DİLBAZ
DİLBƏR
OBASTAN VİKİ
Dilbazi
Dilbazi — təxəllüs. Aynur Dilbazi Camal ağa Dilbazi (1860–1945) — Azərbaycan şairi. Əminə Dilbazi (1919—2010) — Azərbaycan rəqqasəsi. Minirə Dilbazi (d. 1937) — musiqiçi. Mirvarid Dilbazi (1912—2001) — azərbaycanlı şairə, tərcüməçi. Müseyib Dilbazi (1923—2011) — dövlət xadimi. Rəşid Dilbazi Yaqut Dilbazi (1910—1994) — azərbaycanlı yazıçı.
Minirə Dilbazi
Minirə Xulusi qızı Dilbazi — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Əmək Veteranı, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. == Həyatı == Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Xanlıqlar kəndinin Dilbazilər soyundandır.Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar. M.X.Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır. M.X.Dilbazi 30-a yaxın elmi və metodiki işin müəllifidir.
Mirvarid Dilbazi
Mirvarid Paşa qızı Dilbazi (19 avqust 1912, Musaköy, Qazax qəzası – 12 iyul 2001, Bakı) — azərbaycanlı şairə, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR ilk xalq şairəsi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). "Şərəf Nişanı" (iki dəfə), "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1997) ordenləri ilə təltif olunub. == Həyatı == XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışmışdır. "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur.
Müseyib Dilbazi
Müseyib Osman ağa oğlu Dilbazi (9 sentyabr 1923, Musaköy – 9 sentyabr 2011, Qazax) — Qazax şəhər sovetinin deputatı, Qazax Rayon Veteranlar Şurasının sədri. == Həyatı == 1923-cü il sentyabrın 9-da Xanlıqlar kəndində anadan olmuşdur. Gəncədə 5-ci komsomol məktəbini bitirmişdir. Bu şəhərdə Tibb Texnikumunda diş həkimliyi ixtisasına yiyələnmişdir. Atası Osman ağa 1938-ci ildə basmaqəlib "xalq düşməni" ittihamı ilə həbs edildikdən sonra ailəliklə çətin günlər görmüşdür. Texnikum təhsilini başa vurduqdan sonra bir müddət Qazaxdan aralı yerlərdə — 1939-cu ildən 1941-ci ilin iyun ayınadək Bərdədə həkim, o mahalın Şirvanlı kənd həkim məntəqəsinin müdiri işləmişdir. Böyük Vətən müharibəsi başlanandan bir neçə gün sonra — iyunun 26-da könüllü olaraq cəbhəyə yollanan Müseyib Dilbazi Qərbi Ukraynada döyüşlərə qatılır, onun xidmət etdiyi hərbi hissə İvanovo-Frankovskdan Kiyevə qədər ağır müdafiə döyüşləri apara-apara geri çəkilir. "Diviziyamız canlı qüvvə sarıdan böyük itkilər vermişdi. Kiyev ətrafından bizim hissəni götürüb Tula ətrafında gedən vuruşmalar rayonuna atdı- lar, orada yaralandım. Sağaldıqdan sonra yenidən öz hissəmə — 151-ci diviziyaya gəldim", — deyə Müseyib Dilbazi xəyalən o illərə qayıdaraq danışırdı.
Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı. == Həyatı == Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30-40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə - nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə - hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir. Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur.
Əminə Dilbazi
Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax, Gəncə quberniyası – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959). == Həyatı == Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır. Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir.
Camal ağa Dilbazi
Camal ağa Dilbazi "Giryan" (1860 – 1945, Qazax) — Azərbaycan şairi (XIX əsr(1860-1945),1917-19-cu illərdə Qazax şəhəri idarəsinin başçısı. == Həyatı == Zəmanəsinin dərin bilikli alimi,sufi şairi və ictimai xadimi olmuş Camal ağa Dilbazi Qazax qəzasının Xanlıqlar kəndinin bəylərindən,Vəhidi təxəllüslü şair Hacırəhim ağanın üçünçü oğludur.İlk təhsilini o biri qardaşları kimi atasından o çağın bu gözüaçıq, maarifpərvər insanından almış, türk,ərəb və fars dillərini ilkin olaraq ondan öyrənmişdir.Elmə,biliklərə yiyələnməyə böyük həvəsi olan Camal ağa tək özü oxuyub-öyrənməklə qalmayıb,həm də maarifçiliklə məşğul olmağa çalışmışdır.İlk gənclik dövründən qətiyyətli,təmiz əxlaqı,məqsədyönlü xarakteri ilə seçilirdi.Bu illərdə eşitdiklərini, gördüklərini gündəliyinə qeyd etməyi özünə adət edən Camal ağa eyni zamanda “Giryan” ("Ağlar" mənasında) təxəilüsü ilə sufi-yanə şeirlər, xalq şeiri üslubunda oynaq qoşmalar yazırdı. Sonralar, daha doğrusu 1905-ci ildə yaşadığı Xanlıqlar kəndindən Qazax şəhərinə köçür, ticarətlə məşğul olur, burada ev tikdirir, həyatını ticarətlə, kirayə verdiyi mənzillərdən gələn gəlir və Xanlıqlardakı təsərrüfatından götürdüyü gəlirlə təmin edirdi.Ədəbiyyata o dərəcədə bağlı idi ki, evində ədəbi məclis təşkil etmişdi. Ədəbiyyatı ve tariximizi bilənlər, el şairləri, ziyalılar bu məclisə toplaşır, şeirləşir, ədəbi muzakirələr aparırdılar, şairlik istedadı olan, ədəbiyyatı yaxşı bilən şəxslərdən -Şahniyar xanım Rəncur, Salahlıdan Şəhla təxəllüslü Şəmşi bəy Vəkilov və İbrahim Əfəndi Qayıbov, Barxudarlıdan Ağacıq oğlu Nebi ağa, Daş Salahlıdan el şairləri Vəli ağa Alaybəyov və Mirzə Səməd Həsənov, Çaylı kəndindən şair və müəllim Hacıkərim Saniyev, Kəsəmənli İsrafil ağa Kərbəlayev və b. bu ədəbi məclisin daimi iştirakçıları idilər. Hətta bir dəfə pristav Şəfi bəyi, başqa bir dəfə pristav Həsənəli bəy Əsgərxanovu həcv etmək üçün öz aralarında müsabiqə elan edirlər. Bu müsabiqələrdə Camal ağanın həcvi qalib elan olunmuşdu. Maariflənmənin önəmini yaxşı dərk edən Camal ağa 1912-ci ildə Qazax şəhərində İsrafil ağa Kərbəlayevin mehmanxanasının bir otağında öz hesabına qiraətxana və kitabxana açır. Buraya Bakıdan, Tiflisdən, İstanbuldan çoxlu kitab, qəzet, jurnal gətirir. Yerli ziyalıların gəlib-gətdikləri bu qiraətxana 1918-ci ildə Müəllimlər Seminariyasının açılışı ile daha da canlanmış, bu tədris ocağının müəllimləri və tələbələri buraya ayaq açmışdılar.
Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi- ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Texnologiya Universitetinin professoru == Həyatı == Pərvin Muradova-Dilbazi Bakı şəhərində dünyaya gəlib. O,xalq artisti, milli rəqs ustası, baletmeyster və pedaqoq Əminə Dilbazi ilə Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevin qızıdır. Pərvin Muradova-Dilbazi 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. 1972-1977-ci illərdə indiki Bakı Musiqi Akademiyasında oxuyaraq, professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. Evlidir, 2 övladı var. == Fəaliyyəti == 1977-1981-ci illərdə indiki Sumqayıt Musiqi Kollecində fortopianodan dərs deyib. 1981-1990-cı illərdə Bakı Musiqi Akademiyasında müəllim işləyib. 1990-cı ildə ailəsi ilə birlikdə Amerikaya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb.
Dilbazilər
Dilbazilər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun tarixi == Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa "Şair" təxəllüsü ilə Azərbaycan ədəbiyyatı tarixində iz qoyub.Dilbazoğulları sırf türk əsilli olmaqla, mənşələri Qaray/Qaraylı/Qaraman adı ilə tarixi qaynaqlarda qeyd olunan, XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinin başlanmasına qədər Qazax bölgəsində böyük kütlə halında yaşamış çoxsaylı tayfa ilə bağlanır. Həmin müharibə əsnasında Qarayların çoxu bu diyardan Səfəvilər İmperiyasının iç vilayətlərinə köçüb getmişlərsə də, müəyyən hissə əski yurdlarında qalmış, yaxud sonra yenidən qayıdıb gəlmişlər.Dilbazoğullarının söykökü Qazax mahalının Xanlıqlar kəndi ilə lokallaşır. Bu kənd onların nəsillikcə tarixi yurd yerləri olmuş, burada artıb-çoxalmış və yalnız buradan başqa məntəqələrə yayılmışlar.Soykökün keçmişi ilə bağlı rəvayətlərə söykənsək, onların öncəki adı Xanoğulları olmuşdur. Dilbazilər onlara XVIII yüzilin birinci yarısında verilmiş addır.Nəslin ulu əcdadı Allahyarbəy Qaraylı (XVII yüzil) savadlı, qoçaq biradam kimi xatırlanır. Belə bir rəvayət var ki, Allahyar bəy İraqda təhsil almış, mədrəsə yoldaşı Anadolu türkü İbrahim bəy ilə dostluq etmiş. Vətənə qayıdanda onlarda qonaq qalmış və İbrahim bəy ona yola düşərkən bir ürgə və bir qulun bağışlamışdır.Allahyar bəy adının bu soykökdə özündən sonra 7 dəfə təkrarlandığı qeyd olunur.
Əminə Dilbazinin rəqsləri (film, 1961)
== Məzmun == Film məşhur rəqqasə, respublikanın xalq artisti Əminə Dilbazinin yaradıcılığından bəhs edir.
безро́потный вознаграждённый зама́зывать копырну́ться на кули́чках острозу́бый отлага́ть полуотворя́ть прице́льность раскле́йщик шихтова́ние бард бронзирование насла́ивать неря́шливо обезземе́леть отбу́риваться пестрова́то шкво́рневый double-bent Fairbanks golden bell волосатый исходящая легальный