Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı.
Haray (film)
Haray (film, 1989) —
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Molla, haray
Molla, haray – Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə və ya digər vaxtlarda uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Oyunun quruluşu == Uşaqlar halay gəlmək yolu ilə mollalar arasıda iki dəstəyə ayrılırlar. Mollalardan birinin gözünü yumurlar. Gözüaçıq mollanın dəstəsində olanlar qaçıb gizlənirlər. Gözüyumulu mollanın uşaqları sığınacaqda otururlar. O, gözünü açır, gizlənən uşaqların mollası ilə uşaqları axtarmağa başlayır. Hər yerdən keçdikdə gizlənən uşaqların mollası bərkdən xəbərdarlıq edir. Məsələn, "Bulağın yanından keçdik", "Dərəni o taya adladıq", "Əlinin evinin yanındayıq" və i. a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.
Dad orqanı
Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir. Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir.
Sevimli Dad
"Sevimli Dad" MMC — kolbasa və delikates ət məmulatları istehsal edən "М&T ltd" firması və süd məhsulları istehsal edən "Milk-Pro" MMC tərəfindən yaradılmış və eyni ticarət nişanı altında ət və süd məhsulları realizə edən mağazalar şəbəkəsi. Şirkət 1 sentyabr 2002-ci il tarixindən fəaliyyət göstərir. MDB ölkələri arasında İSO 9001 və HACCP beynəlxalq standartlarını ilk dəfə[mənbə göstərin] əldə etmiş mağazalar şəbəkəsindən biridir. 2009-cu ildən "Sevimli Dad MMC" deyə bir şirkət yoxdur, "Sevimli Dad" əmtəə nişanıdır və iki fərqli şirkətin ("Milk-Pro" Ltd və "М&T" ltd) müştərək brendidir. == Haqqında == Ana şirkəti olan M&T LTD, 1993-cü ildə kolbasa məhsulları istehsal edən müəssisə kimi fəaliyyətə başlamışdır. Həmin vaxt müəssisənin istehsalat sahəsi 146 kv metr olmuşdur. Azad İstehlakçılar Birliyi tərəfindən keyfiyyət və gigiyenik standartlara göre "Qızıl Fərqlənmə Nişanı" ilə təltifatlandırılmış yegane kolbasa istehsalçı şirkətidir. (2013) Day.az-da xalq arasında keçirilən sorğuda "Ən Dadlı Kolbasa" istehsal edən şirkət seçilmişdir. (2013). 16 fevral 2015-ci ildə Türkiyənin İstanbul şəhərində "NAVİGA" beynəlxalq lisenziyalaşdırma və təhsil xidmətləri məhdud məsuliyyətli cəmiyyəti, Sevimli Dad – kolbasa və delikates ət məmulatları istehsal edən "М&T ltd" firmasını, ISO 22000:2005 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı üzrə sertifikata layiq görmüşdür.
Haray (film, 1990)
== Məzmun == Film öz sənət dünyası ilə yaşayan bir sənətkarın-sazbəndin yaşantıları haqqında hekayətdir. Belə ki, qurumuş ağac lətif bir saza çevrilir. Bunun rəmzi mənası vardır: həyatda gözəllik, rahatlıq, zövq bəxş edən nə varsa məhvə məhkum deyil, çünki bu yaradıcılıq məhsullarının hər birində insan qəlbinin hərarəti duyulur. == Festivallar və mükafatlar == 1) 1991-ci ildə Bakıda "Şərqdən Baxış" devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalı Kinolent sənədli filmlər üzrə Baş Prizə layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Haray (film, 1993)
"Haray" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film Xocalı faciəsi haqqındadır. Burada iki yeniyetmənin — qardaşla (Tacir Əzizov) bacının (Nüşabə Abdullayeva) düşmən əhatəsindən çıxmaq üçün olmazın əzablara qatlaşmalarından danışılır. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri olmazın əzablara şahid olan iki yeniyetmə, çıxış yolunu özlərini dağdan atmaqda görürlər. == Film haqqında == Kinolent yazıçı Nüşabə Məmmədovanın "Haray" pyesinin motivləri əsasında çəkilmişdir. Film Qurani-Kərimin Fatihə surəsi ilə başlayır. Filmin çəkilişlərinə Xocalı, Hacıkənd, Xanlar (indiki Göygöl), Goranboy rayonlarının və Gəncə şəhərinin camaatı köməklik göstərmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nüşabə Məmmədova, Eldəniz Quliyev Quruluşçu rejissor: Oruc Qurbanov Quruluşçu operator: Rövşən Quliyev Quruluşçu rəssam: Asif Məmmədov Bəstəkar: Qalib Məmmədov Səs operatoru: Əsəd Əsədov Rejissor: Ənvər Həsənov Operator: Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi), Vaqif Muradov Rejissor assistenti: Mirvahab Əmirov Operator assistenti: Nadir Mehdiyev Montaj edən: Rəfiqə İbrahimova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Məsləhətçi: Yusif Məmmədov (polis polkovniki) İşıq ustası: Sabir Əliyev, Akif Rəhimov İnzibatçı: Hümbət Abbasov, Vladimir Şevulov, Çingiz Əliyev Çalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental Ansambl Mahnı ifa edən: Brilliant Dadaşova, Azər Zeynalov Musiqi redaktoru: İsmayıl Dadaşov Redaktor: Ziyafət Abbasov Filmin direktoru: Əlfi Şükürov === Rollarda === Nüşabə Abdullayeva — bacı Tacir Əzizov — qardaş Pərvanə Qurbanova Xələf Cəfərov Dokoşto Erneşto — zənci əsgər Konstantin Artyomov Qədir Həsənov Y.Məmmədov Səidə Quliyeva — ana Maya Məmmədova S.İsmayılov R.Nadirov Məmmədəli Balayev C.Məmmədov == Çəkilişə köməklik edən qurumlar == Gəncə Toxuculuq Kombinatı Gəncə Şəhər İcarə Mətbəəsi Gəncə Sənaye-Ticarət Birliyi Qarabağ Əlillərinin "Xatirə" Xeyriyyə Cəmiyyəti Bakı-Qafqaz Enerjitəmir İdarəsi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Haray (film, 2004)
== Məzmun == Filmdə ermənilərin xalqımızın başına gətirdiyi faciə və müsibətlər arxiv materiallarına əsasən real süjetlər əsasında əks etdirilir. Bu haray Qarabağın harayıdır. Bu haray Şuşadan didərgin düşmüş qaçqınlarımızın, Natəvanın, Üzeyirin, Bülbülün güllələnmiş daş heykəllərinin harayıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Operator: Sərdar Vəliyev, Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatçısı: Rauf Əliyev Montaj edən: Samirə Seyidbəyli (Samirə Seyidbəyova kimi) Kompüter dizaynı: Rauf Umud İcraçı prodüser: Kamil Məmmədov Mətni oxuyan: Əliabbas Qədirov == Çəkilişə köməklik edən qurumlar == Bülbülün Ev Muzeyi Üzeyir Hacıbəyovun Ev Muzeyi Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi == Çəkilişə kömək edənlər == Adilə Məmmədova Səadət Qarabağlı Altay Hacıyev (xalq rəssamı) Elton Avalov (sənətşünas-rəssam) Rəfael Gülməmmədov == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. == Məzmun == Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir.Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir.Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır.Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. == İslamda haram == Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. == Xristianlıqda haram == Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 85 nəfərdir. == Relyefi == Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir. == Turizm == Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Saray
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. == Etimologiya == Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Ağ saray
Ağ saray (Özb. Oq -Saroy – "Ağ saray") — Əmir Teymurun doğma şəhəri Şəhrisəbzdəki möhtəşəm xarabalı iqamətgah. == Tarixi == Məlumdur ki, Teymurun ilk sarayları Küksaray və Bustan-saray İmperiyanın paytaxtı Səmərqənddə tikilmişdir. Teymur nadir hallarda onlarda qalır, şəhərin ətrafında tikilmiş kənd saraylarına üstünlük verirdi. Teymur vətəni Keşdə (Şəhrisəbz) daha böyük saray tikmək arzusunda idi. Onun tikintisinə 1830-cu ildə, yəni Mavəraünnəhrdə avtokratın hakimiyyəti gücləndikdən dərhal sonra başlandı. Tikinti işləri demək olar ki, fəthin ölümünə qədər davam etdi. Sarayın bir neçə həyəti var idi, onların ətrafında yaşayış yerləri və ictimai otağlar yerləşirdi. Binalar qızılı göy rənglə bəzədilib, binaların fasadları rəngli keramidlə örtülmüş, həyətlər ağ pilətələrnən döşənmişdir. Sarayın möcüzələrindən biri damdakı hovuz idi, ondan mənzərəli reaktiv şəlaləsi axır.
Boko Haram
Boko Haram (əsl adı: Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad) - Nigeriyanın radikal islam sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. == Təşkilatın məqsədi == Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Hausa dillindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir. Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.
Böyük Saray
Böyük Saray-Livan Ərəb Respublikasının baş nazir sarayı.
Büllur saray
Büllur saray (ing. Crystal Palace) — Londonda şüşə və dəmirdən inşa edilmiş bina. Bina sərgi və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuşdu və layihəsi Böyük Britaniya kraliçası Viktoriyanın həyat yoldaşı şahzadə Albert Saxe-Koburq Saalfeld tərəfindən təsdiqlənmişdir. Binanın tikiləcəyi ərazidəki ağacların kəsilməsinə qarşı olan şahzadə Albert binanın inşası zamanı ağaclara ziyan vurulmadığına görə təklif olunan layihələr arasında yalnız bu layihəni bəyənmişdir. Büllur sarayın açılışında Kraliça Viktoriya və şahzadə Albert də iştirak etmişlər. Sərgi sona çatdıqdan sonra bina London ətrafında yerləşən Sidnem-Hill ərazisinə köçürülür. 30 noyabr 1936-cı ildə bina yanğın zamanı məhv olur və bir daha bərpa edilmr. == Layihəsi == 1851-ci ildə inşa edilmiş Büllur sarayın divarları bütünlükdə şüşədən quraşdırılıb. Metal çərçivələrin içərisinə 300 mindən çox şüşə doldurulub. Sarayın əsas hissəsini sərgi zalı təşkil edir.
Fernanda Qaray
Fernanda Qaray ( tam adı Fernanda Garay Rodrigues ) (d. 10 may 1986 - Porto Aleqro, Braziliya) — Braziliyalı voleybolçu. == Karyerası == Uşaqlıqdan bu idmanla məşğul olan Fernandanın arzusu elə voleybolçu olmaq imiş. 2002-ci ildən peşəkar karyerasına başlayan Qaray 2010-cu ilə Braziliyanın müxtəlif klublarında forma geyib. Meydandakı çeviklik və qüvvətli hücumları onun Yaponiya klubu "NEC Red Rockets"in marağına səbəb olub. 2010-cu il onun üçün ölkə xaricində oynamaqla yanaşı daha bir ilklə yadda qalıb. Mariana Şteynbrexerin (Mari) əvəzinə milliyə çağırılan Fernanda debütünü Yaponiyada keçirilən Dünya Çempionatında edir. Həmin çempionatda finalda Rusiya millisinə uduzaraq gümüş medal qazanırlar. Fernanda Qarayın həmçinin hərbi rütbəsi də var. O, çavuşdur.
Halay (oyun)
Halay - Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: - Halay gəlmişik. Dəstəbaşının biri digərinə : - Gəl! (yəni qəbul et) - deyir. O biri cavabını verir.
Harry Kauper
Henry Alexis (Harry) Kauper (1888[…], Hotorn[d] – 22 aprel 1942, Riçmond[d]) — avstraliyalı aviasiya və radio mühəndisi olub, Sopwith-Kauper kəsici mexanizminin layihələndirilməsi və Avstraliyada radio yayımını inkişaf etdirdiyi işi ilə məşhurdur.
Hatay ili
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.