DOLAMAQ

f.
1. Sarımaq, sarıqlamaq. Dolağı ayağına doladı, çəkməsini geydi.
[Durna:] Çay başından gəlirkən saçlarımı əllərinə doladı, kəndin içindən sürüdü. C.Cabbarlı.

2. məc. dan. Tapşırmaq, üzərinə yükləmək, həvalə etmək, öhdəsinə qoymaq. Bu işi hər adama dolamaq olmaz.
3. Basmaq, vurmaq mənasında. Kənd içərisində Nəbigili gülləyə doladılar.
Nəbinin dəstəsi qaçıb evlərin dəhlizlərinə doldular. Qaçaq Nəbi”.
Baxış bəy Camalın baş-gözünü şallağa doladı. Ə.Abasov.

4. məc. dan. Lağa qoymaq, ələ salmaq, sarımaq, masqara etmək (bəzən “ələ”, “əlinə”, “dilinə”, “barmağına” sözləri ilə).
[Sərdar:] Bu nə sözdür, Yusif şah! …Atamın ərvahı üçün, səni dolamırıq. A.Şaiq.
Qara oğlan isə gələn qadını açıqdan-açığa dolamağa çalışırdı. M.Hüseyn.
Bilmirəm, doğrudanmı bu fikirdəsən, ya bizi dolayırsan. Ə.Sadıq.

Синонимы

  • DOLAMAQ sarımaq — bağlamaq
  • DOLAMAQ basmaq — vurmaq
  • DOLAMAQ 1. DOLAMAQ Qara oğlan isə gələn qadını açıqdan-açığa dolamağa çalışırdı (M.Hüseyn); ƏLƏ SALMAQ [Məsumə:] Sen məni ələ salma Firəngiz, intiqam almaq üç

Омонимы

  • DOLAMAQ DOLAMAQ I f. Sarılmaq, qucaqlamaq. Sevgilim! Qolunu dola boynuma; Kəlmələr od kimi düşsün dilindən (S

Антонимы

  • DOLAMAQ DOLAMAQ – AÇMAQ Çay başından gələrkən saçlarımı əllərinə doladı, kəndin içindən sürürdü (C.Cabbarlı); Kapitan gözlərini geniş açdı (S
DOLAMAÇARX
DOLANACAQ

Значение слова в других словарях