Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxçıvan daşyonma məktəbi
Naxçıvanda sənətkarlıq-Naxçıvan Muxtar Respublikasında sənətkarlıq. == Haqqında == Orta əsrlər dövrü Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Naxçıvan bölgəsində də bir çox sənət sahələri inkişaf etmiş və burada müxtəlif sənətkarların cəm olduğu sənətkarlıq mərkəzləri yaradılmışdır. Naxçıvan ustalarının hazırladıqları sənətkarlıq məmulatları demək olar ki, Yaxın Şərqdə özünəməxsus yer tutmuş və şöhrət tapmışdır. Bunlar içərisində dulusçuluq, daşişləmə, ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, boyaqçılıq, ipəkçilik, və s. sənətkarlıq mərkəzlərini nümunə göstərmək olar. Mənbələrin verdiyi məlumata görə mərkəzləşmiş sənətkarlıq sahələrinin inkişafı o dövrdə ölkənin iqtisadiyyatında, məişətində, ticarət əlaqələrinin genişlənməsində böyük əhəmiyyətə malik olmuşdur. Həmçinin orta əsr Azərbaycan şəhərlərində sənətkarlıq təşkilatları sənət və peşə sahələrinin tənzimlənməsində mühüm rol oynamışdır (1, s. 313). T. Dostiyev yazır ki, IX–X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkünsə, XI–XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənət istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi.
Səfərevləri daşyonma mərkəzləri
Toplanmış materiallara görə Culfa rayonundakı Daşkəsən düzündə və rayonun Kırna kəndində “Səfərevləri” deyilən yerdə də daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Kırna kənd qəbristanlığında haliyədə mövcud olan 20-yə yaxın sənduqə, 10 ədəd daşdan hazırlanmış qoç heykəli formasında məzar daşları sözsüz ki, kənddə olan daşyonma mərkəzində düzəldilmişdir. Tədqiqatçılar nəinki Ordubad və Culfa rayonları kimi ərazicə böyük olan rayonlarda, həmçinin, Naxçıvan ərazisinin digər bölgələrində də daş karxanalarının fəaliyyəti haqqında məlumat verirlər == Mənbə == Hacıyeva S. Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan:Əcəmi, 2017, 187 s.
Nasyonal (Uruqvay)
Nasyonal (isp. Club Nacional de Football) — Uruqvayın ən məşhur və ən uğurlu peşəkər futbol klublarından biri. Klub komandası öz ev oyunlarını Böyük Mərkəzi Parkda (isp. Gran Parque Central) keçirir. == Tarixi == 14 may 1899-cu ildə yaranmışdır. Nasyonal 1901-ci ildən Uruqvay Primera División mübarizə aparır. == Uğurları == 46 dəfə "Primera División Uruguaya"da birinci olmuşdur. Libertadores Kuboku və Qitələrarası kuboku (1971, 1980, 1988), İnteramerikan Kuboku (1972, 1989) və Recopa Cənubi Amerika (1989).
Nasyonal FK
Nasyonal (isp. Club Nacional de Football) — Uruqvayın ən məşhur və ən uğurlu peşəkər futbol klublarından biri. Klub komandası öz ev oyunlarını Böyük Mərkəzi Parkda (isp. Gran Parque Central) keçirir. == Tarixi == 14 may 1899-cu ildə yaranmışdır. Nasyonal 1901-ci ildən Uruqvay Primera División mübarizə aparır. == Uğurları == 46 dəfə "Primera División Uruguaya"da birinci olmuşdur. Libertadores Kuboku və Qitələrarası kuboku (1971, 1980, 1988), İnteramerikan Kuboku (1972, 1989) və Recopa Cənubi Amerika (1989).
Syonan məbədi
Şonan məbədi (昭南神社) və ya bəzən Syonan məbədi – Sinqapurun Makritçi rezervuarında yerləşmiş şintoist məbədi. Məbəd Yaponiya ordusu tərəfindən əsir götürülmüş britaniyalı və avstraliyalı əsgərlər tərəfindən Sinqapurun işğalı zamanı ölmüş yaponların xatirəsinə tikilmişdir. == Tarixi == Şonan məbədinin orijinal strukturunda məbədin divarları yox idi. Məbəd bir neçə mərtəbəli pilləkənlə çıxılan daş platformanın üzərində tikilmişdi və məbədin damı platformanın perimetri ətrafında düzülmüş taxta sütunların üzərində dayanırdı. Rezervuarın filtrasiyası üçün də istifadə olunmuş tonlarla hamam çınqıl daşı ilə məbəd bağının səkisi salınmışdır.İkinci dünya müharibəsindən sonra Şonan məbədinə od vurulmuş və məbəd tamamilə məhv olmuşdur. Məbədin sadəcə bir neçə daş qalığı qalmışdır. İllər keçdikcə məbədin 90 daş pilləli girişi və bünövrəsi böyüyən cəngəllik bitkiləri arasında gizli qalmışdır. Məbədin qranit daşından hazırlanmış fəvvarəsi toxunulmamış vəziyyətdə qalmışdır. Fəvvarənin altında naməlum şəxslər tərəfindən naməlum məqsəd üçün qazılmış gizli tunel aşkarlanmışdır. == Əfsanələr == Şonan məbədi ilə bağlı sübut olunmayan bir çox iddia və nəzəriyyə mövcuddur.