Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nurqələm Mikayılov
Mikayılov Nurqələm Mikayıl oğlu (1930, Şamaxı – 2014, Bakı) — fəlsəfə elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix və sosial-siyasi fənlər kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Nurqələm Mikayılov 5 yanvar 1930-cu ildə Şamaxı rayonunun Göylər kəndində tanınmış ziyali Mikayıl Molla Əhməd oğlunun və Firuzə Mehralı qızının ailəsində anadan olmuşdur anadan olmuşdur. 1946-cı ildə Göylər kəndində tam orta məktəbi bitirmiş, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. O, 1952-ci ildə həmin universiteti bitirib fəlsəfə-tarix müəllimi ixtisası almışdır. 1952-1960-cı illərdə Göylər kəndində və Şamaxı şəhərində müəllimlik etmişdir. 1960-cı ilin əvvəllərində Bakı şəhərinə gələrək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Nurqələm müəllim elmi işlə yanaşı işlədiyi Elmlər Akademiyasının, ümumiyyətlə, respublikanın ictimai həyatında da fəal iştirak etmişdir. 1961-ci ildə Fəlsəfə sektorunun partiya bürosunun katibi, eyni zamanda, Elmlər Akademiyasının Partiya Komitəsinin üzvü, Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi olmuşdur. Elm və ictimai iş kimi iki böyük intellektual cəbhədə nümunəvi iş aparmaq Nurqələm müəllimin dünyagörüşünün formalaşmasında çox böyük rol oynamışdır. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) baş müəllim, sonra dosent vəzifəsini tutmuşdur.
Dargilər
Dargilər (özlərini darqan adlandırırlar) — əsasən Dağıstanda yaşayan xalq. Avarlardan sonra respublikanın sayca ikinci ən böyük xalqıdır. Subetnik qrupları sayılan qaytaqlılar və qubaçılılar ilə birlikdə sayları 510 min nəfərdir (2002). Onların 495 mini Dağıstanda yaşayır. Dargi dilinin müxtəlif ləhcələrində danışırlar. Dini baxımdan sünni müsəlmandırlar. İlk dəfə "dargi" etnonimi XV əsrdə işlənmişdir. Həmin dövrdə mərkəzi Dağıstanın əhalisi ciddi və kütləvi şəkildə islamı qəbul etməyə başlamışdır. Bu günlər dargilər Dağıstan əhalisinin 16%-ni təşkil edir. Əksəriyyətdə mərkəzi Dağıstanın dağ və dağətəyi Aquşa, Dahadayev, Qaytaq, Serqoqala və Levaşi rayonlarında, İzberbaş şəhərində yaşayırlar.