Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daimi donuşluq
Daimi donuşluq (çoxillik) — Arktik səhra zonasında, həmçinin tundra və tayqa zonalarında dağ süxurlarının üst qatının uzun müddətdə (əsr, min illər) sıfıra və mənfi temperaturadək soyuması. Daimi donuşluğa yüksək dağlıq zonada da rast gəlmək olar.
Marsel dönüşü
Marsel dönüşü, bəzən Marsel ruleti, 360 və ya Rulet — futbolda dribblinq fəndi. Dieqo Maradona və Zinəddin Zidan bu hərəkətin ən görkəmli istifadəçisi olduqlarlarından, bu dribblinqə arada Maradona dönüşü və ya Zidan dönüşü də deyilir.
Mühacirlərin dönüşü
"Mühacirlərin dönüşü" — yazıçı-jurnalist Dilqəm Əhmədin 2017-ci ildə yazılmış kitabı. "Mühacirlərin dönüşü" Dilqəm Əhmədin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan mühacirəti mövzusunda qələmə aldığı ikinci əsəridir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır. == Haqqında == XX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalı və müstəqil respublikanın süqutu nəticəsində təqiblərdən qurtularaq dünyanın bir çox ölkələrinə səpələnmiş, ömrünü qürbətdə başa vurmağa məhkum edilmiş, həm oxşar, həm də fərqli taleli məşhur azərbaycanlı siyasi xadimlərin, ədiblərin, ziyalıların ictimai-siyasi, ədəbi-bədii irsi hələ də tam aşkarlanmayıb və öyrənilməyib. Bəzilərinin şəxsi arxivləri və ya onlara aid materialların yer aldığı digər arxivlər müxtəlif elmi mərkəzlərə, universitetlərə, muzeylərə verilib, bir çoxlarının zəngin irsi əldən-ələ düşüb, dağılıb, məhv olub, başqalarınınkı isə bu sahənin tədqiqatçılarının üzünə uzun müddət bağlı qalıb. Bu kitab araşdırmaçı-jurnalist Dilqəm Əhmədin həmin mövzuda qələmə aldığı ikinci əsərdir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır. Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmməd Əli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur. Bütün bunlar mühacirlərin şəxsi həyatı ilə birbaşa bağlı olduğuna görə xüsusi maraq doğurur. Kitab Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbədir.
Baharın Dönüşü (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Karetin dönüşü simvolu
Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı makinasında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlangıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun kodu onluq 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başçığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sərt karet dönüşü
Sərt karet dönüşü (en. Hard return) –kursorun (və ya printerin) yeni sətrin başlanğıcına keçməsinin gərəkliyini proqrama bildirən siqnal. Səhifə sahəsindən kənara çıxan sətirləri avtomatik ayıran mətn emalı proqramlarında sətr karet dönüşü simvollarından abzasları bildirmək üçün istifadə olunur. Sözlərin avtomatik sətirdən-sətirə keçirilməsi funksiyası olmayan mətn emalı proqramlarında hər bir sətri sətr karet dönüşü ilə bildirmək lazımdır. Sərt karet dönüşləri müxtəlif proqramlarda eyni mənanı daşımaya bilər, buna görə də sənədi bir proqramdan başqasına ötürdükdə mətndə sətirlərin ayrılması çox qəribə ola bilər, artıq sətirlər və sətirlərarası intervallar yarana bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.