Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diptix
Di`ptix (yun. δίπτυχος "ikiqat qatlanmış") qədim zamanlarda yunanlar və romalılar tərəfindən içəri üzü yazı üçün nəzərdə tutulmuş taxtadan, sümükdən, metaldan hazırlanmış bir birinə bərkidilmiş ikiqatlanan lövhələr. Adətən lövhələrin üzü müxtəlif növ naxış və ornamentlərlə bəzədilir. Sonralar diptix qədim kilsə liturgiyalarında yad edilən adlar siyahısı mənasında işlədilmişdir. Bu cür kitabələr əlavə lövhələrə də malik olduqları üçün onları səhifələrə müvafiq triptixa (yun. τρίπτυχα), pentaptixa (yun. πεντάπτυχα), poliptixa (yun. πολύπτυχα) və s. adlandırılır. Günümüzdə bu termin adətən ümumi ya eyni ideya və süjet xəttli təsviri sənət əsərlərinə (şəkil, qravür, fresk), eyni zamanda kiçicik ədəbiyyat formalarına, xüsusən şeirlərə tətbiq edilir.
Merilin diptixi
Merilin diptixi (ing. Marilyn Diptych) — amerikalı rəssam Endi Uorholun pop-art stilində işlədiyi məşhur rəsm əsəri. Uorhol rəsm üzərində işləməyə Merilin Monronun ölümündən bir həftə sonra, 1962-ci ilin avqustunda başlamışdır. Rəssam Trafaret çapının vasitəsilə aktrisanın 1953-cü ildə çəkildiyi "Niaqara" filminin çəkilişləri zamanı çəkilmiş fotodan əlli ədəd eyni şəkili kətan üzərinə köçürmüşdür. Əsər bir neçə ay sonra tamamlanmışdır. Monronun diptixin sol tərəfindəki 25 şəkli parlaq boyanmışdır, digər hissədəki rəsmlər ağ-qara çalarlarla qismən dağılmış, cızma qaranı xatırladan və solğun haldadır. Belə hesab edilir ki, Uorhol rəsmi iki, parlaq və solğun hissəyə bölməklə Merilin Monronun təzadlarla dolu olan həyatını və ölümünü assosiasiya etmişdir. 2011-ci ilə olan məlumata görə, "Merilin diptixi" əsəri Londonun Teyt qalereyasının Liverpul şəhərində yerləşən filialında sərgilənir. 2 dekabr 2004-cü ildə "The Guardian" qəzeti müasir incəsənətin 500 ən parlaq əsərlərinin siyahısını açıqlayıb. Siyahıda Uorholun bu işi üçüncü yerə layiq görülüb.
Triptix
Triptix (yun. τρίπτυχοςdan — üçqat qatlanmış) — üç rəsmdən, barelyefdən ibarət olan bir rəsm əsəri. Üç əsər bir görüntünün sərbəst şəkildə ifadə edir və birgə asılır. Triptix bir çox əsərdən ibarət olan poliptixin bir növüdür. == Mənbə == Vikianbarda Triptix ilə əlaqəli mediafayllar var.
Dippax
Dippax (lüksemb. Dippech) Lüksemburqun cənub-qərbində bir kommuna və kiçik bir şəhərdir. Lüksemburq bölgəsinin bir hissəsi olan Capellen kantonunun bir hissəsidir. Kommunanın inzibati mərkəzi Schouweilerdir. Alzettin qolu olan Mess çayı buradan qalxır. 2005-ci ildən etibarən, kommunanın şimal-şərqində yerləşən Dippach şəhərinin 790 əhalisi var. Kommunanın digər kəndləri arasında Bettange-sur-Mess, Schouweiler və Sprinkange də var.
Dietil efiri
Dietil efiri (etil efiri, etoksietan). Kimyəvi xassəsinə görə - tipik alifatik sadə efirdir. Həlledici kimi geniş istifadə olunur. İlk dəfə olaraq orta əsrlərdə alınmışdır. == Tarix == Dietil efirinin ilk dəfə IX əsrdə əlkimyaçı Cabir ibn Xəyyam və ya 1275-ci ildə əlkimyaçı Raymund Lulliem2,3 tərəfindən alındığı fərz edilir. Daha dəqiq tarix olaraq 1540-cı ildə Valeri Kordus tərəfindən sintez olunduğu göstərilir. V.Kordus onu həmin dövrdə “kuporus yağı”2 adlandırılan etil spirti və sulfat turşusu qarışığının distilləsi yolu ilə almış və onu “şirin kuporus yağı” (lat. oleum dulce vitrioli) adlandırmışdır. Kordus həmçinin onun anesteziya xassəsinə malik olduğunu da göstərmişdir. 1680-cı ildə Robert Boyl tərəfindən efir ikinci dəfə sintez edilir.
Ditrix Bukstehude
Ditrix Bukstehude [təqr. 1637, indiki İsveçdəki Helsinqborq,(?) – 9.5.1707, Lübek] — alman bəstəkarı və orqançalanı. == Həyatı == Əslən danimarkalıdır. Musiqiçilər nəslindəndir. Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir. 1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya) Mariyenkirxenin orqançalanı olmuşdur. Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Ditrix Buxtehude,Danimarka-Alman orqan ifaçısıdır.Buxtehude bu gün Barokko dövrünün ən əhəmiyyətli bəstəkarlarından biri sayılır.Əslən danimarkalıdır.Musiqiçilər nəslindəndir.Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir.1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya)Mariyen kirxenin orqançalanı olmuşdur.Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Diderich Buxtehude adı ilə anadan olmuşdur.Onun valideynləri Johannes(HansJensen)Buxtehude və Helle Jespersdatter idi.Atası o dövr Danimarka Monarxiyasının bir hissəsi olan,lakin indi Almaniyada olan Holşteynin Duchy şəhərində(Oldesloe)anadan olmuşdur. Buxtehudenin doğulduğu il və ölkə arasında alimlər mübahisə edirlər.Bir qisim onun Oldesloedə doğulduğunu iddia edirlər.Lakin buna baxmayaraq onun1637-ci ildə Danimarkanın Helsinborg şəhərində anadan olması bilinir.Daha sonralar indiki adı ilə tanınan Ditrix Buxtehude adı altında sənədlərini imzalamışdı. Buxtehudenin təhsilinin başlanğıcı və gənclik illəri haqqında məlumatlar məlum deyil.Şübhəsiz onun musiqi müəllimi atası olmuşdur. Atası Helsingerdəki St Olaf kilsəsində orqanist idi.
Ditrix Buxtehude
Ditrix Bukstehude [təqr. 1637, indiki İsveçdəki Helsinqborq,(?) – 9.5.1707, Lübek] — alman bəstəkarı və orqançalanı. == Həyatı == Əslən danimarkalıdır. Musiqiçilər nəslindəndir. Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir. 1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya) Mariyenkirxenin orqançalanı olmuşdur. Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Ditrix Buxtehude,Danimarka-Alman orqan ifaçısıdır.Buxtehude bu gün Barokko dövrünün ən əhəmiyyətli bəstəkarlarından biri sayılır.Əslən danimarkalıdır.Musiqiçilər nəslindəndir.Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir.1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya)Mariyen kirxenin orqançalanı olmuşdur.Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Diderich Buxtehude adı ilə anadan olmuşdur.Onun valideynləri Johannes(HansJensen)Buxtehude və Helle Jespersdatter idi.Atası o dövr Danimarka Monarxiyasının bir hissəsi olan,lakin indi Almaniyada olan Holşteynin Duchy şəhərində(Oldesloe)anadan olmuşdur. Buxtehudenin doğulduğu il və ölkə arasında alimlər mübahisə edirlər.Bir qisim onun Oldesloedə doğulduğunu iddia edirlər.Lakin buna baxmayaraq onun1637-ci ildə Danimarkanın Helsinborg şəhərində anadan olması bilinir.Daha sonralar indiki adı ilə tanınan Ditrix Buxtehude adı altında sənədlərini imzalamışdı. Buxtehudenin təhsilinin başlanğıcı və gənclik illəri haqqında məlumatlar məlum deyil.Şübhəsiz onun musiqi müəllimi atası olmuşdur. Atası Helsingerdəki St Olaf kilsəsində orqanist idi.
Ditrix Ekkart
Ditrix Ekkart (alm. Dietrich Eckart‎ 23 mart 1868 – 26 dekabr 1923) — Alman jurnalist, dramaturq, şair və siyasətçi. Daha sonra NSDAP-a çevrilən Alman Fəhlə Partiyasının (Deutsche Arbeiterpartei, DAP) qurucularından biri idi. Nasist hərəkatının ilk günlərində Adolf Hitlerə əsas təsir bağışladı. 1923-cü ildə "Pivə zərbəsi"nin üzvü idi. == Erkən həyatı == Ekkart 23 mart 1868-ci ildə Nürnberqdən əxminən 20 mil cənub-şərqdə, Bavariya Krallığının Neumarkt şəhərində kral notariusu və hüquqşünası Kristian Ekkart və dindar katolik olan həyat yoldaşı Annanın oğlu olaraq anadan olmuşdur. Ekkart on yaşında olanda anası öldü və o bir neçə məktəbdən qovuldu. 1895-ci ildə atası öldü və ona Ekkartın tezliklə xərclədiyi xeyli pul qaldı. Ekkart əvvəlcə Erlangendə hüquq, sonra Münhen Lüdviq Maksimilian Universitetində tibb təhsili aldı və qılıncoynatma və içki içən Tələbə Korpunun həvəsli üzvü idi. 1891-ci ildə şair, dramaturq və jurnalist olmağa qərar verdi.
Ditrix Mateşits
Ditrix Mateşits (20 may 1944, Sankt-Marayn[d], Bruk-Mürsuşlaq[d] – 22 oktyabr 2022) — avstriyalı milyarder iş adamı. O, Red Bull GmbH-nin həmtəsisçisi və 49% sahibi idi. 2021-ci ilin oktyabr ayına olan məlumata görə, Mateşitsin xalis sərvəti 25,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Mateşits Unilever və Blendax şirkətində marketinq sahəsində çalışıb. Tailanda səyahət edərkən o, Red Bull-a uyğunlaşdırdığı Krating Daeng içkisini kəşf etdi. 1984-cü ildə Red Bull GmbH-nı təsis etdi və 1987-ci ildə Avstriyada istifadəyə verdi. Onun şirkəti Formula 1-də beş dəfə Konstruktorların Çempionları — Red Bull Racing və qardaş komandası AlphaTauri, həmçinin Red Bull Zalsburq FK və Red Bull Zalsburq FK futbol klubları kimi, dünyanın bir neçə idman komandasını əldə etmiş və ya təsis etmişdir.
Linckia diplax
Linckia guildingi (lat. Linckia guildingi) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.
Marlen Ditrix
Marlen Ditrix (alm. Marlene Dietrich‎; 27 dekabr 1901, Almaniya İmperiyası - 6 may 1992, Paris, Fransa) — ABŞ və Almaniya aktrisası və müğənnisi, seks simvol. == Həyatı == 1901-ci il dekabrın 27-də alman hərbi aristokrat fon Loşun ailəsində anadan olan Mariya Maqdalena fon Loş yüksək səviyyədə təhsil almışdı: fransız və ingilis dillərini əla bilir, ədəbiyyatı, xüsusilə Höte və Rilkeni sevir, fəlsəfəylə maraqlanır, idmanla məşğul olur, royalda gözəl ifa edir və peşəkar skripkaçı olmaq istəyirdi. Veymerdəki pansion-internatın müəllimləri düşünürdülər ki, qızın böyük istedadı var. Amma sol qolunda vətərdə cjiddi problemlər Mariyanın həyatını dəyişdi. Berlinin mərkəzində iri zərgərlik dükanının sahibəsi olan anası Cozefina Falsinq qızını gözəl tərbiyə edirdi. O, qızına həyatın zərbələrinə sinə gərməyi, istənilən işə qarşı sevgini, hisslərini idarə etməyi öyrədirdi. "Marlen" səhnə adını Mariya Maqdalena 13 yaşında fikirləşdi və iki adını birləşdirdi. "Qədim qıfılları açan açar" mənasında olan Ditrix təxəllüsünü teatr məktəbini bitirəndən sonra götürdü. == Karyerası == Əvvəl Marlenə teatrda kiçik rollar tapşırılırdı.
Albert Qottfrid Ditrix
Albert Qottfrid Ditrix (alm. Albert Gottfried Dietrich‎; 8 noyabr 1795, Qdansk, Qərbi Prussiya[d] – 22 may 1856, Berlin) — Almaniya botaniki.
Odlar Yurdu (triptix)
"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir. == Tarixi == Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...". == Təsviri == Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var. == Tənqid == İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.
Köln Mərkəzi DİTİB Məscidi
Köln Mərkəzi DİTİB Məscidi (DITIB-Zentralmoschee Köln), Köln şəhərin və bütün Almaniyanın ən böyük məscididir. == Tarixi == 2009-cu ilin May ayında, Kölndə yerləşən əvvəlki məscid sökülüb və əvəzində noyabr ayının 7-si yeni tikinti işləri başlanmışdır. 2011-ci ilin fevral ayının 2-də 55 metr yekə Minarələr və 37 metr yekə günbəz düzəldilmişdi. 9 iyun 2017-də, Ramazan ayında, Məscid ilk dəfə istifadə edilmişdi. 2018-ci il sentyabr ayının 29-da Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan və Diyanət İşləri Başçısı Prof. Dr. Əli Erbaş rəsmi olaraq Məscidin açılışında iştirak etmişdirlər. == Dezayn == 4500 m² ərazini əhatə edən məscid 2–4 min nəfəri qəbul edə bilir. Restoran, ibadət yeri, kitabxana və İslam mədəniyyət mərkəzini özündə birləşdirən bu İslam kompleksinin tikintisinə 40 milyon dollar ayrılıb. Layihə Türk-İslam Diyanət İşləri Birliyi tərəfindən dəstəklənir.