Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Damarlı üskükotu
Damarlı üskükotu (lat. Digitalis nervosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir.
Daharlı
Daharlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi (Düzkənd) Axuryan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qoraqoyunlu türk tayfasının bir qolu olan duharlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Getk qoyulmuşdur. Mənbədə Dağarlı.
Damalı suilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. == Həyat tərzi == Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Damalı su ilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. == Həyat tərzi == Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Baharlı
Baharlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Baharlı — nasir, publisist. Bayramxan bəy Baharlı — ictimai xadim, Əbdürrəhim xan Baharlı — Böyük Moğolların dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Bayram xan Baharlı — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri Mirzə Vəli bəy Baharlı — Qarabağ xanlığının vəziri, şairKəndlər Baharlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Gül Baharlı — Azərbaycanın Ağdam rayonunda kənd. Birinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. İkinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. Baharlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Baharlı (Qafan) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonunda kənd. Baharlı (Qafan, 2) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Dadaşlı
Dadaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Damarçın
Damarçın- Azərbaycan Respublikası Şəki rayonu ərazisində çay. == Toponimikası == Damarçın Şəki rayonu ərazisində çay.Aşağı axarında Kiş çayı adlanır. Çayda tez-tez sel hadisələri baş verir. Şəki şəhəri yaxınlığında çayın üzərində iki SES tikilmişdir. Aşağı axarında suvarma üçün geniş istifadə olunur. Hidronim damar (toponimik termin kimi "çay yatağı, axar su hövzəsi, çay, çay qolu, arx" mənalarında işlənir) və -çın (qədim element olub, -cıq şək.-sinə uyğundur) komponentlərindən düzəlib, "kiçik çay", "çay qolu", "çay yatağı" deməkdir. == Həmçinin bax == Kiş (Şəki) == Xarici keçid == https://sites.google.
Damcılı
Damcılı (Göygöl) — Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Damcılı (Qırxbulaq) — Qırxbulaq mahalında köhnə kənd. Damcılı (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Damcılı mağarası — Qazax rayonunda yerləşən mağara.
Damğalı
Damğalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Daraqlı
Daraqlı (qaq. Taraklı) Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Hamamlı
Hamamlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Hamamlı (şəhər) — Ermənistan Respublikasında şəhər. Hamamlı rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Pəmbək mahalı ərazisində rayon. Hamamlı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kərid. Hamamlı (Manyas) — Türkiyənin Balıkesir ilinin Manyas ilçesine bağlı bir kənd.
Havarlı
Havarlı — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. Kəndin ərazisində havar adlanan qamış növünün bitməsi ilə əlaqədar olaraq yaşayış məntəqəsi belə adlandırılmışdır..
Kafarlı
Kafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Kamallı
Kamallı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Kamallı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Mamaylı
Mamaylı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Mamaylı kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mamaylı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Bəzi tədqiqatlara əsasən, kənd mamaylı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin adı isə Mamay şəxs adından və -lı mənsubiyyət şəkilçisindən ibarət olub, "Mamayın nəsli, mamaygillər" mənasındadır. Digər tədqiqatlara əsasən, Mamay XIV əsrdə yaşamış tatar xanının adıdır. Azərbaycanın və eləcə də digər dövlətlərin toponimikasında işlək olan mamay komponenti Qusar rayonunda Mamaytəpə, Ukraynanın Zaporojye vilayətində Mamayka çayı, Rusiyanın Volqoqrad vilayətində Mamay kurqan, Dağıstanda Mamayqutan kəndi və s. monqol mənşəli layın göstəricisidir. == Tarixi == Rəvayətə görə monqol xanı olan Mamay xanın ərazidə beş-altı gün məskən salması ilə el arasında həmin yer Mamaylı adlandırılıb. Sonralar camaat təzə binə qurduğu yeri nişan verəndə "Mamay xanın dincəldiyi yer" deyərmişlər. == Coğrafiyası və iqlimi == Kənd Düzyengicə düzənliyində yerləşir.
Mamırlı
Mamırlı — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Mamırlı sözünün mənası şivyəkimilərdən olan rütubətli meşələrdə bitən Mamır sözündəndir. Vaxtı ilə həmin ərazidə yaşayan Alışarlar tayfası (Alaşallılar) bellərinə bağladıqları alaşalları boyamaq üçün Mamır bitkisindən istifadə etdikləri üçün Mamırlı-yəni Mamır bol olan yer sözü yaranmışdır. Alışarlar tayfası tədricən yox olmuş onların adları ilə adlandırılan qəbirsanlıq qalmışdır. Təsərrüfat işləri zamanı tapılmış küp qəbirlər və digər maddi mədəniyyət nümunələri tədqiqi göstərir ki, Mamırlı kəndi b.e.əvvəl yaşayış məskəni olmuşdur. Tarix müəllimi Cəfərov Məzahir Məhəmməd oğlu. == Əhalisi == Aynur Camalqızı — jurnalist, yazıçı.
Naharlı
Naharlı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Naharlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Naharlı kəndi Məzrəli və Hacıqasımlı kəndləri arasında, Saatlıdan 8 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 607 nəfərdir.
Qafarlı
Qafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tamamlı
Tamamlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Tatarlı
Kəndlər Tatarlı (Goranboy) — Goranboy rayonunda kənd. Tatarlı (Şəmkir) — Şəmkir rayonunda kənd.
Timarlı
Timarlı (türk. timarlı) — orta əsr türk dövlətlərində hakimiyyət tərəfindən timar sahiblərindən yığılan nizamsız süvari milis. Timarlılar daimi orduda yürüşlər zamanı xidmət etməli, habelə dinc vaxtlarda timarlarından gələn gəlir qarşılığında cinayətlərə qarşı cəza tədbirlərində iştirak etməli idilər. Timar sistemi Bizans proniyasının bir çox xüsusiyyətlərini miras götürmüşdür. Bu sistem Osmanlı imperiyasında görkəmli əsgərlərə mükafatlar verən, 1326–1359-cu illərdə hakimiyyətdə olmuş Sultan I Orxanın dövründə meydana çıxmışdır. 1525-ci il siyahıyaalınmasına görə, 37,818 nəfər timarlı kimi siyahıya alınmışdır. == Mənbə == Gwinn, Robert P, Charles E. Swanson, and Philip W. Goetz. The New Encyclopaedia Britannica.vol. 8, 11, 10. London: Encyclopaedia Britannica, Inc., 1986 Goffman, Daniel.
Tomarlı
Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır. == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.
Xumarlı
Xumarlı (Zəngilan) — Zəngilan rayonunda kənd. Xumarlı (Xudafərin) — Cənubi Azərbaycanın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanında şəhər.
Zamanlı
Zamanlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Zamanlı (bulaq) — Gədəbəy rayonunun Zamanli kəndi yaxınlığında iki qrup mineral bulaqların umumi adi; Zamanlı (çay) — Tovuz və Şəmkir rayonlarında çay. Tovuzçayın sol qolu olub, Axıncaçayına tokülür.
Çamardı
Çamardı (türk. Çamardı) — Niğdə ilinin ilçəsi.
Çamırlı
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Çaparlı
Çaparlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Çaparlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd.
Dəmirli
Yaşayış məntəqələriDəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.