Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mark Odental
Mark Odental (25 yanvar 1991) — Almaniyalı cüdoçu. Mark Odental Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mark Odental birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Yaponiyanın nümayəndəsi Maşu Baker ilə üz-üzə gəldi. Həmin görüşdə Mark Odental rəqibinə 0:100 hesabı ilə uduzdu.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Denial of Service
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Dənyal (peyğəmbər)
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur‎) və ya qısaca Noucome (のうコメ, Nōkome) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur. Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Kentau
Kentau (qaz. Кентау) — Qazaxıstanın Türkistan vilayətində yerləşən şəhər. Türkistan şəhərindən 30 km şimal-şərqdə, Karatau dağının ətəyində yerləşir. == Tarixi == Kentau şəhərinin əsası 1955-ci ilin avqust ayında qoyulub. Yaşayış mətəqəsi Aşısay polimetal yatağının istismarı ilə salınmış işçi qəsəbələrindən yaranmışdır. Sovet dövründə yerli əhali qazaxlardan ibarət olsa da, şəhər əhalisinin əksər hissəsi Rusiyadan köçüb gələnlərdən ibarət olmuşdur. Onlar içərisində ruslar, almanlar və yunanlar üstünlük təşkil edirdi. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində şəhərdə yerləşən sənaye müəssisələrinin bağlanmasından sonra emiqrasiya prosesi sürətlənmişdir. Hazırda əhalisinin əksəriyyəti etnik qazaxlardan və özbəklərdən ibarətdir. == Sənaye == Kentauda iki zavod yerləşir.
Pentakl
Pentakl- latın mənşəli "pagan" sözündəndir, mənası "kənd sakinləri" deməkdir. Bütpərəstlər əsasən kənddə və meşədə yaşamışlar, dini baxışlarına görə politeist olmuşlar, təbiət hadisələrinə ibadət etmişlər. Xristian kilsəsi bu insanlardan o qədər qorxub ki, "kənd sakinləri" mənasını verən "vilain" sözü cinatətkar kimi işlədilib. Qədim insanlar dünyanı iki yerə bölürdülər- kişi və qadın. Onların eyni sayda tanrı və ilahələri vardı.İn və Yan. Kişı və qadın başlanğıclar balanslaşdırıldıqda dünyada harmonya hökm sürürdü. Balans pozulduqda isə xaos yaranır. Pentakl yerdəki bütün canlıların qadın yarısının simvoludur. Dinləri öyrənən tarixçilər bunu "müqəddəs qadın başlanğıcı" və ya " müqəddəs ilahə" adlandırırlar. İlk dinlər Təbiəti ilahi başlanğıc hesab etmişlər.
Pentan
Pentanlar (q.yun. πέντε – beş) — Alkanlar sinfindən doymuş karbohidrogen. Bir molekulunda 5 karbon atomu var. 3 izomeri var: TM — Tədqiqat metodu MM — Motor metodu Pentan təbii qazın konsentratlarından, neftdən, karbon-oksid (CO) və hidrogenin (H2) sintezindən alınmış karbohidrogenlərdən alınır.
Tantal
Tantal - "Ta" -(Tantalum) – Mendeleyevin elementlərin dövri sistemində 73-cü element. V qrupun əlavə yarımqrupunun 3-cü elementidir. Sərbəst halda ilk dəfə 1802-ci ildə İsveç alimi Andres Eksberq və ingilis alimi Çarlz Xatçet (1765-1847) tərəfindən Skandinaviyada tapılan minerallardan birində kəşf olunmuşdur. Onlar kəşf etdikləri tantal və kolumbiumu kimyəvi xassələri çox yaxın olduğundan bir element kimi qəbul etdilər və onu tantal adlandırdılar. 1844-cü ildə alman kimyaçısı Henrix Roze (1795-1864) Bavariyada tapılan mineralları araşdırarkən sübut etdi ki, çox oxşar xassəli iki müxtəlif element mövcuddur. O bu elementlərin "qohumluğunu" nəzərə çapdırmaq" üçün ikinci elementi mifik yunan qəhrəmanı Tantalın qızı Niobanın şərəfinə Niobium adlandırdı. Maraqlıdır ki, Amerikada hələ uzun müddət niobiumu, köhnə adı ilə Kolumbium (CB) adlandırırdılar. Bu elementə tantal adı elementin sərbəst halda çətin ayrılmasına və onun kimyası ilə məşğul olan tədqiqatçılara əzab verməsinə görə qədim yunan mifologiyasından götürülmüş "Tantal əzabı" məfhumuna əsasən verilmişdir. Mifik ad daşıyan 3 elementdən (vanadium, tantal, niobium) biridir. Tantal metalı ilk dəfə xloridli birləşməsinin hidrogenlə reduksiyasından alınmışdır.
Denali
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi". Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Denea
Hoveya (lat. Howea) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Denea O.F.Cook Grisebachia Drude & H.Wendl. == Növləri == Howea belmoreana (C.Moore & F.Muell.) Becc.
Eclipta dentata
Euphorbia dentata
Euphorbia dentata (lat. Euphorbia dentata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kakek Bantal
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Kendal (Vaşinqton)
Kendal (ing. Kendall) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 191 nəfər olmuşdur. == Tarixi == Əsası 1887-ci ildə F.B. Hardmen tərəfindən qoyulmuşdur. İlk məskunlardan olan Kartç Kendalın şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ümumi ərazisi 2.2 km² olub, bunun 2.1 km² quru, 0.1 km² isə sudur. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 191 nəfər əhali, 69 şəxsi təsərrüfat və 47 ailə vardı. Əhalinin sıxlığı 90.9 nəfər/km²-di. Burada 87 ev var və evlərin sıxlığı 41.2/km²-dir. Əhalinin etnik tərkibini 94.2%-i Ağ amerikalılar, 1.0%-i Hindilər, 0.5%-i digər irqdən olanlar və 4.2%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
Kendal Cenner
Kendall Nikol Jenner (ing. Kendall Nicole Jenner; 3 noyabr 1995, Los-Anceles, Kaliforniya) amerikalı model və aktrisa. E! telekanalında yayımlanan Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. Həmçinin Kim Kardaşyanın ögey bacısıdır. == Həyatı == Brüs Cenner və Kris Cennerin qızıdır. Kayli Cenner adında doğma bacıdı və ana tərəfindən Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı da vardır. Kendal məşhur amerikalı gənc televiziya şəxsiyyəti və mankendir. Həmişə şou-biznesdə danışılan və dünya dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır. Kim Kardaşyanın anasının ikinci evliliyindən olan bacılarından Kendal, ögey bacısı ilə birlikdə “Keeping Up with the Kardashians” adındakı televiziya proqramı ilə etdiyi modellik və təşəbbüskarlıq işləri ilə adını eşitdirmişdir.
Lavandula dentata
Lavandula dentata (lat. Lavandula dentata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lavandula dentata var. vulgaris Ging. Stoechas dentata (L.) Mill. == Yarımnövləri == Lavandula dentata var. candicans Batt. Lavandula dentata var.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Detsl
Detsl (tam adı: Kirill Aleksandroviç Tolmatski; rus. Кирилл Александрович Толмацкий; 22 iyul 1983, Moskva – 3 fevral 2019, İjevsk) — Rusiya repçisi.
Frederix Difental
Frédéric Diefenthal (26 iyul 1968[…], Sen-Mande), Fransız aktyoru və rejissorudur.
Ligularia dentata
Ligularia dentata (lat. Ligularia dentata) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Othonna dentata
Othonna dentata (lat. Othonna dentata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Pacourinopsis dentata
Pacourina (lat. Pacourina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Pacourina edulis Aubl. Sinonim Acilepis cirsiifolia Spreng. Calea sessiliflora Stokes [Illegitimate] Haynea edulis (Aubl.) Willd. [Illegitimate] Pacourina cirsiifolia Kunth Pacourina edulis var. edulis Pacourina edulis var. spinosissima Britton Pacourinopsis dentata Cass. [Illegitimate] Pacourinopsis integrifolia Cass. Vernonia cirsiifolia Steud.
Dəccal
Dəccal — İslam dininə görə Qiyamət gününə, Mehdinin zühuruna yaxın çox nəhəng uzunqulağa minib zühur edərək insanları dindən uzaqlaşdıracaq əfsanəvi şəxs. Xristian dinində İsa peyğəmbərin düşməni. 1.Məhəmməd peyğəmbər demişdir:O kök, qırmızı üz olacaqdır 2.İmam Əli buyurur:o ağ eşşəyin üzərində gələcək.Və hamını özünə çəkəcək və elə bir fəryad edəcək ki şərdə və qərbdə olan cinlər bu fəryada gələcəklər.O insanları dindən uzaqlaşdıracaq və özünü Tanrı kimi tanıdacaq.
Dəsmal
Dəsmal, məhrəba və ya xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Dəryal (jurnal)
Dəryal — ədəbi jurnal 1991-ci ildən Şimali Osetiyada nəşr olunur. Rübdə bir nəşr olunur. 1996-cı ildən bəri illik buraxılış planına xüsusi bir gənclik sayı (beşinci), 2004 -cü ildən bu günə qədər ildə 6 dəfə nəşr olunmuşdur. 2019-cu ildə ayrı bir gənclik mövzusu ənənəsi yenilənir. == Tarix və çağdaş dövr == "Daryal" 1991 -ci ildə 1931-ci ilin mayından nəşr olunan "Ədəbi Osetiya" almanaxını əvəz edir. Yeni jurnal ədəbi-bədii və ictimai-siyasi bir jurnal olaraq təyin edilir. Jurnala Şimali Osetiyada tanınmış yazıçı və publisist Ruslan Totrov rəhbərlik edir. Jurnal rus dilində nəşr olunur. Burada həm orijinal əsərlər, həm də osetin dilindən və Şimali Qafqazın digər dillərindən tərcümələri nəşr olunur. Əsasən Osetiya yazıçılarına aid olan nəsr, şeir, tənqidi və publisistik məqalələrlə yanaşı, jurnal osetiyalı incəsəntlə müsahibələr və əsərlərinin reproduksiyası da daxil olmaqla təsviri sənətlə bağlı materiallar dərc edir.
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Dəryal stansiyası
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir. İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. == Xüsusiyyətləri == RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.