Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dinamizm
Dinamizm [[[alman dili|alm.]] Dynamismus; fr. Dynamisme; ing. Dynamism; osm. tr. kuviye; ər. لى حَ ] — Materiyanın güc ya da qüvvətin bir təzahür forması olduğunu önə sürən fəlsəfə təlimi. Şeylərin mahiyyətinin qeyri-maddi qüvvələrdən ibarət, materiyanı isə şeylərin hərəkətinin təzahürü olan həmin qüvvələrdən törəmə hesab edən fəlsəfi təlimlər.
Dinamika
Dinamika — fizikada hərəkəti, onu doğuran səbəbi nəzərə almaqla öyrənən bölmədir. Mexanikanın səbəbiyyət prinsipi — cismin başlanğıc vəziyyəti və sürəti onun sonrakı mexaniki hərəkətini və vəziyyətini müəyyənləşdirir müddəasından ibarətdir. Ətalət — cismə qüvvə təsir etmədikdə öz sükunət və ya bərabərsürətli hərəkət halını saxlama xassəsidir. Kütlə — cismin ətalət ölçüsüdür. Deməli, cismin sükunət və düzxətli bərabərsürətli hərəkət halı, Əbülhəsən Bəhmənyarın XII əsrdə dediyi kimi, xarici təsirə məruz qalmayan bütün cisimlərin təbii halıdır. Qalileyin ətalət prinsipi — cisim xarici təsirə məruz qalmazsa, ya sükunətdə qalar, ya da sabit sürətli hərəkətini davam etdirər. Dinamikanın üç qanunu klassik və ya Nyuton mexanikasının əsasını təşkil edir: Cismə başqa cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazlaşdırdıqda o sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, kütləsi ilə tərs mütənasib olub, əvəzləyici qüvvənin təsiri istiqamətində yönəlir: a=F/m və ya F=ma. İki cismin qarşılıqlı təsir qüvvəsi qiymətcə bərabər olub istiqamətcə əksdir, F1=-F2 .Bu qanunlar Nyuton qanunları da adlanır. Bütün hərəkətlər müəyyən hesablama sisteminə görə öyrənilir.
Donatizm
Donatizm (yun. Δονατισμός) — Kartaca kilsəsində baş verən parçalanma və ixtilaflar sonu yaranan dini hərəkat IV yüzilliyin əvvəllərində başlamış və Şimali Afrikanın müsəlmanlar tərəfindən istila edilməsinə qədər davam etmişdir. Donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf Roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Ancaq başqaları təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmiş, təqiblərdən sonra isə öz kilsə vəzifələrinə qayıtmışdırlar. 311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Ancaq məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Halbuki Donatusun özü o zamanlar çox ağır işgəncələrə məruz qalmış, ancaq dindən dönməmişdir. Rəvayətlərə görə onun bədənində ağır işgəncələrin çoxlu izləri qalmışdır.
Dinamit
Dinamit - Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır. == İstifadə sahələri == Dinamitin əsas istifadə sahələri inşaat,mədən sənayəsi və dağıntı üçün istifadə olunur amma son illərdə daha üstün xüsusiyyətlərə sahib partlayıcıların bazara çıxarılması ilə istifadəsi azalmışdır. Hal hazırda, əsasən su altı dağıntılar törətmək və digər sahələrdə əlavə partlayıcı kimi istifadə olunur . Dinamit bəzi silahlı qüvvələr tərəfindən, düşməni yavaşlatmaq məqsədi ilə yol və körpülərin istifadəsiz hala salınması zamanı istifadə olunur. Kassalar kimi zirehli əşya və ya otaqlarin partladılmasında dinamit yox, dinamitin qaynadılmasından əmələ gələn mayenin üstündəki nitrogliserin qaymağı istifadə olunur. == Tərkibi == Dinamit, 3 ölçü nitrogliserin, 1 ölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur.
Molekulyar dinamika
Molekulyar dinamika Femtokimya–kimyəvi reaksiyaları femtosaniyə vaxt diapa-zonunda (10–15 – 10–12 s) öyrənən elmdir “Femto” sözönu femten (“on beş”) sözunun kökündən yaranmışdır. Atom və molekullar üçün zaman şkalası vahidi femto-saniyədir (fs). Bu saniyənin milyardda birinin milyonda bir hissəsidir, yəni on üstü on beşə bölünmüş bir saniyədir (1 fs=10–15 saniyə). Bir saniyə ərzində işıq 300 min kilometr –Yerdən Aya qədər olan məsafəyə bərabər məsafə qət edir; bir femtosaniyədə işıq 300 nanometr (0,0000003 metr) məsafəni - bakteriyanın ölçüsü, insan tükü yoğunluğunun kiçicik bir hissəsi ilə müqayisə oluna bilən uzunluqda məsafə ke¬çir. Yalnız femtosaniyə zaman şkalasında atomların hərəkəti lazımınca görünən olur. Saniyədən fərqli digər vaxt ölçüləri də mövcuddur: atto¬saniyə (10–18s), pikosaniyə (10–12s), nanosaniyə (10–9s), mikrosaniyə (10–6s), millisaniyə (10–3 s). “Atto” skandinav sözü “on səkkiz”dən, “piko” ispanca “kiçik”, “nano” və “mikro” yunanca “cırtdan” və “kiçik”, “milli” latınca “min” sözündən yaranmışdır. Femtokimya elmi istiqamətinin banisi Misir mənşəli ABŞ fiziki Əhməd Zevayldır. O, 1999-cu ildə “Kimyəvi reaksiyaların real vaxt miqyasında femtasaniyə spektroskopiyası ilə tədqiqatlarına” görə Nobel mükafatına layiq görülmüşdür. Ali İslam dəyərlərinə malik dahi alim 2011-ci ildə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş, Prezident İlham Əliyev tərəfindən qəbul oluinmuş, AMEA və BDU-da görüşlər keçirmişdir.
Dinamik IP
Telefon ilə internetə girən userlərin IP adresləri çox vaxt dinamik-tir, yəni servis provayder - de həmin anda boş olan bir IP adresini internetə girən kompüterlərə verər. Buna görə də hər internetə girəndə IP adreslərinin bir bölümü dəyişər. Dinamik IP adresleri, zaman içində dəyişir: • Bağlantı qopartılıp yenidən bağlandığında dəyişər, • Periyodik olarak (misal her axşam saat 00:00'da) dəyişəbilər, • Yük altında vəya yüksüz durumda dəyişəbilər • vs. Dinamik IP adresi olduğu halda kompüterini server kimi işlətmək isteyenler NO-IP kimi pulsuz olan servisleri istifadə edəbilərlər. Bu cür xidmətlər normal DNS'e görə daha yavaş olsa da ( dinamik DNS'te önbellekleme edilməz) az ziyaret ediləcək saytlar üçün uyğundur.
Dinamik manqalar
Dinamik manqa— Avtomatik idarəetmə nəzəriyyəsinə aid anlayışdır. == Dinamik manqaların növləri == Funksional təyinatlarından, konstruktiv quruluşlarından, mürəkkəbliyindən, fiziki təbiətindən asılı olmayaraq dinamiki sistemləri elementar manqaların (bəndlərin) vəhdədi şəklində göstərmək olar. Belə manqalar eyni tipli riyazi modellərlə yazıldığından tipik manqalar da adlanırlar. Tipik manqalar birinci və ikinci tərtibli diferensial tənliklərlə yazılırlar. Tipik manqaları aşağıdakı qruplara ayırmaq olar: Sadə manqalar: gücləndirici (ətalətsiz), inteqrallayıcı və diferensiallayıcı; Bir tərtibli manqalar: aperiodik, ətalətli – diferensiallayıcı, izodrom və s. İki tərtibli manqalar: ətalətli-inteqrallayıcı, aperiodik, rəqsi, konservativ və s. === Bir tərtibli aperiodik manqa === Praktikada ən geniş yayılmış manqalardan biri də aperiodik (ətalətli, və ya birtutumlu ətalətli) manqadır. Bu manqanın giriş və çıxış dəyişənləri arasında əlaqə aşağıdakı diferensial tənliklə ifadə olunur: T y ˙ ( t ) + y ( t ) = k x ( t ) {\displaystyle T{\dot {y}}(t)+y(t)=kx(t)} Burada T - manqanın zaman sabiti, k- gücləndirmə əmsalıdır. Manqanın zaman sabiti elə bir zaman müddətdir ki, əgər y(t) çıxış kəmiyyəti ilk anda aldığı dy(t)/dt,t=0 , y(t) əyrisinə sıfır nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalının qiyməti) sürəti ilə dəyişməkdə davam etsə idi, onda o öz y(∞)=ku qərarlaşma qiymətinə T müddətindən sonra çatardı. Həqiqətdə isə, y(y)-nin dəyişmə sürəti azaldığından o, halında T müddətinə öz qərarlaşma qiymətinin yalnız 63.2%-ni alır.
Dinamik proqramlaşdırma dili
Dinamik proqramlaşdırma dili (ing. dynamic programming language, rus. динамический язык программирования)— statik proqramlaşdırma dillərinin kompilyasiya müddətində yerinə yetirdiyi bir sıra ümumi proqramlaşdırma hərəkətlərini proqramın icra müddətində (RUNTIME) yerinə yetirən yüksək səviyyəli proqramlaşdırma dilləri sinfi. Belə hərəkətlərə proqrama yeni kod əlavə etməklə, obyektləri və təyinləri (DEFINITIONS) artırmaqla onun genişləndirilməsi, yaxud tiplər sistemini dəyişdirilməsi aid ola bilər. Belə hərəkətləri, demək olar ki, yetərincə mürəkkəblikli istənilən dildə emulyasiya etmək mümkündür, ancaq dinamik dillər istifadə üçün birbaşa alətlər təqdim edirlər. Bu funksiyaların çoxu ilk dəfə Lisp proqramlaşdırma dilində gerçəkləşdirilib. Dinamik proqramlaşdırma dillərinə aid olan dillər: Perl Tcl Python PHP Ruby Smalltalk JavaScript Visual Basic də bəzi dinamik xüsusiyyətlərə malikdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili dinamiki tarazlıq qanunu
“Daxili dinamiki tarazlıq qanunu”-zəncir reaksiyası daxili dinamiki müvazinətin pozulmasına səbəb olur. == Ümumi məlumat == İlk dəfə olaraq N.İ.Reymers tərəfindən irəli sürülmüş bu qanun onunla izah olunur ki, hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki keyfiyyətləri bir-biri ilə o qədər sıx əlaqədə olurlar ki, onların hər hansı birində baş vermiş dəyişiklik digərində müəyyən dəyişikliyin yaranmasına səbəb olur. Həmçinin bu halda sistemin dinamiki, məlumat vermə və energetik keyfiyyətləri saxlanılır. Bu qanun ekosistem və biosfer də daxil olmaqla ayrı-ayrı təbii sistemlərin maddə, enerji, məlumat vermə və dinamiki keyfiyyətlərinin bütövlükdə qarşılıqlı əlaqədə olduğunu müəyyən edir və bu göstəricilərdən hər hansı birinin hər hansı dəyişməsi sistemim ümumi keyfiyyətinin saxlanılması ilə bütün digər göstəricilərinin funksional struktur kəmiyyət və keyfiyyət dəyişməsinə səbəb olur. Təbii mühitin istənilən bir elementinin dəyişməsindən sonra mütləq zəncirvari reaksiyalar artır ki, bunun da nəticəsində həmin dəyişikliyin neytrallaşmasına cəhd olunur. Qeyd etmək lazımdır ki, göstəricilərdən birinin cüzi dəyişməsi bütün ekosistem üzrə digər göstəricilərin güçlü dəyişməsinə də səbəb ola bilər.
Dinamik stoxastik ümumi tarazlıq
Dinamik stoxastik ümumi tarazlıq, DSÜT (ing. Dynamic stochastic general equilibrium, DSGE) tətbiq olunan tarazlıq nəzəriyyəsi və mikroiqtisadi prinsiplərə əsaslanan ekonometrik modellərdən istifadə edərək iqtisadi böyümə və iş dövrləri kimi iqtisadi hadisələri, habelə iqtisadi siyasətin təsirlərini izah etməyə çalışan makroiqtisadiyyat metodudur. == Terminologiya == Praktikada insanlar tez-tez müəyyən bir ekonometrik, kəmiyyət iş dövrü və ya real iş dövrü (DSÜT) modelləri adlanan iqtisadi böyümə modellərinə istinad etmək üçün "DSÜT modelləri" ifadəsini istifadə edirlər. Klassik kəmiyyət DSÜT modelləri Kydland & Prescott, və Long & Plosser tərəfindən təklif olunan modellərdir. Çarlz Plosser DSÜT modellərinin RBC modellərinin "yüksəldilməsi" olduğunu bildirdi. Çarlz Plosserə görə DSÜT mödellər RBC modellərin "yenilənmiş" halıdır. Adından da göründüyü kimi DSÜT modelləri dinamik (iqtisadiyyatın zamanla necə inkişaf etdiyini öyrənən), stoxastik (iqtisadiyyatın təsadüfi şoklardan təsirləndiyini nəzərə alaraq), ümumi (bütün iqtisadiyyata istinad edərək) və tarazlıqdır (Valrasiyanın ümumi tarazlıq nəzəriyyəsinə abunədir) == Həqiqi bir iş dövrünün modelləşdirilməsi (RBC) == Erkən real iş dövrü modelləri yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən bir təmsilçi istehlakçının yerləşdiyi bir iqtisadiyyatı postula etdi. Bu modellərdə yeganə qeyri-müəyyənlik mənbələri texnologiyalardakı "şoklar" dır. RBC nəzəriyyəsi iqtisadiyyatda baş verən real zərbələrin iş dövrü dalğalanmalarına necə səbəb ola biləcəyini öyrənmək üçün çevik qiymətlər götürdüyü neoklassik böyümə modelinə əsaslanır."Təmsilçi istehlakçı" fərziyyəsi sözün əsl mənasında qəbul edilə bilər və ya Gormanın fərqli gəlir şokları ilə qarşılaşan və bütün varlıqlar üçün bazarlarla təchiz edilmiş fərqli istehlakçılarının toplusu ola bilər. Bu modellər ümumi iqtisadi fəaliyyətdəki dalğalanmaların əslində iqtisadiyyatın ekzogen sarsıntılara "təsirli cavabı" olduğu mövqeyini tutur.