Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dambulaq
Dambulaq — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Şəlvə inzibati ərazi vahidində olan kənd Mıxtökən silsiləsinin yamacındadır. Oykonim eyniadlı bulağın adı ilə adlandırılmışdır. Bulağın adı isə dam (üstü örtülü, tikili) və bulaq (su obyekti termini) komponentlərindən düzəlib, "üstü bağlı bulaq", "üstündə tikili olan bulaq" deməkdir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, uşaq bağçası və mağaza əhaliyə xidmət göstərirdi. == Coğrafiyası və iqlimi == Dambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən kənd, rayonun Şəlvə, İmanlar, Kaha, Oğuldərə, Zağaaltı və Qorçu kəndləri ilə həmsərhəddir. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 500 nəfər olmuşdur.
Leonis dombalanı
Leonis dombalanı (Elmi adı - Terfezia leonis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür. == Qısa morfoloji təsviri == Torpaq səthinə yaxın əmələ gələn meyvə cismi 4-6 sm diametrində və ya bir qədər uzunsov, kartofa bənzərdir. Xarici səthi – peridi əvvəl açıq, sonradan tündləşərək qonura çalır, dərivaridir. Göbələyin xüsusi iyi və dadı yoxdur. Yarıya kəsilmiş halda ləti şirəlidir, birrəng deyil. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, taxıllardan, əsasən Artemisia, Hordeum, Poa və Salsola cinslərinin növlərindən ibarət fitosenozlarda mikoriza əmələ gətirir. Azərbaycanın bozqır və dağətəyi bölgələrində, bəzən az şoranlaşmış torpaqlarda aprel-may aylarında, az-az əmələ gəlir. Kütləvi əmələ gəlməsi bir neçə ildən bir müşahidə edilir, meyvə cisimləri sporadik, bəzən kopalarla rast gəlinir.
Yay dombalanı
Yay dombalanı (Elmi adı - Tuber aestivum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür. == Qısa morfoloji təsviri == Meyvə cismi torpaq altında əmələ gələn, kök yumrusuna bənzər, ellipsoidal-dairəvi, 2,5-8 sm diametrindədir. Xarici səthi qara və ya qara-qəhvəyi rəngli, iri piramidavari ziyillidir. Göbələyin ləti zəif və şirin iyə malikdir. Yetişməmiş göbələk yarıya kəsilmiş halda ağımtıl, yetişdikdən sonra sarımtıl –qəhvəyi, ağımtıl-cizgili, mərmərə bənzər naxışlıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, Fagus, Quercus, Carpinus və Corylus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Enliyarpaqlı meşələrdə yaz və payız aylarında rast gəlinir. Müxtəlif mexaniki tərkibli torpaqlarda əmələ gəlir.
Ombulaq (Duzluca)
Ombulaq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1912-ci il qeydlərində Ünbulaq kimi qeyd olunur. 1919-cu il iyulun 10-15-də ermənilər İğdır bölgəsindəki müsəlman kəndlərindən silahlarını təhvil vermələrini xahiş etdilər. Duzlucanın Sürməli, Gəlgel, Qarabulaq, İncəsu və Harabə (Ombulaq) kəndliləri silahlarını təslim etdikdən sonra bu kəndlərin ağsaqqallarını toplayıb qətlə yetirmişdilər.