koreyanın qərb sərhəddində, şimal-qərb Yalutszyan çayının (sağ) sahilində yerləşir. Çay Qərbi Koreya körfəzinə tökülür. Əyalət 120 km-lik sahil xəttinə malikdir.
Daşoguz
Daşoğuz (türkməncə: Daşoguz, köhnə adı: Daşhovuz) - Türkmənistanın şimalında yerləşən şəhər. Daşoğuz vilayətinin mərkəzidir. == Demoqrafiya == Şəhərin əhalisi 1999-cu ildə 166,500 nəfər idi. Hal-hazırda burada 220,000 nəfər yaşayır .Əhalinin çoxu türkmən və özbəklərdir. Eyni zamanda şəhərdə az sayda ruslar,tatarlar və qazaxlar da yaşayır.
Ağduz
Ağdüz və ya Ağduz;
Daşoguz vilayəti
Daşoğuz vilayəti (türkm. Daşoguz welaýaty) — Türkmənistan Respublikasında inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Daşoğuz şəhəridir.
Doşdur (Əhər)
Doşdur (fars. دوشدور‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 965 nəfər yaşayır (204 ailə).
Xanduz tikmə
Xanduz tikmə - şəbəkəli parça üzərində tikmə üsulu. Azərbaycan milli tikmələrin məhəlli növüdür, əsasən Lənkəran bölgəsində geniş yayılmışdır. == Texnika == Xanduz tikmə üsulunda iynə, şəbəkəli parça, iki ədəd qasnaq və müxtəlif rəngli ipək, iplik, yun sapdan istifadə olunur. Şəbəkəli parça çox vaxt tikici həvəskarların özləri tərəfindən hazırlanırdı. Bunun üçün kətan parçanın əriş-arğacı sayca təkəmseyrək çıxarılıb şəbəkə halına salınır. Sonra həmin şəbəkəli parça vasitəsilə məmulat üzərində naxış salınır. Bunun üçün usta əvvəl şəbəkəli parçanı qasnağa kip keçirilmiş məxmər, atlas, ağ, kətan və s. növ parça üzərinə qoyur və əlində olan hazır naxışlı nümunəyə baxaraq rəngli saplarla say hesabı işləməyə başlayır. Tikici yeni ilmə əldə etmək istədikdə iynəni say üzrə şəbəkəli sapdan eninə və bir də uzununa götürür. Çox vaxt iynə şəbəkəyə çəpəki keçirilir.
Nasser Daudu
Nasser Daudu M'Sa (26 fevral 1998-ci ildə anadan olub) — İsveçrə Super Liqası təmsilçilərindən olan Sion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Dransi === Daudu Dransi akademiyası vasitəsilə inkişaf etmişdir. O, Dransi klubu ilə debütünü 20 may 2017-ci ildə Dyeppe klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Arnold Abelintini əvəz etmişdir. National 2 görüşündə Dransi rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. === Sion === 25 iyul 2018-ci ildə Daudu Sion klubu ilə 3 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Daudu klub ilə debütünü 29 iyul 2018-ci ildə Sent-Qallen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Filippe ilə əvəz olunmuşdur. İsveçrə Super Liqası görüşündə Sion rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Daudu Fransada anadan olmuşdur.
Vaduz FK
"Vaduts" (alm. Fussball Club Vaduz‎) — Lixtenşteynin futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 14 dəfə Avropa kuboklarında iştirak edib.
Daşdan Keçən Kağız (1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Taduz-us-Santus körfəzi
Taduz-us-Santus körfəzi (Bütün müqəddəslərin buxtası) — Braziliyanın Baya ştatı ərazisində yerləşən buxta. Braziliyanın ən iri körfəzlərindən biridir. Sahəsi 1052 km² təşkil edir. Maksimal dərinliyi 42 meyrdir. Buxta ərazisində 66 ada yerləşir.
Daşdan keçən kağız (film, 1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Düşdür (Həştrud)
Düşdür (fars. دوشدور‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 176 nəfər yaşayır (28 ailə).
Naqdüz (Əhər)
Naqdüz (fars. نقدوز‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (90 ailə).
Novdeh Xandüz
Novdeh Xandüz- İranın Gülüstan ostanının Azadşəhr şəhristanının Çeşməsaran bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,095 nəfər və 562 ailədən ibarət idi.
Ağdüz (Qəzvin)
Ağdüz (fars. اق دوز‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 35 nəfər yaşayır (9 ailə).
Ağdüz (Çaldıran)
Ağdüz (fars. اق دوز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (57 ailə). == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 18 km şimal-qərbdədir.
Yada düşdü (jurnal)
Yada düşdü — Azərbaycanda nəşr olunan ədəbi-bədii nostalji jurnal. == Ümumi məlumat == Jurnal 11 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasının qərarı ilə (protokol №10R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmişdir. Jurnal “The Institution of Engineering and Technology” təşkilatının Ekspert Şurasından keçərək INSPEC indeksləşmə bazasına daxil olunmuşdur. “Yada düşdü” jurnalının təsisçisi Nəzakət xanım Məmmədovadır. Jurnalın əsas istiqaməti nostalgiyadır. Ötənləri, keçənləri yada salmaqdır. ”Yada düşdü”nün “Ölməzlər”, “Unutsaq unudularıq”, “Olanlardan, keçənlərdən”, “Qəlbimizə yazılan şeirlər”, “Yazıçı ömrünün rəngləri”, “Yaddaşımızda yaşayanlar” kimi rubrikaları oxucular tərəfindən sevilə-sevilə oxunur. Jurnal Ədliyyə Nazirliyində qeydə alınıb. Qeydiyyat nömrəsi: 3325.
Hardan düşdün yadıma sən... (kitab)