Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teymur Kərimov (dilşünas)
Teymur Kərimli (tam adı: Kərimli Teymur Həşim oğlu; d. 02.10.1953, Ordubad rayonu, Nürgüt) — filologiya üzrə elmlər doktoru, tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvü (2014). == Həyatı == Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində doğulmuşdur. Teymur Kərimli orta məktəbi qızıl medalla bitirib (1970), indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1975), Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləmişdir. Teymur Kərimli 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Teymur Kərimli Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvüdür (2014). 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına (həmmüəlliflərlə) görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur.Teymur Kərimli otuz ildən artıq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktoru vəzifəsində (2002–2003-cü və 2012–2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır. Teymur Kərimli eyni vaxtda "Elm" nəşriyyatının baş redaktoru işləmiş (1990–2000), bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik "Azərbaycan Ədəbiyyatı tarixi"-nin bəzi cildlərinin məsul redaktoru, "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olmuşdur.
Rafiq Əliyev (dinşünas)
Rafiq Yəhya oğlu Əliyev (1 yanvar 1947, Ağdam rayonu) – "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri. == Təhsili == 1953–1963: Ağdam rayonu, Quzanlı kənd orta məktəbi; 1963–1968: Azərbaycan Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, ərəb dili bölməsi (1966–1967: Bağdad Universitetində internatura); 1972–1975: Fəlsəfə elmləri namizədi (fəlsəfə), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun din tarixi bölməsi. Namizədlik Dissertasiyası: "Cənubi Yəməndə elmi sosializmin yayılması"; 1989–1990: Fəlsəfə elmləri doktoru (fəlsəfə), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. Doktorluq dissertasiyası: "Milli sosializm konsepsiyasının analizi" (Əlcəzair, Misir, Suriya, İraq, Liviya, Cənubi Yəmən); 1994: Professor (fəlsəfə tarixi), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. İşin adı: "İslam, millətçilik, sosializm" == İş təcrübəsi == 1985–1998: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, din tarixi bölməsinin müdiri; 1997–1999: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda xarici əlaqələr üzrə müdir müavini; 1998–2000: Azərbaycan Elmlər Akademiyasının Qafqazda İslam Araşdırmaları Mərkəzinin direktoru; 1991-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin təsisçisi, "İslam araşdırmaları" jurnalının baş direktoru (azərbaycan və ingilis dillərində), "Şərq tibb jurnalı"nın təsisçisi (azərbaycan və ingilis dillərində); 21.06.2001–27.06.2006: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri; 27.06.2006-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru. == Monoqrafiyaları == Demokratik Yəmən ictimai tərəqqi yolunda (Publisistika), Bakı, "Elm", 1975, 32 səh. Beynəlxalq islam təşkilatları (Məlumat kitabçası), Bakı, "Bilik", 1986, 45 səh. İslam "Milli sosializm" konsepsiyasında (Əlcəzair, Misir, Cənubi Yəmənin timsalında), Bakı, "Elm", 1986, 156 səh. "İslam və ərəb ölkələrində milli azadlıq hərəkatı" (azərbaycan dilində), Bakı, "Elm", 1985, 55 səh. "İslamizm, ərəbizm, sosializm" (rus dilində), Bakı, "Elm", 1994, 386 səh.
Yonas Bilyunas
Yonas Bilyunas (litvaca- Jonas Biliūnas; 11 aprel 1879-cu il, Anikşçyay rayonu, Litva — 8 dekabr 1907-ci il, Zakopane, Polşa) — Litva yazıçısı, tənqidçi və publisist, Litva ədəbiyyatında lirik nəsrin və Avropa novella formasının banisi. == Həyatı == Y. Bilyunas 1879-cu ilin aprelin 11-də Litvanın Anikşyay rayonunun Nyuronis kəndində anadan olmuşdur. 1891-1899-cu illərdə Liepaya gimnaziyasında təhsil almışdır. Burada oxuyarkən ictimai-siyasi fəaliyyətə başlamış və gizli siyasi özək təşkil etmiş, gizli vərəqələr yazaraq yaymışdır. 1900-cü ildə Tartu universitetinin tibb fakültəsinə daxil olmuşdur. Çara qarşı tələbə nümayişlərində iştirak etdiyi üçün 1901-ci ildə universitetdən xaric olunmuşdur. 1901-1902-ci illərdə özəl dərslər vermək yolu ilə çörək pulu qazanmışdır. Həmçinin bir sıra Litva qəzətləri („Vilniaus žinios“, „Lietuvos ūkininkas“ və b.) və jurnallar („Varpas“) üçün məqalələr yazmışdır. Litva sosial-demokratlar partiyasının fəaliyyətində iştirak etmişdir. 1903-cü ildə Leypsiq Ali ticarət məktəbində oxumuşdur, həm də ədəbiyyatla yaxından maraqlanmışdır.