Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dendrit
Dendrit (yun. déndron, azərb. ağac‎) — neyronun 2 çıxıntısından biri olan qısa və çox şaxələnən çıxıntılardır. Sinir impulsları bu hüceyrələrlə daxil olur.
Detrit
Detrit (lat. detritus - ovxalanmış) — su mühitində üzvi lil və orqanizmlərin qalığı, torpaqda bitki maddələrinin qalığı – çürüntü. Detritin qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri – bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, kömür, neft). Detrit bir çox bioloji varlıqlar üçün qida ehtiyatı olub onların normal fəaliyyəti üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi gübrə kimi istifadə olunur.
Endrik
Endrik (21 iyul 2006) — Braziliya klubu olan Palmeyrasın Braziliyalı futbolçusu.
Anna Kendriç
Anna Kuk Kendrik (ing. Anna Cooke Kendrick; 9 avqust 1985, Portlend[d], Men ştatı) — ABŞ aktrisası. 1998-ci ildə rol aldığı "Ali cəmiyyət" Brodvey müzikalına görə "Toni" mükafatına namizəd olub. Komediya filmi "Düşərgə" və "Alatoran" film seriyası ilə tanınmağa başlayıb. "Up in the Air" və "Pitch Perfect" filmlərindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Hendrik Adamson
Hendrik Adamson- (6 oktyabr 1891- 7 mart 1946) Estoniya şairi və pedaqoqudur. == Bioqrafiya == Hendrik Adamson 6 oktyabr 1891-ci ildə Metsakuru kəndində, Patsidə, dərzi ailəsində anadan olmuşdur. Həmin ərazi Karstna regionun (hal-hazırda Veisjarve kəndi və Tarvastu) Vilyandimaa vilayətində yerləşir. 1911-ci ildən Vötikvere Torma məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1919-cu ildən 1927-ci ilə qədər Estoniyanın Karstna kəndinin ibtidai məktəbinin müdiri olmuşdur. Nəticədə, Hendrik Adamson peşəkar yazıçı oldu. Estoniya Yazıçılar Birliyinin üzvü seçildi. Hendrik Adamson bir müddət Valqamaal Lovel (1940) və Karstnasda (1944) müəllim kimi fəaliyyət göstərmişdir. Adamson 1929-cu ilin sonunda esperanto dilini öyrəndi. 1930-cu ildə isə bu dildə orijinal şeirlər yazmağa başladı.
Hendrik Averkamp
Hendrik Averkamp (27 yanvar 1585, Amsterdam, Hollandiya qraflığı – 15 may 1634) — əsasən yağlıboya qış mənzərəsi rəsm əsərləri və suluboya eskizləri ilə tanınmış holland rəssamı. == Həyatı == Hendrik Averkamp 27 yanvar 1585-ci ildə Amsterdamda, Nieuwe Kerkə (Yeni kilsə) yaxın yerdə anadan oldu, amma Oude Kerkdə (Qədim kilsə) xaş suyuna salındı. Ailəsi növbəti il Kampen şəhərinə yerləşdi. Atası bu şəhərdə əczaçı idi. Ana tərəfi elm adamları idi. Qardaşlarından biri həkim, biri isə həkim oldu. Avekamp lal idi və buna görə onu "Kampen lalı" adlandırırdılar. Averkamp Amsterdamda çox əhatəli "manerist" stildə tarixi hadisələrin rəsmlərini, portretlərini və eskizləri hazırlayan danimarka əsilli rəssam Pieter İsaksın (1569–1625) yanında işlədi, amm onun stilini əsərlərinə tədbiq etmədi. Holland rəsssam David Vinkbunsun (1576–1632) da yanında işləmişdir. XVII əsrlərdə portret çəkmələ məşhurlaşan holland rəssamların ilklərindən biri Hendrik Averkamp idi.
Hendrik Lorens
Hendrik Anton Lorentz (nider. Hendrik Antoon Lorentz, 18 iyul 1853[…] – 4 fevral 1928[…], Harlem[d]) — görkəmli niderland fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. == Fəaliyyəti == 1902-ci ildə Piter Zimanla birgə Ziman effektinin kəşfi və nəzəri izahına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorentz həmçinin Eynşteynin fikrincə məkan və zamanın əsl təbiətini təsvir edən Lorentz transformasiyalarını da işləmişdir. Leyden universitetində təhsil almış, 1878-ci ildə isə bu universitetin riyazi fizika üzrə professoru adını almışdır. O işığın elektromaqnit nəzəriyyəsi və materiyanın elektron nəzəriyyələrini inkişaf etdirmiş, həmçinin bir-birini tamamlayan elektrik, maqnit və işıq hadisələri nəzəriyyəsini işləmişdir. Orta məktəb dərsliklərində tədris olunan Lorentz qüvvələri anlayışı da bu alimin adı ilə bağlıdır. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yükə təsir edən qüvvədir. İrəliləmə hərəkətində cismin uzunluğunun azlamasını təsvir edən Lorentz –Fitsjerald azalması adlanan hadisənin nəticələrindən biri olan hərəkət edən cisimlərin vəziyyətinin çevrilmələri nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə çərçivəsində alınmış Lorents çevrilmələri nisbilik nəzəriyyəsin verilmiş ən byük töhfələrdən biri sayılır.
Anna Kendrik
Anna Kuk Kendrik (ing. Anna Cooke Kendrick; 9 avqust 1985, Portlend[d], Men ştatı) — ABŞ aktrisası. 1998-ci ildə rol aldığı "Ali cəmiyyət" Brodvey müzikalına görə "Toni" mükafatına namizəd olub. Komediya filmi "Düşərgə" və "Alatoran" film seriyası ilə tanınmağa başlayıb. "Up in the Air" və "Pitch Perfect" filmlərindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib.
Sofi Bodi-Qendrot
Sofi Bodi-Qendrot (30 oktyabr 1942, Verden – 21 sentyabr 2018[…], 15-ci Paris dairəsi[d]) — təhlükəsizlik məsələləri, şəhər zorakılığı, sosial bərabərsizlik və Avropa və Amerika şəhərlərində gənc miqrantların məruz qaldıqları ayrı-seçkilik mövzularında ixtisaslaşmış fransız politoloqu, kriminoloq və sosioloq idi. O, Siyasi Araşdırmalar İnstitutu (Paris), Nyu Orlean Universiteti, Midlberi kolleci, Kolumbiya Universiteti, Nyu-York Universiteti, Sosial Elmlər Ali Məktəbi, Paris Nanterre Universiteti, Blez Paskal Universiteti, Paris Sorbon Universitetində mühazirələr oxuyub. Bodi-Qendrot ingilis və fransız dillərində 20-dən çox kitabın, eləcə də 150-dən çox fəsil və akademik məqalənin müəllifi və ya birgə redaktoru olub. O, 2005-ci ildə Akademik Palma ordeninə layiq görülmüş və 2012-ci ildə Fəxri Legion Ordeni ilə təltif edilmişdir. == Erkən həyatı və təhsili == Bodi Qendrot 30 oktyabr 1942-ci ildə Verden, Mözdə anadan olub. O, həkim Moris Bodi və rəssam Jaklin Kontantın qızı idi. Bodi-Qendrot 17 yaşına qədər Verdendə böyüdü və Verdendəki Margueritte Liseyində, sonra Parisdəki Sévigné Kollecində təhsil aldı. 1963-cü ildə o, Paris Universitetində ingilis dili üzrə magistr dərəcəsi alıb, beş ildən sonra Parisdəki Siyasi Araşdırmalar İnstitutundan Amerika vətəndaş hüquqları hərəkatı üzrə diplomunu qazanıb və 1979-cu ildə Nyu-Yorkda məktəb münaqişələri sahəsində siyasi elmlər üzrə post-dövlət magistr dərəcəsini əldə etmişdir. == Kariyerası == O, İngiltərənin Uolsoll şəhərində oxucu kimi vəzifəyə başlayıb və sonra 1964–1965-ci illər arasında Romadakı Amerika Xarici Məktəbində dərs deyib. Bodi-Qendrot Kofremka Rəy Tədqiqat İnstitutunda işləyib və 1975-ci ildə Parisdə Midlberi məktəbinin direktor köməkçisi kimi işləmək üçün Parisə köçməmişdən əvvəl Nyu Orlean Universitetində tələbələrə dərs deyib.
Tomas Hendrik İlves
Tomas Hendrik İlves (est. Toomas Hendrik Ilves; 26 dekabr 1953, Stokholm) — 2006-2016-cı illərdə Estoniya Respublikasının 4-cü Prezidenti olmuşdur.
Toomas Hendrik Ilves
Tomas Hendrik İlves (est. Toomas Hendrik Ilves; 26 dekabr 1953, Stokholm) — 2006-2016-cı illərdə Estoniya Respublikasının 4-cü Prezidenti olmuşdur.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.