Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balına mahıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Şeytan göz qabağında (film, 1987)
== Məzmun == Filmdəki hadisələr bizim günlərdə cərəyan edir. Burada Azərbaycan jurnalistlərinin cəmiyyətimizin inkişafına mane olan mənfi hallara qarşı, mənəvi təmizlik, paklıq, prinsipiallıq uğrunda mübarizəsindən danışılır. Kino əsərinin qəhrəmanı respublika qəzetinin əməkdaşı Teymurdur (Fəxrəddin Manafov). O, haqq-ədalət naminə əlində hakimiyyət olan adamlara qarşı mübarizəyə atılır. Şantaj, hədə-qorxular, açıq-açığına pul təklif olunması-bütün bu vasitələr işə salınır. Lakin namuslu jurnalisti ələ almaq mümkün olmur... == Festivallar və mükafatlar == 1) 1988-ci ildə Bakıda XXI Ümumittifaq kinofestivalı *Filmə I Mükafat verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Asim Cəlilov Quruluşçu rejissor: Oqtay Mirqasımov Quruluşçu operatorlar: Ələsgər Ələkbərov, Nizami Abbasov Quruluşçu rəssamlar: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Rejissor-stajçı: T. Məmmədov Rejissor: Nadir Əzməmmədov Montaj edən: Tamara Nərimanbəyova Geyim üzrə rəssam: Tatyana Əmirova Əlbəsəçi: Anna Dubova Qrim rəssamı: Berta Roqova Dekor rəssamı: Nazim Hacıyev Fotoqraf-rəssam: Fərhad Behbudov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistentləri: A. İbrahimov, E. Şərifov Operator assistentləri: Etibar Şirinov, V. Romanov Montajçı assistentləri: S. Babayeva, L. Nuriyeva İşıq texniki: Niyazi Zeynalov İşıq ustası: N. Daşdəmirov, Əbdülnəsir Kutiyev, İ. Kramarenko Məsləhətçi: K. Məmmədov (daxili işlər general-mayoru) Çalır: Rafiq Babayevin İdarəsilə İnstrumental Ansambl Trüklərin quruluşu: Nizami Musayev Kaskadyorlar: A. Andreyev, V. İvanov, Y. Şmerkoviç Redaktorlar: Ramiz Fətəliyev, Əhmədağa Qurbanov İnzibati qrup: Ş. Balakişiyev, P. Sultanov, Liliya Zöhrabova Filmin direktorları: Sahib Quluzadə, Tamara Kazaçenko, Nadir Əliyev === Rollarda === Fəxrəddin Manafov — Teymur Larisa Xələfova — Sona Həsən Məmmədov — Sabir Rasim Balayev — Nəzərov Hamlet Xanızadə — Paşayev Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Nazimzadə Hacı İsmayılov — balıqçı Radmila Əliyeva — Leyla Nadir Əzməmmədov — "Kamaz" sürücüsü Tahir Tahirov (T. Tahirov kimi) — Sultançik Eldəniz Rəsulov — Oqtay Rəşid Mahmudzadə — Fufa Nəsir Sadıqzadə — mehmanxana müdiri Ramiz Əzizbəyli — SES direktoru Muxtar Maniyev — Rizvan Hacımurad Yegizarov — Heydərov Tofiq Mirzəyev — baş redaktor Alim Məmmədov — Cəbiyev Yasin Qarayev — birinci oğlan Fərhad Hüseynov — ikinci oğlan Gümrah Rəhimov — milis işçisi Tariyel Qasımov Təvəkkül İsmayılov — sürücü Nazir Əliyev — bazar müdiri Telman Əliyev — milis rəisi Sadıq Hüseynov — dəmiryol işçisi M. Qarayev Vidadi Həsənov — brokanyer E. Namazov Elman Şeydayev R. Qiyasov A. İbrahimov Dadaş Kazımov — aşpaz D. Monaximova Emin Mirabdullayev — Sabirin oğlu Xuraman Abbasova Nəcibə Hüseynova — Sabirin arvadı A. Qurbanəliyev Elman Qurbanov Ömür Nağıyev — brokanyer Oqtay Mirqasımov — özbək satıcı (titrlərdə yoxdur) Fikrət Məmmədov — milis işçisi (titrlərə yoxdur) Hüseyn Muradov — Teymuru güdən (titrlərdə yoxdur) Gündüz Abbasov — redaksiya işçisi (titrlərdə yoxdur) Nüsrət Kəsəmənli — redaksiyaya daxil olan (titrlərdə yoxdur) Cahangir Aslanoğlu — redaksiyaya daxil olan (titrlərdə yoxdur) Vəliəhd Vəliyev (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Nəcibə Hüseynova — Sona (Larisa Xələfova) (titrlərdə yoxdur) Tələt Rəhmanov — bazar müdiri (Nazir Əliyev) (titrlərdə yoxdur) Rəfael Dadaşov — Heydərov (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Həmidə Ömərova — katibə (titrlərdə yoxdur) Həsən Əbluc — mehmanxana müdiri (Nəsir Sadıqzadə) (titrlərdə yoxdur) Mübariz Əlixanoğlu — milis işçisi (titrlərdə yoxdur) Ramiz Məlikov — sürücü (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — katibə (titrlərdə yoxdur) Pərviz Bağırov — "Kamaz" sürücüsü (Nadir Əzməmmədov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Teymuru güdən (Hüseyn Muradov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — baş redaktor (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) === Arxiv kadrlarda iştirak edənlər === Mixail Qorbaçov (şəkil) (titrlərdə yoxdur) Vladimir Lenin (şəkil) (titrlərdə yoxdur) == Çəkilişə köməklik edən qurum == Mingəçevir Şəhər Partiya Komitəsi == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Dalida
Dalida (fr. Dalida, ərəb. داليدا‎; əsl adı İolanda Kristina Cilyotti, it. Iolanda Cristina Gigliotti; 17 yanvar 1933 – 3 may 1987) — İtaliya əsilli, Misirdə doğulan fransız müğənnisi. Milliyyətcə italyan olsa da, Misirdə doğulub-böyümüş, həyatının böyük bir hissəsini isə Fransada keçirmişdir. 800-ə yaxın mahnısını fransız dilində, 200-ə yaxın mahnısını doğma italyan dilində, 200-ə yaxın mahnısını isə digər 8 dildə — alman, ərəb, ingilis, ispan, yapon, ivrit, yunan, flamand dillərində ifa edib. Dalidanın bütün dünyada 130 milyondan çox səs yazısı satılıb. == Uşaqlıq illəri == İolandanın işsiz babası Cüzeppe Cilyotti XX əsrin əvvəlində iş tapmaq üçün İtaliyadan Qahirəyə köçür. Ona görə ki, Misir Kalabriyaya yaxın idi və yollar ucuz başa gəlirdi. Cüzeppe dərzilik edir, paltarlarını satırdı.
Malina
Malina Moruq növünə aid yeyilən meyvə Malina yarpaqları təzə və ya quru bitki mənşəli və dərman çaylarda istifadə edilə bilər.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Agrostis salina
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Artemia salina
Artemia salina- Artemia cinsinə mənsub duzlu sularda yayılmış xərçəngkimilərin qədim növüdür. == Morfoloji quruluşu == Bədən baş, döş və qarıncıqdan ibarətdir. Başda tək nauplial göz, fasetlı göz, antennullalar və antennalar, döşdə isə döş ətrafları yerləşmişdir. Qarıncıq çəngəlciklə qurtarır . == Təsnifatı == Kar Linneyin 1758-ci ildə nəşr olunan "Təbiətin sistemi" əsərində Cancer salinus kimi təsvir edilmişdir == Yayılması == Şimali Afrika, Cənubi Avropa və Anadoluda geniş yayılmışdır . == Əhəmiyyəti == Artemia salina balıqçılıq zavodlarında çoxaldılıb, körpə nərə balıqlarının yemləndirilməsində istifadə olunur .
Atriplex salina
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Balina bitləri
Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə. == Bədən quruluşu == Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər. == Həyat tərzi == Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.
Balina buxtası
Balina buxtası — Buxta Ross şelf buzlağında, Ruzvelt adasının şimalında yerləşir. Buxta 1841-ci ildə Ceyms Rossun ekspedisiyası tərəfindən kəşf edilmişdir. Buxtanın adı Britaniya qütb araşdırma ekspedisiyasının rəhbəri Ernest Şelktonun Nimrod gəmisinin arxasında (24 yanvar 1908) çoxlu sayda Balinanı müşahidə etməsi ilə əlaqədar verilmişdir. Şelkton buxtanın gəmilərin dayanması və düşərgə qurmaq baxımından əlverişsiz olmasını bildirmişdir. Bununla belə XX əsrin əvvəllərindən sahilləri qütb araşdımalarının məskəni olmuşdur. 1911-ci ildə Balina buxtasında yerləşən Framheym düşərgəsi Rual Amundsen tərəfindən Cənub qütbünə təşkil etdiyi ekspedisiya zamanı uğurla istifadə etmişdir. 1928—1930 illər ərzində buxtada amerikalı Riçard Berdin rəhbərliyi ilə ekspedisiya fəaliyyət göstərmişdir. 1934-cü ildə Berd buxtada iki buzlağın toqquşduğunu müəyyən etmişdir. 1939—1941-ci illər ərzində isə Balina buxtasında Amerika Antarktida proqramı çərçivəsində araşdırma işləri aparılmışdır.
Balina bığı
Balina bığı — Bığlı balinalarda rast gəlinən, balinaların qidasının ağız boşluğunda saxlamasına xidmət edən, buynuz maddəsindən təşkil olunan xüsusi plastinlər. Dişlərə sahib olmayan balinaların üst çənələrində 360-800 arası (uzunluğu 20 - 450 sm) buynuz maddəsindən ibarət plastin olur. Onlar 0,3—1,2 sm arakəsmə ilə bir-birinin ardınca yerləşir. Hər bir plastinin baş hissəsi balıq, molyusk və xərçəngkimilərin suya axmasını əngəlləyən şitləri vardır. Onlar bir növ filter rolunu oynayır. == İstifadəsi == Balina bığları əvvəllər mebel və tekstil sahələrində geniş istifadə edilirdi. Plasmasın ixtirasına qədər onlardan paltarların tikilməsində geniş tətbiq olunmuşdur.
Balina köpəkbalığı
Balina köpəkbalığı (lat. Rhincodon typus) — Orectolobiformes dəstəsinin balina köpəkbalıqları fəsiləsindən balıq növü. 40 ölkədən olan ekspertlər qrupu balina köpək balıqlarının mühafizəsi üçün bir araya gəliblər. Qeyd edək ki, bu növ planetin ən iri balıqlarıdır. Bu haqda Meksikanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən məlumat yayılıb. Atlantik, Hind və Sakit okean tropik sularının sakinləri olan balina köpək balıqları Karib dənizinin Meksika sahillərində məskunlaşıblar. Bir çox turistlər istirahət adası olan Xolboşun yaxınlığındakı yerə suda bu canlıların ətrafında üzmək üçün gəlirlər. Bu nəhəng balıqların uzunluğu 15 metrə, kütləsi isə 20 tona yaxın olur. Bu balıq növünün problemlərinə həsr olunmuş konfransda iştirak edən mütəxəssis – ixtioloq və ekoloqlar avqust ayının 30-u Beynəlxalq Balina Köpək balığı Günü elan olunması ilə əlaqədar razılığa gəliblər. Onların bu qərara gəlmələrində məqsəd, nəsli kəsilmə təhlükəsi olan bu növə insanların diqqətini cəlb etməkdir.
Balina mahnıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Balina ovu
Balina ovu sənayesi — Balinakimilərin gəlir əldə etmək məqsədi ilə ovlanması. Ovun hədəfi balinaların piyinin əldə edilməsidir. Onların piyi əsasən yanacaq kimi istifadə edilirdi. Üstəlik sənaye ehəmiyyəti olmuşdur. Balinaların ət məqsədli ovu XX əsrin ortalarına qədər davam etmişdir. Balinanın ətindən Kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır. == Balinaovlayan və emal edən sənaye sahəsi == İlk zamanlar Balina ovu Atlantika və Sakit okeanların sahilyanı hissələrində inkişaf etmişdi. 15 əsrin axırlarında burada balinaların miqdarının azalması ilə əlaqədar olaraq tədricən açıq dənizdə gəmi ilə Balina ovuna başlandı. 19 əsrin axırlarında zolaqlı balinaların miqdarı Şimali Atlantikada kəskin surətdə azaldığından Norvec sənayeçiləri çox sayda balina sürüləri qeydə alınan Antarktika sularına ekspedisiyalar təşkil etdilər. Hazırda dünya okeanlarında, əsasən, 5 növ balina – finval, kaşalot, seyval, qozbel və göy balina ovlanır.
Balina silsiləsi
Balina silsiləsi — sualtı silsilə Atlantik okeanın cənub-şərqində Afrika matetik şelfindən başlayaraq Tristan-da-Kunya adalarına qədər uzanır.. Uzunluğu 1800 km, eni 300 km təşkil edir. Hündürlüyü 3000 metrdir. Səthə ən yaxın yeri 24 metrdir.
Balina susüpürəni
Daymamaq (Vərziqan)
Daymamaq (fars. دايممق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (13 ailə).
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Su qabağı
Su qabağı (lat. Lagenaria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Adenopus Benth. Sphaerosicyos Hook.f.
Ağ balina
Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) — bütün həyatı boyu suda yaşamağa uyğunlaşmış məməlilər dəstəsi.
Boz balina
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Daliya Mücahid
Daliya Mücahid (ing. Dalia Mogahed; 1974, Qahirə) — Misir mənşəli Amerika alimi. O, Qallupun müsəlmanlar üzrə araşdırmalar mərkəzinin icraçı direktorudur ki bütün dünyada müsəlmanların mövqeyini əks etdirmək üçün məlumat və təhlil təmin edən bitərəf araşdırma mərkəzidir. Daliya Mücahid, "Din Əsaslı və Çevrə Müəssisələr üzrə Ağ Ev Ofisi"ndə ABŞ prezidenti Barak Obamanın müşaviri kimi seçilmişdir.
Daliya Skay
Dahliya Skay (10 avqust 1989 – 30 iyun 2021, Los-Anceles, Kaliforniya) — amerikalı pornoqrafiya aktrisasıdır. == Həyatı == Dahliya Skay 10 avqust 1989-cu ildə dünyaya gəldi. 2010-cu ildə Bailey Blue ləqəbini götürərək pornoqrafiya sənayesinə başladı. 2014-cü ildə səhnə adının müəllif hüquqlarının əlində olan institusional geyim firmasının xəbərdarlıq göndərdiyinə görə adını dəyişdirdi. 30 iyun 2021-ci ildə Los-Anceles, Kaliforniya-da bir avtomobilin içində silahla vurulmuş halda ölü olaraq görüldü. Ölümündən sonra New York Daily News-da yer alan bir xəbərə görə səlahiyyətlilər hadisənin intihar olduğu qərarını verdi.
Darina Qromova
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontaкte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. == Həyatı və ölümü == Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Drosera salina
Drosera salina (lat. Drosera salina) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Göy balina
Göy balina (lat. Balaenoptera musculus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. == Cütləşmə və laktasiya == Cütləşmə və balalama müddətləri çox uzundur. Cənub yarımkürəsində cütləşmə iyul-avqust, Şimalda -yanvara təsadüf edir. Hamiləlik 10–11 aydır. Yeni doğulmuş balanın uzunluğu 7–8 metr olur. Dişilər iki ildən bir balalayır. Bir bala gətirir. Laktasiya müddəti 6–7 aydır. Cinsi yetkinliyə 8–10, başqa məlumata görə 23–30 yaşında çatır.
Adi su qabağı
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Geriyə Baxmağa Dəyər (1985)
== Məzmun == Portret-oçerk Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Şərif Şərifov Səs operatoru: Vladimir Savin Məsləhətçi: Yaşar Qarayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Polina Gagarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. == Həyatı == Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Qaqarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. == Həyatı == Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Qaraqışa (Bostanabad)
Qaraqışa (fars. قره قيشه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 260 nəfər yaşayır (66 ailə).
Sabatina Ceyms
Sabatina Ceyms və ya Sabatina (tam adı: Sabatina Ceyms, alm. Sabatina James‎; 1982) — Pakistanlı Avstriya yazıçısı. Onun əsərləri avtobioqrafik səciyyə daşıyır və islamdan xristian katolik dininə keçməsi ilə bağlı məsələlərdən bəhs edir. == Həyatı == Sabatina Ceyms Pakistanın Dhadar şəhərində müsəlman ailəsində anadan olmuşdur. On yaşında olarkən ailəsi ilə birlikdə Avstriyanın Linz şəhərinə köçmüşdür. Sabatina orada böyük istiqanlılıqla qəbul edilmişdi və hər kəs, xüsusilə də müəllimləri ailənin yeni mühitə inteqrasiyasını istəyirdilər. Sabatina qısa müddət ərzində Avstriya cəmiyyətinə uyğunlaşır və assimilyasiya olunur. Valideynləri Avstriyada müvəqqəti məskunlaşmağı nəzərdə tutduqlarından bu vəziyyətdən xoşnud olmurlar. Qızlarına qarşı tətbiq etdikləri məhdudiyyətlər təsirli olmadığından ailə Sabatinanı Lahora göndərib əmisi oğlu ilə evləndirmək qərarına gəlir. Beləcə, valideynləri Sabatinanı Pakistanda qoyur və o, burada mədrəsəyə getməyə məcbur edilir.
Dallia
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Dalyan
Dalyan (çin. 大连市) və ya Dalni — Çin Xalq Respublikasının şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 5,9 milyon nəfər olmuşdur. == Coğrafiyası == Bu şəhər həm də Lyaodun yarımadasının cənubunda, Sarı dənizdəki Dalyanvan körfəzinin sahilində donmayan portdur. Nəqliyyat qovşağı Dalyan–Şenyan (Mukden) avto magistralıdır. Beynəlxalq aeroport Çjouşuyszıdadır. == Tarixi == 1898-ci il konvensiyasına görə, Dalyan Rusiya İmperiyasının Çindən müvəqqəti icarəyə götürdüyü ərazidə, Tsinniva adlı balıqçı qəsəbəsinin (1860-cı ildən Dalyan adlanırdı) yerində salınmış və Dalni adlandırılmışdı. Eyni zamanda yaxınlığında Port-Artur hərbi-dəniz qalasının əsası qoyulmuşdur. Kommersiya portu kimi tikilmiş, 1901-ci ildən Çin-Şərq dəmir yolunun (ÇŞDY) qolu vasitəsilə Xarbinlə birləşdirilmişdir. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsi zamanı, 1904-cü ilin mayında Yaponiya tərəfindən tutulmuş, 1915-ci il Portsmut sülhünə görə Yaponiyanın nəzarətinə keçmiş və İkinci dünya müharibəsi qurtaranadək Dayren adı ilə yaponların onun hakimiyyəti altında qalmışdır.
Darıca
Darıca — Türkiyənin Kocaeli ilinin ilçələrindən biri. == İdman == "Darıca Gənclərbirliyi" adlı futbol klubu ilçəni Türkiyənin 2-ci liqasında təmsil edir.
Daşlıca
Daşlıca (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Daşlıca (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Daşlıca (İğdır) — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd.
Malıca
Malıca — İranın Kürdüstan ostanının Qürvə şəhristanının Dilbəran bəxşində şəhər. == Tarix == Malıca kəndi 2021-ci ildə şəhər statusu qazanmışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,164 nəfər yaşayır (1,245 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Geriyə baxmağa dəyər... (film, 1985)
== Məzmun == Portret-oçerk Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Şərif Şərifov Səs operatoru: Vladimir Savin Məsləhətçi: Yaşar Qarayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Geriyə baxmağa dəyər (film, 1985)
== Məzmun == Portret-oçerk Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Şərif Şərifov Səs operatoru: Vladimir Savin Məsləhətçi: Yaşar Qarayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Calın
Calın - türk və altay xalq inancında müqəddəs mərasim. Yalın və ya Çalın da deyilir. Xüsusilə Yer Ana və Yer iyəsi üçün edilən mərasim. Böyük bir ağacın altında həyata keçirilir. Bu ağac Uluqayını təmsil edir. Yerə üç direk batıb təpələri oyularaq və ya üzərlərinə bir stəkan qoyularaq içlərinə kımız doldurulur. Şaman sahəyə gələrək əllərində ağac budaqları tutan 39 qız və 39 kişilə birlikdə "kırınır" (rəqs edər). Burada qırxıncı adam özüdür və bu rəqəmin müqəddəsliyi ilə əlaqədar da bir yanaşma vardır. Yer ananı təmsil edən üç dirəyin yanına çataraq Calın alır. Artıq reallaşan müqəddəs əlaqəyə "Calın Almaq" deyilir.