Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəstəvari qulançar
Dəstəvari qulançar (lat. Asparagus verticillatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadası, Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı, bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür.