Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frans dovşanalması
Gecaçan dovşanalması
Gecaçan dovşanalması (lat. Cotoneaster serotinus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Çindir. == Botaniki təsviri == 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqları sıx tükcüklərlə örtülmüşdür, sonralar isə çılpaqlaşır və tünd qəhvəyi rəng alır. Yarpaqlarının uzunluğu 3-8 sm, eni isə 2-3 sm olub, tərs yumurtavari və ya ovaldır. Üstü tünd yaşıl rəngli, çılpaqdır, alt səthi isə açıq yaşıl, demək olar ki, ağ rənglidir. Yarpaq saplağı 7-8 mm uzunluğundadır. Çiçəkləri 6 mm diametrində olub, 6-8 sm uzunluğunda qalxan çiçəkqrupuna yığılmışdır. İyulda çiçəkləyir, toxumları oktyabrdan-fevrala qədər yetişir.
Gözəl dovşanalması
Gözəl dovşanalması (lat. Cotoneaster insignis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində təbii halda yayılmışdır. == Botaniki təsviri == 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqlarının qabığı tünd boz rəngli, aşağıya doğru sallanır. Yarpaqları xırda, uzunsov ellipsvari, 8-10 mm uzunluğunda, 3-5 mm enindədir və parlaqdır. Meyvəsi dairəvi, qırmızıdır, 2-3 toxumludur. Toxumla çoxaldılır. == Ekologiyası == Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Meyer dovşanalması
Meyer dovşanalması (lat. Cotoneaster meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. 100-dən çox növü Avropa, Asiya, Şimali Afrikada yayılmışdır. Hündürlüyü 3 m-dək olan, kənarları bütöv yarpaqlı kollardır. Çiçəkləri xırda, ağ və ya açıq çəhrayıdır. Meyvəsi çox xırda, unlu, qırmızı və ya qara, 2-4 toxumlu almadır. Quraqlığa davamlıdır. Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir. Canlı hasarların tərtibatında, yamacların bərkidilməsində, meşə-bağlarda peyvənd kimi istifadə edilir.
Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Şərqi Sibirdə (Altay dağları) yayılmışdır. Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.
Qafqaz dovşanalması
Qafqaz dovşanalması (lat. Cotoneaster transcaucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Zaqafqaziyada, Qafqazda təbii halda rast gəlinir. 3 metr hündürlüyü (9,8 fut) olan növdür. Meyvəverən budaqları 25-40 mm-dir (0,98-1,57 dyum). Yarpaqları sadə, növbəli, saplaqlı və bütövdür. Beş, ulduzvari çiçəkləri vardır. Kol günəşli və yarımkölgəli yerə, orta miqdarda nəmişli, qumlu-gillicəli və ya gillicəli torpağa üstünlük verir. Quru, çılpaq qayalarda yaxşı bitir. Soyuğa, quraqlığa davamlı və işıqsevən bitkidir.
Qaya dovşanalması
Qaya dovşanalması (lat. Cotoneaster saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2abc+3c. Azərbaycanın nadir növüdür. Hündürlüyü 1,5-1,75 m, alçaqboylu koldur. Yarpaqlar 9–20 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri-müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir.
Sallaq dovşanalması
Sallaq dovşanalması (lat. Cotoneaster nitens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Cənubi-Şərqi Çində yayılmışdır. Hündürlüyü 1,5 m olan, sallaq budaqlı koldur. Nazik budaqları tund qəhvəyi rənglidir. Yarpaqları dairəvi, iti uclu, 1-3 sm uzunluğunda, 1-1,5 sm enindədir, parlaq tünd yaşıldır. Çiçəkləri mürəkkəb qalxıncıqlara toplanmışdır, çəhrayı rənglidir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir, al-qırmızıdır. Toxumla çoxaldılır. Torpaq-iqlim şəraitinə davamlıdır.
Salxımçiçək dovşanalması
Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır. Cotoneaster fontanesii Spach Cotoneaster fontanesii var. desfontainii Regel Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz. Cotoneaster racemiflorus var. desfontainesii Zabel Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
Simonsi dovşanalması
Simonsi dovşanalması (lat. Cotoneaster simonsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Orta Asiyada, Zaqafqaziyada və Krımda yayılıb. Hündürlüyü 10 m-ə çatan, şarşəkilli çətir olan bitkidir. Gövdəsinin qabığı tünd-qonur və xüsusi qoxuya malik alçaqboy ağac, bəzən koldur. Yarpaqları yumru, üst səthi parlaq, açıq-yaşıl, alt səthi sarımtıl tüklüdür, uzunluğu 9 sm-dir. Çiçək tacı ağ, diametri 1,5 sm, uzunluğu 7,0 sm olan salxımlara yığılmışdır. Yetişmiş meyvələri qara rəngli, diametri 1 sm-ə yaxındır. Ağac 9 illiyində çiçəkləyir və meyvə verir. Quraqlığa davamlı, işıqsevən bitkidir.
Söyüdyarpaq dovşanalması
Söyüdyarpaq dovşanalması (lat. Cotoneaster salicifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Çinin qərbində, Avropada təbii halda bitir. Hündürlüyü 5 m-əqədər, sallaq budaqlı, həmişəyaşıl koldur. Yarpaqları neştərvari-ellipsvari və ya uzunsov-ellipsvaridir, ucu itidir, uzunluğu 3-8 sm, eni isə 2 sm-dir. Üst səthi tünd yaşıl rəngli, qırışlıdır. 30-100 ədəd ağ rəngli çiçəkləri, diametri 3-5 sm olan qalxanvari çiçək qrupunda yerləşir. Vegetasiyası aprel ayından başlayaraq oktyabr ayına qədər davam edir. May ayında çiçəkləyir, meyvəsi sentyabrda yetişir və şaxtalara qədər kolun üzərində qalır. Meyvələri yumru formalı, alqırmızı rəngli, 0,5 sm uzunluqda olub, 2-3 toxumludur.
Sıх dovşanalması
Xırdayarpaq dovşanalması
Xırdayarpaq dovşanalması (lat. Cotoneaster microphyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Himalayda yayılmışdır. Hündürlüyü 50-100 sm-dək, diametri 3 m-dək olan həmişəyaşıl yarımkoldur. Zoğları tükcüklüdür. Yarpaqların uzunluğu 0,6-0,8 sm, yumurtavaridən əks-yumurtavariyədək, ensiz bünövrəli, ucu yumru və ya oyuqlu, möhkəm, dərili, üstü parlaq, sıx yaşıl, alt tərəfi ağımtıl və ya bozumtuldur. May-iyunda çiçəkləyir. Çiçəklərin diametri 0,8 sm, ağ, əsasən tək, bəzən 2-4 ədəd qalxanvari dəstələrə yığılmışdır. Meyvələri sentyabrda yetişir, diametri 0,6 sm, şarşəkillidir. -290C-dək şaxtaya davamlıdır.
Zabel dovşanalması
Zabel dovşanalması (lat. Cotoneaster zabelii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbii halda Mərkəzi Çində yayılmışdır. Hündürlüyü 2 m çatan koldur. Budaqları tünd, qırmızı, qonur rənglidir. Yarpaqları tünd yaşıl rəngli, dəyirmi formalıdır. Üçkünc kasayarpaqlarının uzunluğu 1-2 sm, eni isə 1-2,5 mm-dir, ucu kütdür. Ləçəkləri çəhrayı rənglidir, diametri 2-3 mm, ucu kütdür. Erkəkcikləri 18-20 ədəd olub, ləçəklərdən qısadır. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.
Çoхçiçəkli dovşanalması
Çəhrayı dovşanalması
Çəhrayı dovşanalması (lat. Cotoneaster roseus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbii halda Pakistanda, İranda, Hindistanda daşlı-qayalı sahələrdə yayılmışdır. Kolun hündürlüyü 2 m-dək, seyrək çətirli və elastik, qonur, parlaq zoğludur. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 5 sm-dəkdir. Çiçəkləri şaxələnmiş ləçəkli, çəhrayı, sıx qalxanlarda yerləşir. Meyvələri tutqun qırmızı, 7 mm-dək, çəyirdəkləri 2-dir. Çəhrayı dovşanalması hər il may-iyunda çiçəkləyir, sentyabrda meyvə verir, toxumlarını özü səpir. Uzunömürlüdür, 30–40 il yaşayır. Soyuğa və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar deyil.
Franşe dovşanalması
Franşe dovşanalması (lat. Cotoneaster franchetii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Qərbi Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m olan və ildə təxminən 15 sm boy atan koldur. Yarpaqları qalın, 2-3 sm uzunluğunda, parlaqdır, aşağı hissədə sıx sarımtıl tükcüklərlə örtülmüşdür. İyulda çiçəkləyir. Meyvələri oktyabr ayında tam yetişir, çoxtoxumlu, yumurtavari formalı, narıncı-qırmızı rənglidir, uzunluğu 5-7 mm-dir. Mülayim keçən qışda giləmeyvələri kolların üzərində yaza qədər qalır. == Ekologiyası == İsti, günəşli yerlərdə yaxşı bitir. Kəskin keçən qışdə kök boğazına qədər donur.
Göyümtülyarpaq dovşanalması
Göyümtülyarpaq dovşanalması (lat. Cotoneaster glaucophyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Cavan budaqları tükcüklü, qabığı qırmızı-qəhvəyi rənglidir. Yarpaqları ellipsvari uzunsov, 2-6 sm uzunluğunda, 1,5-3 sm enindədir. Üst səthi tünd-yaşıl rəngli, parlaq, alt səthi isə göyümtül tükcüklüdür. Yarpaq saplağı 3-6 mm uzunluğundadır. Çiçək salxımı 4-5 sm diametrində olub, 9-13 ədəd çəhrayı-bənövşəyi çiçək qrupundan təşkil olunmuşdur. May ayında çiçəkləyir, toxumları noyabr ayında yetişir.
Sıx dovşanalması
Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbii şəraitdə Çinin qərb rayonlarında bitir. 1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir.
Xoşiyli dovşanalması
Xoşiyli dovşanalması (lat. Cotoneaster suavis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Vətəni Şərqi Sibirdir. Hazırda "Qırmızı kitab"a salınmışdır. Parlaq dovşanalması həmişəyaşıl koldur. Budaqları düz dayanandır. Bir il ərzində 2 m-dək böyüyür. Yarpaqlar sıx, yaşıl rəngli, payızda al-qırmızı olur, uzunsovdur. Çiçək qurupları çəhrayı, kiçik, bir saplaqda 5-8 çiçək olur. Çiçəkləmə mayın axırları başlayır və iyunun ortalarınadək davam edir.
Çoxçiçəkli dovşanalması
Çoxçiçəkli dovşanalması (lat. Cotoneaster multiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbii halda Qafqaz, Orta Asiya, Qərbi Sibir və Qərbi Çində bitir. Hündürlüyü 3 m olan koldur. Cavan budaqları nazik, tüklü olub, aşağıya doğru əyilir. Enli yumurtavari yarpaqlarının uzunluğu 5 sm-dir, yazda gümüşü-boz, yayda tünd yaşıl, payızda isə tünd qırmızı rəngdə olur. 6-20 ədəd iri ağ çiçəkləri qalxanşəkilli çiçək qrupuna yığılmışdır. Çiçəkləmə may ayında başlayır və 16-25 günə qədər davam edir. Bu dövr bitki çox gözəl görünür. Meyvələri avqustda yetişir.
Dovşanalması
Dovşanalması (lat. Cotoneaster) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Tamkənaryarpaq dovşanalması
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir. Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır.
Üfüqi dovşanalması
Üfüqi dovşanalması (lat. Cotoneaster horizontalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Cotoneaster acuminatus var. prostratus Hook. ex Decne. Cotoneaster davidianus hort. ex Dippel Cotoneaster horizontalis var. horizontalis horizontalis Diospyros chaffanjonii H.L‚v. Təbii şəraitdə Krımda, Qafqazda, Sibirdə, Orta və Mərkəzi Avropada, Monqolustanın şimalında, Himalayda, Çində yayılmışdır. Hündürlüyü 2-3 m-ə çatan, dəyirmi çətirli, yarpağını tökən, çox budaqlı koldur.
İtiucluyarpaq dovşanalması
İtiucluyarpaq dovşanalması (lat. Cotoneaster acutifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Vətəni Şərqi Sibir, Şimali Çindir. Hündürlüyü 3 m-ə çatan, yarpağı tökülən koldur. Çətiri yumru, bəzən şaxələnmişdir, budaqları möhkəmdir. Vegetasiya müddətində sürətlə böyüyür. Hündürlüyə və eninə illik boy artımı 30 sm-dir. Yarpaqları yumurtavaridir, yazda və yayda tünd yaşıl rəngli, payızda alqırmızı rəngli olub, diametri 2-dən 6 sm-ə qədərdir. İyun ayının əvvəlindən iyul ayının əvvəlinə qədər çiçəkləyir. Çiçəkləri hamar, yumru, çəhrayı rəngli olub, 0,7 sm uzunluqdadır.
Göyümtül yarpaq dovşanalması
Qara meyvəli dovşanalması
Qara meyvəli dovşanalması (lat. Cotoneaster melanocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Çində, Yaponiyada, Monqolustanda, Rusiyada, Avropada 700-2600 m hündürlükdə qayalarda, meşələrdə təbii halda yayılmışdır. Hündürlüyü 2 m-dək olan koldur. Yarpaqları sadə, növbəli, kənarları bütöv, üstü tünd yaşıl və alt tərəfi ağımtıl tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı, sallaq salxımlarda, çiçək saplağı tükcüklüdür. Meyvəsi şarşəkilli, qara, 2-3 çəyirdəkli, unlu, qara, yetişdikdən sonra uzun müddət bitkidə qalır. Meyvələri sentyabr-oktyabrda yetişir. Dovşanalması toxum, qələm, zoğlarla çoxalır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Xoş iyli dovşanalması