Mamaylı

MamaylıAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Mamaylı kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mamaylı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Mamaylı
40°49′10″ şm. e. 47°44′07″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 346 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mamaylı xəritədə
Mamaylı
Mamaylı

Bəzi tədqiqatlara əsasən, kənd mamaylı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin adı isə Mamay şəxs adından və -lı mənsubiyyət şəkilçisindən ibarət olub, "Mamayın nəsli, mamaygillər" mənasındadır. Digər tədqiqatlara əsasən, Mamay XIV əsrdə yaşamış tatar xanının adıdır. Azərbaycanın və eləcə də digər dövlətlərin toponimikasında işlək olan mamay komponenti Qusar rayonunda Mamaytəpə, Ukraynanın Zaporojye vilayətində Mamayka çayı, Rusiyanın Volqoqrad vilayətində Mamay kurqan, Dağıstanda Mamayqutan kəndi və s. monqol mənşəli layın göstəricisidir.[2]

Rəvayətə görə monqol xanı olan Mamay xanın ərazidə beş-altı gün məskən salması ilə el arasında həmin yer Mamaylı adlandırılıb. Sonralar camaat təzə binə qurduğu yeri nişan verəndə "Mamay xanın dincəldiyi yer" deyərmişlər.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Düzyengicə düzənliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 671 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq və heyvandarlıq təşkil edir. Kənddə 168 təsərüffat var. Yararlı torpaq sahəsi 800 hektardır. 2004-cü ilin axırlarından kəndə mavi yanacaq verilir. Magistral xəttə çıxan 3 km. yol təmir edilib.

Kənddə kitabxana və kinoklub mövcuddur.

Kənddə Ehtiram Səmədov adına orta məktəb fəaliyyət göstərir.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  2. Mamaylı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629