Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Datlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Davdan
Davdan Pain (Xudafərin)
Yevlax
Yevlax — Azərbaycanda şəhər. 1939-cu ildə rayon tabeli şəhər statusu almışdır. 6 yanvar 1965-ci ildən respublika tabeli şəhərdir. 2019-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Yevlax rayonunun əhalisi 128,700 nəfərdir. Onun 69,798 nəfəri şəhər əhalisidir. Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayon 1 şəhər, 3 qəsəbə və 46 kənddən ibarətdir.
Davdaq
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Dalaq
Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır. Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər. == Dalağın inkişafı və anomaliyaları == Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır.
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Davao
Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport. == Tarixi == Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi.
Davar
Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. == Tarixi == Qaşqaçay çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Emilia fallax
Emilia fallax (lat. Emilia fallax) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio fallax Mattf.
Erezion dağlar
Gavlan (Hurand)
Gavlan (fars. گولان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (42 ailə).
Gavlan (Urmiya)
Gavlan (fars. ‎گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.084 nəfər yaşayır (263 ailə).
Göyük (Yevlax)
Göyük — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Hacımahmudlu (Yevlax)
Hacımahmudlu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hacımahmudlu Yevlax rayonunun Qaramanlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Kəndi Hacı Mahmud adlı şəxs saldığına görə belə adlandırılmışdır..
Hieracioides fallax
Kolanı (Yevlax)
Kolanı — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Ağdam rayonunun Kolanı kəndindən gəlmiş ailələr salmışlar. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtərçay hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar.
Linckia diplax
Linckia guildingi (lat. Linckia guildingi) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Merrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Meyvəli (Yevlax)
Meyvəli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə.