KURYÉR

[ fr. ]
1. İdarə kağızlarını aparıb paylayan işçi; ayaqçı.
Gərək yazıq kuryerə vədə verdiyin yaylaq məzuniyyətini bir qədər xərcliklə bu gün verəydin, verməmisən. C.Məmmədquluzadə.
Hər namuslu vətəndaşın bizim evdə əzizdir; Alim, kuryer, daşyonan, toxucu qadın, əsgər. R.Rza.

2. Təcili, yaxud məxfi diplomatik poçtu özü ilə aparan vəzifəli şəxs. Diplomatik kuryer.
KURSUVKA
KUS

Значение слова в других словарях