Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kressel
Kressel (fr. Creissels, oks. Creissèls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12084. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1486 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına (Rokfor və Peray pendirlərinin istehsalı üçün südlü qoyun yetişdirirlər), həmçinin kənd turizminə əsaslanır.
Pressen
Pressen (fr. Pressins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38323. Kommunanın 1999-cu il üçün əhalisi 832 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 262 ilə 532 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Bernd Drexsel
Bernd Drexsel (28 Oktyabr 1953 – 21 Yanvar 2017) — 1972 Yay Olimpiya Oyunlarında iştirak edən Almaniyalı güləşçi. Drexsel Almaniyanın Karl-Marks-Stad şəhərində anadan olmuşdur.
Kressen-Roşfor
Kressen-Roşfor (fr. Cressin-Rochefort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01133. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 374 nəfər təşkil edirdi.
Hersşprunq-Ressel
Hersşprunq-Ressel diaqramı-Spektr-işıqlıq diaqramı XX yüzilliyin əvvələrində artıq yüzlərlə ulduzun illik parallaksı, başqa sözlə bu ulduzlara qədər məsafə məlum idi. Odur ki, həmin ulduzların görünən ulduz ölçülərini bilməklə onların mütləq ulduz ölçüləri, mütləq ulduz ölçüləri bilməklə ulduzların işıqlıqlarını, nəhayət, spektral sinifləri, yaxud effektiv temperaturları təyin edilmişdi. Bütün statistik məlumatlar əsasında XX yüzilliyin 5–13-cü illərində danimarkalı astrofizik Hersşprunq və amerikalı astrofizik Ressel ulduzların işıqlığı ilə onların spektral sinifləri arasında maraqlı əlaqə olduğunu müəyyən etmişlər. Bu aslılıq "spektr-işıqlıq" diaqramı, yaxud Hersşprunq-Ressel (H.-P.) diaqramı adlanır. Hersşprunq diaqramda baş ardıcıllıq və ondan altda cırtdan ulduzları yerləşdirmiş, Ressel isə sonra üstdəki ulduzları diaqrama əlavə etmişdir. Sonralar "spektr-işıqlıq" diaqramı təkmilləşdirilmiş, sol və sağ ordinat oxunda işıqlıq və mütləq ulduz ölçüsü, alt və üst absis oxunda isə spektral siniflər (yaxud əsas rəng göstəricisi) və effektiv temperatur olmaqla diaqramda ulduzların vəziyyəti müəyyən edilmişdir.
Dress-kod
Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması. = Tarixçə = "Dres-kod" termini ilk dəfə Böyük Britaniyada işlənib. Bu termin tez bir zamanda bütün dünyaya yayıldı. Şəxsin müəyyən bir peşə qrupuna aid olduğunu göstərmək üçün istifadə edilir. = Kodlar = Court dress — müvafiq saray tərəfindən diktə edilən saray geyimi. Formal (Full formal, Full dress, Formal attire) — qadınlar üçün bal paltarı, kişilər üçün ggündüz Morning dress açıq frak və yaxud kostyumla açıq jilet və qalstuk, axşam isə White tie - qara frak və ağ kəpənək. Semi-formal (Smoking, Le Smoking) — qadınlar üçün koktey geyimləri (gündüz) və gecə paltarları (axşam), kişilər üçün isə tünd kəpənəklə smokinq. Informal (Cocktail (old-shttp://az.wikipedia.org/w/index.php?title=Dress-kod&action=edittyle) or Business attire) — rəsmi geyim. Smart casual (Business casual (old-style), Cocktail (new style), Executive Casual, Corporate Casual) — qadınlar üçün cins, bluza ilə yubka, tərzdən asılı olaraq kəmər, pencək, gödəkçə və sviter.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Fren Dreşer
Frensin Coy Dreşer (ing. Francine Joy Drescher; 30 sentyabr 1957, Kuins, Nyu-York) — ABŞ aktrisası və yazıçısı. 1993-cü ildə "The Nanny" serialında rol aldı. Fren Fayn rolu ilə 2 dəfə Emmi mükafatına və bir dəfə Qızıl qlobusa namizəd göstərildi.