Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Bolaşak
Bolaşak — Qazaxıstandan yüksək nəticə göstərən tələbələrə xaricdə təhsil almaq üçün ödənilən bütün xərclər, məzun olduqdan sonra ən azı beş il işləmək üçün Qazaxıstana qayıtmaq şərti ilə verilən təqaüddür.1993-cü ildə tətbiq edildiyi vaxtdan bəri 10 mindən çox tələbə təqaüd qazandı. Bu tələbələrin əksəriyyəti ABŞ-yə, eyni zamanda dünyanın başqa yerlərində təhsil almaq üçün səyahət edirlər == Təsviri == "Bolaşak" sözü azərbaycan dilində "Gələcək" olaraq tərcümə olunur. Bu, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev tərəfindən 1993-cü ildə təsis edilmişdir. Slate köşə yazarı Yoşua Kucera yazır ki, Prezident Nazarbayev "Qazaxıstan gəncliyini qərb, demokratik dəyərlərlə aşılamaq üçün bir yol kimi təklif etdi." Kucera məqaləsində etiraf edir, lakin , yeni ideyaları və qərb dəyərlərini öyrənmək üçün xaricə göndərildikləri halda, çox vaxt müsbət dəyişiklikləri həyata keçirmək səlahiyyətləri verilmir. Bolaşak məzunlarının çoxu Qazaxıstandakı dövlət və özəl təşkilatlarda əsas vəzifələr tutur. == Tarixi == 1994-cü ildən 2004-cü ilə qədər 785 tələbə Bolaşak təqaüdü aldı. 2017-ci ildə daha 12.046 təqaüd verildi, bu da 2018-ci ilə qədər 12.831 təqaüd təşkil etmişdir.2005-ci ildə "Bolaşak" proqramına müraciət edənlərin ümumi sayı 6,698 olaraq qeyd edildi. 2004-cü illə müqayisədə müraciət edənlərin sayı 45% artmışdır. Üstəlik, bu məbləğ Qazaxıstanın böyük universitetlərinin illik qəbulunu üstələdi.2005-ci il müsabiqə prosesində 537 iddiaçı qeydləri Bolaşak Beynəlxalq Təqaüdünün verilməsi üçün müsabiqə qaydalarına uyğun olmadığına görə rədd edildi. Seçim Qaydalarına uyğunluğu təsdiqlənən abituriyentlər dil və psixoloji testdən keçiblər.
Dalamaz
Dalamaz (lat. Lamium) — dalamazkimilər fəsiləsindən bitki birillik, ikiillik və çoxillik ot cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ Dalamaz və gövdəniqucaqlayan Dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Tolimak
Alfa Sentavr (α Sentavr, qısaldılmış Alfa Sen, α Sen) — Günəş Sisteminə ən yaxın ulduz sistemidir və Günəşdən 4.37 işıq ili (1.34 pr) məsafəsindədir. Alfa Sentavr (həmçinin Rigil Kentaurus adlanır)α Sentavr, α Sentavr A, α Sentavr B və kiçik qırmızı cırtdan α Sentavr C ( bu ulduz həmçinin Proksima Sentavr adlandırılır) -dən ibarət üçlü ulduz sistemidir. Adi gözlə, bu üç komponent vizual ulduz ölçüsü -0.27 olan bir ulduz kimi görünür. α Sentavr gecə göyündə Sirius və Kanopusdan sonra üçüncü parlaq ulduz kimi müşahidə olunur. Proksima Sentavr (α Sen C) günəşdən 4.24 işıq ili (1.30 pr) məsafəsindədir və günəşə ən yaxın ulduzdur, buna baxmayaraq o, adi gözlə görünmür. α Sentavr A kütləsi 1,1 Günəş kütləsi və parlaqlığı 1,519 Günəş parlaqlığı tərtibindədir, α Sentavr B isə daha kiçik və soyuqdur kütləsi 0,907 Günəş kütləsi, parlaqlığı 0,445 Günəş parlaqlığı tərtibində. 79,91 illik period ərzində ortaq mərkəz ətrafındakı məsafə Günəş ilə Pluton arasındakı məsafə (35,6) tərtibindən Günəş İlə Saturn arasındakı məsafə tərtibinə (11,2) azalmışdır. α Sentavr adi gözdə tək ulduz hesab edilir və Erboğanın cənub bürcündə parlaq ulduza verilir. -0,27 Sirius və Canopusdan daha həddindən artıq olan vizual ölçülü (A və B ölçülərindən hesablanır) görünür. Gecə göyün ən parlaq ulduzu Arcturusdur.
Dolaşa
Dolaşa (lat. Coloeus monedula) (syn. lat. Corvus monedula) — qarğalar fəsiləsinin dolaşa cinsinə aid quş növü. Ənənəvi olaraq bu növü qarğa (Corvus) cinsinə aid etsələr də, müasir tədqiqatçılar dolaşanı dolaşa cinsinə aid edirlər. == Yarımnövləri == Corvus monedula monedula Linnaeus, 1758, Skandinaviyada yaşayır.. Corvus monedula spermologus (Vieillot, 1817). Qərbi və Mərkəzi Avropada yaşayır. Corvus monedula soemmerringii (Fischer, 1811). Şərqi Avropa, Ön və Mərkəzi Asiya.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Ağ dalamaz
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Dalamaz gicitkan
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Dolanan dağı
Dolanan – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur.Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.
Labirintdə dolaşan (film)
Labirintdə dolaşan (ing: The Maze Runner) — Ceyms Daşnerin 2009-cu ildə yazdığı eyniadlı romanı əsasında rejissor Ues Balın 2014-cü ildə çəkdiyi elmi fantastika, distopiya, döyüş və triller janrlarındakı ABŞ filmidir. Baş rollarda Dylan O'Brien, Aml Ameen, Kaya Scodelario, Thomas Brodie-Sangster, Will Poulter və Ki Hong Lee oynamışdırlar. 18 sentyabr 2015-ci ildə onun davamı olan Labirintdə qaçış: Alovlu sınaq filmi buraxılmışdır. == Süjet xətti == Qleyd daş divarlarla əhatə olunmuş geniş ərazidir. Tomas qleydə buraxılanda digər oğlanlar kimi adından başqa heç nəyi xatırlamırdı. Qleyddəki Tomasdan başqa hamı oradan çıxmağın mümkün olmadığını düşünür. Tomas çıxış yolunu tapa biləcəyini düşünür; lakin bunun üçün beyninin dərinliklərindəki sirləri həll etməlidir.
Olama ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Pip dolma
Pip dolması - Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2-4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar: Quzu əti – 108 q. Düyü – 30 q. Baş soğan – 20 q. Göyərti (keşniş, şüyüd və nanə) – 15 q. Pip-(vələs) yarpağı – 40 q. Qatıq – 20 q.
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. == Tarixçə == İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. == Xüsusiyyətləri == Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir.Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır. == Süfrəyə verilməsi == Sumqayıt dolması süfrəyə ilıq şəkildə verilir.
Qışlaq-i Dovlama (Germi)
Qışlaq-i Dovlama (fars. قشلاق دولاما‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (4 ailə).