Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Diabazovıye adaları
Diabazovıye adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində yerləşir. Komsomoles cənub-şərq qutaracağında, Obrivistiy burnundan 1,7 km aralıda yerləşir. Arxipelaqa daxil olan ən böyük 700 metr uzunluğa, 300 metr enə, ən kiçik ada isə 450 m uzunluğa, 250 m enə sahibdir. Çoxunun sahilləri sıldırımlıdır. Burada maksimal hündürlük 59 metrdir. Adalar arasında məsafə 300 metrdir.
Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Əbdürrəhman ağa Dilbaz oğlu
Əbdürrəhman ağa Dilbaz oğlu (d. XVIII, Xanlıqlar, Qazax sultanlığı - ö. XIX əsr, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası) XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan türklərindən olan şair. Əbdürrəhman ağa XVIII əsrdə Qazax sultanlığının Xanlıqlar kəndində dünyaya gəlmişdir. Gürcü çarı II İrakli Qazax mahalını Gəncə xanlığının hökmdarı Cavad xan Ziyadoğluna tabe etmək istədiyini bəhanə edərək onun gözlərini çıxartdırmışdır. Əbdürrəhman Dilbazoğlu “Şair” təxəllüsü ilə şeir yazıb. O, dövrünün ən mühüm şairlərindən biridir. Dilbazoğlu Azərbaycan ədəbiyyatının vətənpərvərlik və azadlıq hərəkatı janrında fəaliyyət göstərmiş ilk nümayəndələrindən olmuşdur. Şairin gözü oyulduqdan sonra novxa (qəmli, şəhid misrası) yazıb: Şairin ən məşhur şeirlərindən biri 1804-cü ildə rus qoşunları ilə vuruşan Gəncə xanı Cavad xan Ziyadoğlunun rəşadət və hünərinin vəsf olunduğu müxəmməsidir: Pərvanə Məmmədli, «Cənubi Azərbaycan ədəbiyyatı məsələləri». Cənubi Azərbaycan ədəbiyyatı məsələləri.
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Diamat
Dialektik materializm — materializmə və Hegel dialektikasının materialist anlayışına əsaslanan fəlsəfi cərəyan. Bu istiqamətin əsas ideyaları bunlardır: maddi (obyektiv) aləmin ilkinliyi; idealın (subyektiv, düşünülə bilən) ikinci dərəcəli olması; hərtərəfli əlaqə və müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmləri əsasında daimi hərəkəti; qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılması. Bu doktrina Lenin və digər marksist filosoflar tərəfindən hazırlanmış K. Marks və F. Engelsin ideyalarına əsaslanır. Engels bu sistemi dünyagörüşü adlandırmış, onu həm idealist fəlsəfəyə, həm də əvvəlki bütün materialist fəlsəfəyə qarşı qoymuşdur. Bu dünyagörüşü ayrı-ayrı elmlər üzərində "elmlərin elmi" iddiasındadır və praktik problemlərdən ayrı mövcud olan hər hansı fəlsəfi təlimləri inkar edir. SSRİ-də bu konsepsiya marksizmin nəzəri aspektini ifadə edirdi və 1930–80-ci illərdə Sov.İKP tərəfindən sovet fəlsəfəsinin rəsmi adı kimi istifadə edilmişdir. Diamat – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializmin qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı. Marks Georq Vilhelm Fridrix Hegelin idealist dialektikasının materialist anlayışının banisidir. Bunda o, Lüdviq Andreas Feyerbaxın fəlsəfi materializminə arxalanırdı.
Diatez
Diatez (yun. diáthesis) — insan orqanizmində, daha çox uşaqlıq vaxtında irsi olaraq əmələ gəlmiş pataloji reaksiya və ya xəstəlik. Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir. Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də. Diatez niyə əmələ gəlir? Uşağın həyatının ilk aylarında allergenlər üçün ən əsas "görünməz gizli qapı" — mədəbağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən qida zülalı uşaq orqanizmi üçün yad olduğu üçün potensial şəkildə təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları da ana südünü əvəz edə bilməz. Ona görə də anasının südü az olan və ya olmayan usaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlara xeyli dərəcədə yüksək olur.
Didabad
DİDABAD — Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı. Qədim fars dilində dida — "qüvvətləndirilmiş şəhər", "qala divarı"3 və farsca abad "kənd", "yaşayış məntəqəsi" sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında Did- vəng adlı kəndi vardı.
Dilbazi
Dilbazi — təxəllüs. Aynur Dilbazi Camal ağa Dilbazi (1860–1945) — Azərbaycan şairi. Əminə Dilbazi (1919—2010) — Azərbaycan rəqqasəsi. Minirə Dilbazi (d. 1937) — musiqiçi. Mirvarid Dilbazi (1912—2001) — azərbaycanlı şairə, tərcüməçi. Müseyib Dilbazi (1923—2011) — dövlət xadimi. Rəşid Dilbazi Yaqut Dilbazi (1910—1994) — azərbaycanlı yazıçı.
Dilboz
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.
Dibac
Dibac — İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,504 nəfər və 680 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Dilba
Dilba (doğum adı: Dilbahar Demirbağ; 24 noyabr 1971) — kürd mənşəli Türk-İsveç pop müğənnisi.
Draba
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Darabaz (Zəngəzur)
Dərəbas — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz formasında qeyd edilmişdir. Kəndin adı 844-cü ildən çəkilir. Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur. Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır.
Darbaz (Borçalı)
Darbaz (gürc. დარბაზი) — Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darvaz sözünün fars mənşəli "darvāze" — darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir.
Darbaz (Pəmbək)
Darbaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. Rayon mərkəzindən 6 km məsafədə, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «ensiz» mənasında işlənən dar sözü ilə türk dilində «dağ çökəkliyi» mənasında işlənən baz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Dilboz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Dinabad (Azərşəhr)
Dinabad (fars. دين اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 582 nəfər yaşayır (152 ailə).
Dinboz döyüşü
Dinboz və ya Dimbos döyüşü – Osmanlı bəyliyi ilə Bizans imperiyası arasında 1303-cü ildə baş vermis döyüş. Döyüş Osmanlı bəyliyinin qələbəsi ilə nəticələnmişdir. 1302-ci ildəki Bafeus döyüşündən sonra Anadoludakı döyüşçü-qazilərdən Bizasn imperiyasının tabeliyində olan torpaqlara doğru axınlar çoxalmışdı. O dövrki Bizans imperatoru II Andronikos isə Elxanilər ilə Osmanlı bəyliyi təhlükəsinə qarşı ittifaq qurmağa çalışırdı. İmperator II Andronikos bu ittifaq təşəbbüsünün reallaşmamasından sonra Osmanlı bəyliyinə təkcə öz qüvvələri ilə hücum etmək qrarını verir. Döyüş haqqında yazılı mənbələrdə məlumatlar o qədər də çox deyildir. Bu döyüş barədə məlumatlar daha çox şifahı formada, ağızdan-ağıza keçərək dövrümüzə gəlib çatmışdır. Buna görə də, bu məlumatlar içində xeyli əfsanəvi ünsürlər vardır. Teodor Spandounesə görə, Dimbos və ya Dinboz (bu sözün din pozmaqdan törədiyi ehtimal edilir) bölgəsi Osmanlı bəyliyi tərəfindən ələ keçirilən ilk Bizans yaşayış məntəqəsidir. XV əsrin tarixi qaynağı olan AŞıkpaşazadə Qoyunhisar bölgəsində yaşanan Bafeus döyüşünə dair qaynaqlardan olan çıxarışları Dimbos bölgəsində baş veribmiş kimi dəyişdirərək Dinboz döyüşü anlayışını formalaşdırmışdır.
Minirə Dilbazi
Minirə Xulusi qızı Dilbazi — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Əmək Veteranı, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Xanlıqlar kəndinin Dilbazilər soyundandır. Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar. M. X. Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır.
Mirvarid Dilbazi
Mirvarid Paşa qızı Dilbazi (19 avqust 1912, Musaköy, Qazax qəzası – 12 iyul 2001, Bakı) — azərbaycanlı şairə, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR ilk xalq şairəsi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). "Şərəf Nişanı" (iki dəfə), "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1997) ordenləri ilə təltif olunub. XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışmışdır. Xatirə Dilbazi adında yeganə qız övladı var. 2001-ci il iyulun 12-də vəfat etmişdir. Şairənin əsas yaradıcılıq fəaliyyəti xalqa, onun həyatında baş verən böyük inqilabi dəyişikliklərlə bağlı olmuşdur.
Müseyib Dilbazi
Müseyib Osman ağa oğlu Dilbazi (9 sentyabr 1923, Musaköy, Qazax qəzası – 9 sentyabr 2011, Qazax) — Qazax şəhər sovetinin deputatı, Qazax Rayon Veteranlar Şurasının sədri. 1923-cü il sentyabrın 9-da Xanlıqlar kəndində anadan olmuşdur. Gəncədə 5-ci komsomol məktəbini bitirmişdir. Bu şəhərdə Tibb Texnikumunda diş həkimliyi ixtisasına yiyələnmişdir. Atası Osman ağa 1938-ci ildə basmaqəlib "xalq düşməni" ittihamı ilə həbs edildikdən sonra ailəliklə çətin günlər görmüşdür. Texnikum təhsilini başa vurduqdan sonra bir müddət Qazaxdan aralı yerlərdə — 1939-cu ildən 1941-ci ilin iyun ayınadək Bərdədə həkim, o mahalın Şirvanlı kənd həkim məntəqəsinin müdiri işləmişdir. Böyük Vətən müharibəsi başlanandan bir neçə gün sonra — iyunun 26-da könüllü olaraq cəbhəyə yollanan Müseyib Dilbazi Qərbi Ukraynada döyüşlərə qatılır, onun xidmət etdiyi hərbi hissə İvanovo-Frankovskdan Kiyevə qədər ağır müdafiə döyüşləri apara-apara geri çəkilir. "Diviziyamız canlı qüvvə sarıdan böyük itkilər vermişdi. Kiyev ətrafından bizim hissəni götürüb Tula ətrafında gedən vuruşmalar rayonuna atdı- lar, orada yaralandım. Sağaldıqdan sonra yenidən öz hissəmə — 151-ci diviziyaya gəldim", — deyə Müseyib Dilbazi xəyalən o illərə qayıdaraq danışırdı.
Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı. Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30–40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə — nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə — hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir. Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur.
Şəkərli diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.