DOLAMAQ

1. DOLAMAQ Qara oğlan isə gələn qadını açıqdan-açığa dolamağa çalışırdı (M.Hüseyn); ƏLƏ SALMAQ [Məsumə:] Sen məni ələ salma Firəngiz, intiqam almaq üçün göstərdiyin cidd-cəhd əbəsdir (B.Bayramov); LAĞ ELƏMƏK (ETMƏK) Sayalı o zaman .. tənəffüslərdə oğlanların papağını qoyar, kağızdan özünə bığ düzəldər, ona-buna lağ edərdi (İ.Şıxlı); SARIMAQ Fərəc: Ay, sizi, İbiş müəllim. Mən özüm camaatı dolayıram, siz də indi məni sarıyırsınız, qoy oturmuşuq (Anar).

2. DOLAMAQ [Duma:] Çay başından gəlirkən saçlarımı ellərinə doladı, kəndin içindən sürüdü (C.Cabbarlı); SARIMAQ O ellər.. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub.. (Ə.Əbülhəsən).

DOLAQ
DOLANACAQ

Значение слова в других словарях