diptix

diptix (inc.)
dipsomaniya
dir-dirrik
OBASTAN VİKİ
Diptix
Di`ptix (yun. δίπτυχος "ikiqat qatlanmış") qədim zamanlarda yunanlar və romalılar tərəfindən içəri üzü yazı üçün nəzərdə tutulmuş taxtadan, sümükdən, metaldan hazırlanmış bir birinə bərkidilmiş ikiqatlanan lövhələr. Adətən lövhələrin üzü müxtəlif növ naxış və ornamentlərlə bəzədilir. Sonralar diptix qədim kilsə liturgiyalarında yad edilən adlar siyahısı mənasında işlədilmişdir. Bu cür kitabələr əlavə lövhələrə də malik olduqları üçün onları səhifələrə müvafiq triptixa (yun. τρίπτυχα), pentaptixa (yun. πεντάπτυχα), poliptixa (yun. πολύπτυχα) və s. adlandırılır. Günümüzdə bu termin adətən ümumi ya eyni ideya və süjet xəttli təsviri sənət əsərlərinə (şəkil, qravür, fresk), eyni zamanda kiçicik ədəbiyyat formalarına, xüsusən şeirlərə tətbiq edilir.
Merilin diptixi
Merilin diptixi (ing. Marilyn Diptych) — amerikalı rəssam Endi Uorholun pop-art stilində işlədiyi məşhur rəsm əsəri. Uorhol rəsm üzərində işləməyə Merilin Monronun ölümündən bir həftə sonra, 1962-ci ilin avqustunda başlamışdır. Rəssam Trafaret çapının vasitəsilə aktrisanın 1953-cü ildə çəkildiyi "Niaqara" filminin çəkilişləri zamanı çəkilmiş fotodan əlli ədəd eyni şəkili kətan üzərinə köçürmüşdür. Əsər bir neçə ay sonra tamamlanmışdır. Monronun diptixin sol tərəfindəki 25 şəkli parlaq boyanmışdır, digər hissədəki rəsmlər ağ-qara çalarlarla qismən dağılmış, cızma qaranı xatırladan və solğun haldadır. Belə hesab edilir ki, Uorhol rəsmi iki, parlaq və solğun hissəyə bölməklə Merilin Monronun təzadlarla dolu olan həyatını və ölümünü assosiasiya etmişdir. 2011-ci ilə olan məlumata görə, "Merilin diptixi" əsəri Londonun Teyt qalereyasının Liverpul şəhərində yerləşən filialında sərgilənir. 2 dekabr 2004-cü ildə "The Guardian" qəzeti müasir incəsənətin 500 ən parlaq əsərlərinin siyahısını açıqlayıb. Siyahıda Uorholun bu işi üçüncü yerə layiq görülüb.