Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danimarka
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir. == Ərazi == Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir.
Danimarka-Norveç
Danimarka-Norveç — hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, Qrenlandiya və Farer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, Qrenlandiya və Farer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir. == Quruluş == Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı. == Yeddi illik Şimal müharibəsi == İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı. == Koloniyaların yaranması == Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri Amerika və Hindistan oldu.
Danimarka tarixi
Danimarka tarixi, bu günkü Danimarka Krallığı torpaqlarının taix öncəsi dövrlərdən günümüzə qədər uzanan tarixdən ibarətdir. == İlk dövrlər == Danimarkada insanların 100.000 ildən çox bir tarixi var, lakin Danimarkanın şimalda yerləşməsi səbəbindən insanlar son buz dövründə Danimarkanı tərk etməli oldular və insanlar eramızdan əvvəl 12.000-də buzlaqların geri çəkilməsi ilə yenidən Danimarka torpağında gəldilər. Eramızdan əvvəl 3000-ci ildə Danimarkanın yerli sakinləri öz torpaqlarında əkib becərməyə başladılar. Dəmir dövründə (eramızdan əvvəl IV — I əsrdə Skandinav iqlimi soyuq və yağışlı bir dövrdən keçdi. Bu dövrdə Danimarkalıların cənubi Almaniya bölgəsinə köç etdikləri təyin olunub Roma İmperiyasının ən güclü dövründə belə, sərhədləri Danimarkanı əhatə etmirdi. Bununla birlikdə, Danimarkada tapılan Roma sikkələri, iki bölgə arasında ticarət əlaqələrinin güclü olduğunu sübut edir. Bundan əlavə, Danimarkanın Roma ordusuna əsgər verdikləri təyin olundu. Danimarkada yayılmış torf bataqlıqları arxeoloji məlumatların böyük bir mənbəyidir. Danimarkada Antik dövrdən qalma yazılı sənədlər olmadığından, bu bataqlıqlarda aşkar edilmiş yaxşı qorunan insan cəsədləri tarixçilərə o dövrdə Danimarkalıların mədəniyyəti və həyat tərzi haqqında bir fikir verə bilər. 8-ci və 11-ci əsrlər arasında Danimarkada Vikinqlər kimi tanınan tayfa hökm sürürdü.
Danimarka şəhərləri
1 = 20,000 və ya daha çox əhalisi olan şəhərləri2 = Ölstükke-Stenlöse yeni şəhərdir, Ölstükke və Stenlöse şəhərlərinin birləşməsi nəticəsində yaranışdı3 = Hörsholm şəhəri bir neçə bələdiyyələrin bir hissəsidir.a = Kopenhagen aqlomerasiyasının bir hissəsi (da: Hovedstadsområdet).b = Olborq şəhər-rayonunun bir hissəsi
Azərbaycan–Danimarka münasibətləri
Azərbaycan–Danimarka münasibətləri — Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Birjevaya küçəsi 32 ünvanındakı "Elektriçeskaya Sila" şirkətinin binasında Danimarkanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul E.F.Bisrinq rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === ==== Azərbaycan səfirləri ==== ==== Danimarka səfirləri ==== Hazırda Danimarkanın Azərbaycandakı səfiri 2017-ci ilin mart ayının 26-da öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmiş Svend Ollinqdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Fərəməz Maqsudov olmuşdur. 4 mart 2016-cı il tarixindən Sevinc Fətəliyeva işçi qrupunun rəhbəridir.
Böyük Danimarka ensiklopediyası
Böyük Danimarka Ensiklopediyası (dan. Den Store Danske Encyklopædi) Danimarka dilində çoxcildlik universal ensiklopediyadır. Gyldendal tərəfindən 1994–2001-ci illər arasında 20 cilddə, ardınca 2002-ci ildə əlavə bir cilddə və 2003-cü ildə iki indeks cilddə nəşr edilmişdir. Ensiklopediya Danmarks Nationalleksikon A/S (Gyldendalın törəmə şirkəti idi) tərəfindən hazırlanmışdır. 20 cilddə 115 minə yaxın məqalə var idi, bunun üçün müxtəlif bilik sahələri üzrə 4000-ə yaxın müəllif-mütəxəssis cəlb edilmişdir. Məqalələrin əksəriyyəti bir neçə onlarla sətirdən uzundur ("Danimarka" məqaləsi 130 səhifədir), hər biri imzalıdır. Hər bir cilddə çoxlu sayda illüstrasiyalar var. 2004-cü ildə ensiklopediya Microsoft Windows platforması üçün, 2005-ci ildə Mac OS üçün CD-ROM- da buraxılmışdır. 2006-cı ildə nəşriyyatda ensiklopediyanın abunə yolu ilə pullu onlayn versiyasını yaratmaq planları var idi, lakin 2008-ci ildə həyata keçirilməsi üçün vəsait çatışmazlığı səbəbindən bu layihədən imtina etmək qərarına gəldi. Buna baxmayaraq, 26 fevral 2009-cu il tarixində ensiklopediyanın məzmunu vikimühərrikində həyata keçirilən xüsusi yaradılmış saytda sərbəst şəkildə internetdə yerləşdirilmişdir ; bu qərar ensiklopediyanın çap variantının bəzi alıcılarının etirazına səbəb olub.
Danimarka şəhərlərinin siyahısı
1 = 20,000 və ya daha çox əhalisi olan şəhərləri2 = Ölstükke-Stenlöse yeni şəhərdir, Ölstükke və Stenlöse şəhərlərinin birləşməsi nəticəsində yaranışdı3 = Hörsholm şəhəri bir neçə bələdiyyələrin bir hissəsidir.a = Kopenhagen aqlomerasiyasının bir hissəsi (da: Hovedstadsområdet).b = Olborq şəhər-rayonunun bir hissəsi
Danimarka–Ermənistan münasibətləri
Danimarka—Ermənistan münasibətləri — Danimarka və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanın Kopenhagendə səfirliyi var. Danimarka isə Ukraynanın Kiyevdəki səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuşdur. Ermənistanın Danimarkadakı hazırkı səfiri Hraçya Ağacanyandır. 2008-ci ildə Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan Ermənistan və Danimarka arasındakı münasibətləri “dostyana” və “yüksək” olaraq adlandırdı. 2013-cü ildə müstəqil Amstream təşkilatı qeyri-siyasi və qeyri-iqtisadi qurum olaraq Ermənistan və Skandinaviya arasında iş, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq və tərəfdaşlığa başlamaq məqsədi ilə quruldu. == Tarix == Ermənistanla Danimarka arasındakı ticarət əlaqələri 1568-ci ildə, erməni səyyah və yazıçı Pirzadə Qapanetsinin Danimarkanı ziyarət etməsindən sonra başlayır. Müasir Ermənistan dövləti 1991-ci ildə müstəqillik qazandıqdan bəri, iki ölkə həm hökumət, həm də Qeyri Hökumət Təşkilatları əlaqələr qurmağa çalışırdı. Danimarka Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Mission Ost, Danimarka Erməni Missiyası və Danimarka Qafqaz Araşdırmaları Cəmiyyəti kimi vətəndaş cəmiyyəti təşkilatları ikitərəfli münasibətlərin inkişafında fəal iştirak edir.
Danimarka–Gürcüstan münasibətləri
Gürcüstan–Danimarka münasibətləri — Gürcüstan Respublikası və Danimarka arasındakı mövcud ikitərəfli münasibətlər. Danimarka Kiyevdəki (Ukrayna) səfirliyi vasitəsi ilə Gürcüstanda təmsil olunur. Gürcüstanın isə Kopenhagendə səfirliyi vardır. Danimarka Gürcüstanı Avropa İttifaqı və NATO-ya daxil olmaq istəyini dəstəkləyir. Gürcüstanın Danimarkadakı hazırkı səfiri Qiqi Qicadzedir. == Tarix == 1 iyul 1992-ci ildə Gürcüstan və Danimarka arasında diplomatik münasibətlər qurulur. 2007-ci ildə Danimarka və Gürcüstan miqrasiya ilə bağlı bir memorandum imzalayır. 22 aprel 2009-cu il tarixində isə Danimarka ilə Gürcüstan arasında hərbi müqavilə imzalanmışdır. 2008-ci il hadisələri zamanı Danimarka Baş Naziri Anders Foq Rasmussen Rusiyanın Gürcüstana hücumunu qınamışdır. O, 2010-cu ilin fevralında Danimarkanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti "beynəlxalq ictimaiyyətin Rusiyanın Gürcüstan qarşısında öhdəliklərini yerinə yetirməsində maraqlı olduğunu və bu səbəbdən Rusiyaya təzyiqlərin artırılması lazım olduğunu" söyləyir.
Danimarka–Qazaxıstan münasibətləri
Qazaxıstan–Danimarka münasibətləri — Qazaxıstan Respublikası ilə Danimarka Krallığı arasında ikitərəfli diplomatik əlaqələr 7 may 1992-ci ildə qurulmuşdur. == Səfirliklər == 21 fevral 2015-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev eyni vaxtda Qazaxıstanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Dastan Eleukenovu Danimarkaya səfir təyin etdi.28 noyabr 2013-cü ildə Qazaxıstanın Dövlət Katibi Marat Tacin, Danimarka Krallığının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tomas Vinklerdən və həmçinin Qazaxıstan, Qırğızıstan, Belarus, Türkmənistan və TacikistanÖzbəkistandan etimadnamə aldı. == Səfərlər == 2000-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Danimarka Krallığına rəsmi səfər etdi. 9 fevral 2010-cu ildə Qazaxıstanın Almaniyadakı və eyni zamanda Danimarkadakı səfiri Nurlan Onjanov Danimarka Xarici İşlər Nazirliyinin Dövlət katibi Maykl Zilmer-Cons ilə görüşdü. == İqtisadi və ticarət əməkdaşlığı == 1 may 2015-ci il tarixinə Qazaxıstanda 35 birgə Qazaxıstan-Danimarka müəssisəsi qeydiyyatdan keçmişdir. == Hüquqi əməkdaşlıq == Qazaxıstan (14 fevral 2009), sonra Danimarka (6 aprel 2010) bütün diplomatik pasport sahibləri üçün vizaları ləğv etdi. == Ticarət == 1993-2003-cü illərdə Danimarka Qazaxıstan iqtisadiyyatına təxminən 1,7 milyon dollar sərmayə qoydu. Danimarkanın 2004-2008 -ci illərdə Qazaxıstana ixracatı 253 milyon DKK -dan 488 milyon DKK -ya yüksəldi. Amma 2009-cu ildə 297 milyon DKK -ya düşdü. 2009 -cu ildə Danimarka idxalı 247 milyon DKK təşkil etdi.
Danimarka–Türkiyə münasibətləri
Türkiyə—Danimarka münasibətləri — Danimarka Krallığı ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr rəsmi olaraq 1923-cü ildə quruldu; Danimarka ilə Osmanlı İmperiyası arasında XVIII əsrdə başlayan əlaqələrin davamı idi. Danimarkanın Ankarada, Türkiyənin Kopenhagendə səfirliyi var . Hər iki ölkə NATO üzvüdür. Danimarka ilə Türkiyə arasındakı diplomatik münasibətlərdə bir cizgi filmi qalmaqalı və bir kürd peyk televiziya kanalı ilə əlaqədar gərginlik yaşandı. == Tarixi == 14 oktyabr 1756-cı ildə Sultan III Osman ilə Kral V Frederik arasında Dostluq və Ticarət Müqaviləsi imzalandı. 1758-ci ildə Danimarka Osmanlı İmperiyasına fövqəladə nümayəndə təyin etdi . 1618-1648-ci illərdə Danimarka və Osmanlı İmperiyası Müqəddəs Roma İmperiyasına qarşı birlikdə mübarizə apardı. Şimali müharibə zamanı Danimarka ilə Osmanlı İmperiyası bir-biri ilə müharibə vəziyyətində idi . Ölkələr 1803-1815-ci illər arasındakı Napoleon müharibələri zamanı müttəfiq idilər. 1920-ci il Türkiyə-Ermənistan müharibəsi zamanı Danimarka, Ermənistan Demokratik Respublikası ilə Türkiyə arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış etdi.Danimarka ilə Türkiyə arasındakı ticarət müqaviləsi 1926-cı ildə Ankarada, 1930-cu ildə Əməkdaşlıq, Ticarət və Naviqasiya Müqaviləsi imzalanmışdır.
Danimarka Krallığı
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir. == Ərazi == Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir.
Danimarka adası
Danimarka adası (norv. Danskoya, ing. Danes Island) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Barens dənizi suları ilə əhatələnir. Qərbi Şpisbergen adasından şimal-qərbdə, Magdalenefjorden fiordu yaxınlığında yerləşir.. Ondan şimalda Amsterdam adası qərarlaşır. Arxipelaqın bir çox adaları kimi daimi yaşayışa sahib deyildir. Adada 1631-ci ildə Balina ov bazası təşkil olunmuşdur. Bu baza 1658-ci ildə isə tərk edilmişdir. 1897-ci ildə Andre tərəfindən təşkil olunan isveç qütb ekspedisiyası bu adadan başlamışdır.
Danimarka azərbaycanlıları
Danimarka azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Danimarkada yaşayan hissəsinin adı. == Diaspora təşkilatları == Hazırda bu ölkədə azərbaycanlıların bir sıra cəmiyyət və birlikləri fəaliyyət göstərir: "Vətən" Cəmiyyəti; Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti; Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi; Danimarka Azərbaycan Mədəniyyət Mərkəzi; Danimarka-Azərbaycan Cəmiyyəti; Danimarka Azərbaycan Gənclər Təşkilatı.Qeyd olunan qurumların əsas fəaliyyət istiqamətləri Danimarkada Azərbaycanı layiqincə təmsil etmək, ölkənin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, eləcə də zaman-zaman Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətini danimarkalılara çatdırmağa yönəlib. Həmçinin, paralel olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, mədəniyyəti də həmin qurumlar tərəfindən Danimarka ictimaiyyətinə çatdırılır. == Tədbirlər == Danimarkada yaşayan azərbaycanlılar hər ilin mart ayında Herlev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirirlə. Türklər, ruslar, özbəklər, uyğurlar, latışlar, ukraynalılar və başqa millətlərin nümayəndələrinin də iştirak etdiyi bu bayram şənliyi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.28 may Respublika Günü də dünyanın hər bir ölkəsində olduğu kimi Danimarkada da azərbaycanlılar tərəfindən geniş qeyd edilir. Bu bayram ənənəvi olaraq hər il Hillerod şəhərinin mərkəzindəki "Torvet" meydanında qeyd edilir. == Tanınmışlar == Məsud Aşina; Səfər Sadiqi. Səid Aşina == İstinadlar == == Xarici keçidlər == "Vətən" Cəmiyyətinin saytı.
Danimarka bayrağı
Danimarka bayrağı — Danimarkanın Dövlət bayrağı Danimarka bayrağı qırmızı fonun üzərinə bayrağın künclərinə doğru uzanan ağ xaçdan ibarətdir. Xaçın üfüqi hissəsi bayrağın irəli tərəflərinə doğru sürüşdürülür. Dannebrogun (Danimarka bayrağı) simvolu digər şimal ölkələrinə Finlandiya, İslandiya, Norveç, İsveç sonradan qəbul edilmişdir. Danimarka bayrağı Dünyanın ən qədim bayrağıdır. Danimarkada bu ölkənin bayrağı istisna olmaqla, başqa dövlətlərin bayraqlarına zərər vuran şəxs cəzalandırılır. Ağ üzərində qırmızı xaç olan pankartın 14-cü əsrdən bəri Danimarka kralları tərəfindən istifadə edildiyi təsdiqlənir.Danimarka milli tarixşünaslığına əhəmiyyətli təsir göstərmiş bir mənşə əfsanəsi bayrağın təqdim edilməsini 2009-cu ildə Lindanis döyüşü ilə əlaqələndirir.1219.Uzun Nordic xaçı 18-ci əsrə aiddir.onun dəniz donanması kimi istifadəsini əks etdirir.Bayraq 16-cı əsrin əvvəllərində milli bayraq kimi məşhurlaşdı.Onun şəxsi istifadəsi 1834-cü ildə qadağan edildi, lakin 1854-cü il tənzimləməsi ilə yenidən icazə verildi.Bayraq davamlı istifadədə olan ən qədimdir.dövlət bayrağı olmaq üzrə dünya rekorduna sahibdir.
Danimarka boğazları
Danimarka boğazları — Skandinaviya və Yutlandiya yarımadaları arasındakı boğazlar sistemi. Kəmərlər sisteminə daxildir: Kiçik Kəmər (ən dar yeri 0,5 km), Böyük Kəmər (3,7 km), Öresund (10,5 km), Kattegat (60 km) və Skagerrak (110 km). Danimarka Boğazlar Baltik dənizinin limanlarını Dünya okeanının limanları ilə birləşdirən əsas dəniz yoludur.
Danimarka boğazı
Danimarka boğazı (dan. Danmarksstrædet) — Qrenlandiya adasını İslandiya adasından ayıran boğaz . Qrenland dənizini Atlantik okeanı ilə birləşdirir. Eni 260 km, uzunluğu 480 km təşkil edir. Dərinliyi 227 metrdir. İslandiya adası sahillərində İrminqur isti cərəyanı keçir. Qrenlandiya adası sahilindən isə Şərqi Qrenlandiya cərəyanı keçir. Bu boğazda 1941-ci ildə Britaniya kreyseri "Xud" və Alman "Bismark" gəmisi arasında döyüş baş vermişdir. Döyüş zamanı Xud kreyseri batırılmışdır. Uzunluğu 50 km, ən dar yeri isə 50 km təşkil edir.
Danimarka coğrafiyası
Danimarka – Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Danimarka Yutlandiya yarımadası və Baltik dənizindəki bir neçə adadan ibarətdir. Bu ərazini Danimarka Arxipelaqı olaraq da adlandırılar. Ölkənin ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. == Sərhədləri == Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. == Fiziki coğrafiyası == Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən Skagerrak və Kattegat boğazlarına nəzarət edir.
Danimarka dili
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur. === Ərazi və say === Dan dili aşağıdakı ölkələrdə yayılmışdır; Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005) Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir. Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır. Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.
Danimarka kronu
Danimarka kronu - Danimarka, Qrenlandiya və Farer adalarında istifadə olunan pul vahidi. Kron sözü Skandinaviyada geniş yayılmış krone sözündən yaranmışdır. Danimarkada 2007-ci ildə infilyasiya 1.5% olmuşdur. 2000-ci ildə ölkədə avrozonaya keçidlə əlaqdər avroya keçid məsələsi gündəmə gəlmişdir. Keçirilən referendum nəticəsində əhalinin böyük bir qismi buna qarşı çıxmışdır. Danimarka maliyyə idarəsinin son illərdə gördüyü işlər nəticəsində Danimarka kronu avroya sabitləşdirilmişdir.
Danimarka-Norveç əməliyyatı
Danimarka-Norveç əməliyyatı və ya "Vezerübunq" əməliyyatı (alm. Fall Weserübung‎) — 1940-cı ilin aprel-iyun aylarında İkinci dünya müharibəsi zamanı almanların Danimarkanı (alm. Weserübung-Süd‎) və Norveçi (alm. Weserübung-Nord‎) ələ keçirmək üçün apardığı hərbi əməliyyat. == Desant əməliyyatları == 1940-cı il 3 aprel tarixindən etibarən Alman limanlarını Stavanger, Trondheym və Narvikə gedən nəqliyyat vasitələri tərk etdi. Aprelin 7-də səhər üçdə Şimali Norveç üçün nəzərdə tutulmuş ordu birləşmələrini daşıyan Alman hərbi gəmiləri Şilliq yaxınlaşmalarına (Vilhelmshaven körfəzindən çıxışda) toplaşaraq şimala yönəldilər: bunlar "Qneyzenau" (vitse-admiral Günter Lütensin flaqmanlığı ilə) döyüş gəmiləri və "Şarnhorst," "Admiral Hipper" ağır kreyseri və 12 esmines. Şimal dənizinə və Şetland adaları-İslandiya xəttinə bir neçə donanma göndərildi. Gecə, alman donanması bir neçə gün davam edən bir fırtınaya düşdü: gəmilərə bir sıra ziyan vurdu və naviqasiyanı ciddi şəkildə çətinləşdirdi. Aprelin 8-də səhər 10-da admiral Hipper tək hərəkət edən "Qlouuolm"u vuraraq batırdı; Bundan sonra o və 4 esmines Trondheym əyalətinə yola düşdü. === Norveç === Vilhelm Heidkampın başçılıq etdiyi 1-ci desant qrupu, 9 aprel səhəri Narvik körfəzinə girdilər, burada danışıqlardan sonra Norveç döyüş gəmiləri Eysvold və Norge batırıldı.
Danimarka Kral Kitabxanası
Kral Kitabxanası (dan. Det Kongelige Bibliotek) — Danimarkanın Milli Kitabxanası. Dünya və Skandinaviyada ən böyük kitabxanalardan biridir. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb.
Danimarka Qərbi Hindistanı
Danimarka Qərbi Hindistanı (dan. Dansk Vestindien) — Sent-Tomas, Sent-Con və Sent-Krua adalarını və yaxınlıqdakı bir sıra adaları əhatə edən Kiçik Antil adaları arxipelağında Danimarka koloniyası. Koloniya, Danimarkanın bir Qərbi Hindistan şirkəti tərəfindən 1672-ci ildə quruldu. 1755-ci ildə şirkət milliləşdirildi. Afrikadan adalara kölələr əkinlərdə işləmək üçün gətirildi, lakin 1792-ci ildə Danimarka hökuməti kölə ticarətini qadağan etdi və 1848-ci ildə köləlik ləğv edildi. 19-cu əsrin ikinci yarısında adaların Amerika Birləşmiş Ştatlarına satılması ilə bağlı müzakirələr başladı, lakin bu müqavilə Ştatlarda başlayan vətəndaş müharibəsi ilə qarşısı alındı. Birinci Dünya müharibəsinin başlamasından sonra, adaların Almaniya tərəfindən işğalı təhlükəsi var idi. 1917-ci ildə adalar 25 milyon dollara ABŞ-yə satıldı. Birləşmiş Ştatların bir hissəsi olaraq, Danimarka Qərbi Hindistanına ABŞ Vircin adaları adı verildi. == Coğrafiyası == Danimarka Qərbi Hindistanını təşkil edən adalar Puerto-Rikodan 60 kilometr şərqdə yerləşir.
Saksonun Danimarka salnaməsi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Saksonun Danimarka tarixi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Danimarkaca
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur. === Ərazi və say === Dan dili aşağıdakı ölkələrdə yayılmışdır; Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005) Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir. Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır. Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.
Avstriya-Prussiya-Danimarka müharibəsi
Danimarka müharibəsi, Avstriya-Prussiya-Danimarka müharibəsi (qərb tarixşünaslığında həm də İkinci Şlezviq müharibəsi və Danimarka-alman müharibəsi kimi tanınır) — 1864-cü ildə Prussiya krallığı və Avstriya imperiyası ilə Danimarka arasında baş vermiş hərbi münaqişə. Prussiya ətrafında Almaniyanın birləşməsi prosesində baş verən ilk müharibələrdən hesab olunur. == Müharibənin səbəbləri == XIX əsrin ortalarında, Danimarka ilə şəxsi uniyada olan Şlezviq və Holşteyn şahzadələri üstündə Danimarka ilə Prussiya arasında rəqabət yaranmışdı. 1848-ci ildə 1850-ci ilə qədər davam edən müharibə başladı. Tamamlandıqdan sonra 1850 və 1852-ci illərin London protokollarına əsasən şahzadələrin əvvəlki statusu böyük dövlətlər tərəfindən təsdiqləndi. Holşteynin əhalisi demək olar ki, bütünlüklə almanlardan ibarət idi. Şlezviqdə isə - danimarkalıların dörddə üçü məskunlaşmışdı. Almanlar Şlezviqin cənub hissəsində məskunlaşmışdılar, almanlar demək olar ki, bütün böyük torpaq mülkiyyətçiləri idi. Danimarkanın özündə "Danimarka Eyderə qədər" şüarı altında Şlezviqin ilhaqı və Holşteynin tərk edilməsi istəyi üstünlük təşkil etdi. Danimarka kralı VII Frederikin sonsuz olması Oldenburq sülaləsinin sonu demək idi.
Azərbaycan-Danimarka futbol matçlarının siyahısı
== Kişilər ==
Danimarka milli futbol komandası
Danimarka milli futbol komandası - Danimarkanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Danimarka milli futzal komandası
Danimarka milli futzal komandası — Futbol turnirlərində və beynəlxalq yarışlarda Danimarkanı təmsil edən komandadır. Danimarka Futbol Federasiyası tərəfindən nəzarət edilir. Komanda FİFA Futzal Dünya Kubokunda və Futzal üzrə Avropa Çempionatında iştirak etmişdir.
Danimarka milli voleybol komandası (qadınlar)
Danimarka qadın milli voleybol komandası — Danimarkanı qadın voleybolunda təmsil edən milli komandadır. Komandanın tarixinə baxsaq 1963 və 1971-cilərdə yaşadığı Avropa çempionatı həyəcanından başqa diqqət çəkən bir uğur görə bilmərik. Əslində bu da uğur deyil. Çünki, adı çəkilən illərdə qadın voleybol milləri sayı indikinin yarısı qədər də deyildi. Və belə bir zamanda qazanılan 16-cı yer elə də yadda qalası nailliyyət sayılmamalıdır.
Danimarka qadın milli voleybol komandası
Danimarka qadın milli voleybol komandası — Danimarkanı qadın voleybolunda təmsil edən milli komandadır. Komandanın tarixinə baxsaq 1963 və 1971-cilərdə yaşadığı Avropa çempionatı həyəcanından başqa diqqət çəkən bir uğur görə bilmərik. Əslində bu da uğur deyil. Çünki, adı çəkilən illərdə qadın voleybol milləri sayı indikinin yarısı qədər də deyildi. Və belə bir zamanda qazanılan 16-cı yer elə də yadda qalası nailliyyət sayılmamalıdır.
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası (dan. Fagligt Fælles Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan ən böyüyü. == Tərkibi == Federasiya 381 min ittifaq üzvünü özündə birləşdirir. Üzvlərin yarıdan çoxu qadınlardır. İttifaq üzvləri 6 müxtəlif sahədə fəaliyyət göstərirlər: sənaye, nəqliyyat, ictimai, tikinti və inşaat, bağçılıq, kənd təsərrüfatı, meşə təsərrüfatı özəl xidmət sektoru.Təşkilatın 75 yerli komitəsi var. == Ədəbiyyat == International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı
"Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" (ing. The Tragical Historie of Hamlet, Prince of Denmarke), və ya sadəcə "Hamlet" - məşhur ingilis dramaturqu Vilyam Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var. Əsərin məzmunu Danimarka şahzadəsi haqqında bəhs edən əfsanədən götürülüb və ilk növbədə onun intiqamını özündə əks etdirir. Əsər ilk dəfə 1603-cü ildə nəşr edilib. Şekspirin sağlığında "Hamlet" daha 2 dəfə, 1604-cü və 1622-ci illərdə çap olunub. Azərbaycan səhnəsində "Hamlet" ilk dəfə 1926-cı ildə oynanılıb. Baş rolu Azərbaycanın məşhur aktyoru Abbas Mirzə Şərifzadə ifa edib.
Danimarkalı Anna
Danimarkalı Anna (İngiliscə: Anne of Denmark) (d. 12 dekabr 1574 – ö. 2 mart 1619) - İngiltərə, İrlandiya və Şotlandiya kralı I Ceymsin xanımı, Danimarka və Norveç kralı II Frederikin qızı.
Danimarkalı qız (film, 2015)
Danimarkalı qız (ing. The Danish Girl) — rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar. 72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə "Focus Features" tərəfindən ABŞ-də məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə "Universal Pictures International" tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır. == Məzmunu == 1920-ci illərin ortalarında portret rəssamı Gerda Vegener və məşhur peyzaj rəssamı Ayner Vegener Kopenhagendə yaşayır. Bir gün Gerdanın rəsmlərindən birinin modeli olan balerina gecikdiyinə görə, Gerda əri Aynerdən modeli əvəz etməyi xahiş edir. Qadın kimi poza verməsi Aynerin sonradan Lili Elba adlandırdığı həyati identifikasiyasının ortaya çıxmasına səbəb olur. Əvvəlcə o, bunu büruzə verməyə utansa da, sonradan onun hissləri geri dönülməz şəkildə özünü büruzə verir, Aynerin bütün həyatı boyu daxilində gizlətdiyi Lili üzə çıxmağa çalışır. Həkimə müraciət nəticəsində onda psixi pozuntunun olması qərarına gəlinir və Aynerin məcburi psixi xəstəxanaya yerləşdirilməsinə qərar verilir.
Danimarkalı qız filminin qazandığı mükafatların siyahısı
"Danimarkalı qız" (ing. The Danish Girl) - rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar. 72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə “Focus Features” tərəfindən ABŞ-da məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə “Universal Pictures International” tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır.“Danimarkalı qız” filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. “Rotten Tomatoes” aqqreqatorunda 177 rəy əsasında 71% müsbət rəy alan film 6.6/10 balla qiymətləndirilmişdir. Saytın ortaq rəyində deyilir: “Danimarkalı qız Eddi Redmeynin istedadının başqa bir tərəfinin açılmasına xidmət edir, gözəl çəkilmiş bioqrafik drama insanı provokativ mövzular ətrafında düşünməyə məcbur edir.” “Metacritic” aqqreqatorunda 40 tənqidçinin rəyi əsasında filmə 100 baldan 66 bal verilmiş, “əsasən müsbət rəylər” alması qeyd edilmişdir.Film tarixi şəxsiyyətin həyatının feminizatik erotika şəklində təsvir edilməsinə, bədii kitaba əsaslanaraq Ayner və Gerdanın həyatının bəzi hissələrinin düzgün təsvir edilməməsinə görə tənqid edilmişdir. == Mükafatlar == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Danimarkalı qız filminin mükafatları Internet Movie Database-də.
Danimarkalılar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Danimarkanın Milli Kitabxanası
Kral Kitabxanası (dan. Det Kongelige Bibliotek) — Danimarkanın Milli Kitabxanası. Dünya və Skandinaviyada ən böyük kitabxanalardan biridir. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb.
Danimark boğazı
Danimarka boğazı (dan. Danmarksstrædet) — Qrenlandiya adasını İslandiya adasından ayıran boğaz . Qrenland dənizini Atlantik okeanı ilə birləşdirir. Eni 260 km, uzunluğu 480 km təşkil edir. Dərinliyi 227 metrdir. İslandiya adası sahillərində İrminqur isti cərəyanı keçir. Qrenlandiya adası sahilindən isə Şərqi Qrenlandiya cərəyanı keçir. Bu boğazda 1941-ci ildə Britaniya kreyseri "Xud" və Alman "Bismark" gəmisi arasında döyüş baş vermişdir. Döyüş zamanı Xud kreyseri batırılmışdır. Uzunluğu 50 km, ən dar yeri isə 50 km təşkil edir.