Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ducke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Duker
Duker (lat. Cephalophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Diana Duraeş
Diana Marqarida Duraeş (d. 8 iyun 1996, Fafi[d]) — Portuqaliyalı üzgüçü. Diana Duraeş Portuqaliyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib. == Karyerası == Diana Duraeş birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:01.48 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 26-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi. Bu nəticə ilə o, 200 m sərbəst stildə Portuqaliya rekordunu yeniləmişdir.
Mikania duckei
Mikania duckei (lat. Mikania duckei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Adolf Dukke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Alnıqara duker
Alnıqara duker (lat. Cephalophus nigrifrons) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Göy duker
Ken Duken
Ken Duken (alm. Ken Duken‎; doğ. 17 aprel 1979) - Almaniyalı kino aktyor. == Bioqrafiya == Ken Duken keçmiş AFR-ın Haydelberq şəhərində anadan olmuşdu. O film və teatr aktrisası Kristiane Löbün üçüncü uşağıdır; onun atası həkimdir. Duken heç vaxt drama məktəbində iştirak etmirdi, lakin buna baxmayaraq, o Ceyms Reynolds da daxil olmaqla bir sıra drama kurslarını keçmişdir. Aktyor başlanğıcda "Der Besuch der Alten Dame" (Yaşlı xanımın səfəri), "Montevideo Das Haus" (Montevideo evi) kimi pyes və o cümlədən Uilyam Şekspirin müxtəlif teatr rollarında oynamışdır. Televiziyada aktyor qismində Ken, Nadya Ul və Daniel Brül ilə yanaşı Blutiger Ernst adlı cinayət filmində debüt rol almışdır. == Karyera == Ken Dukenin film ekranlarında ilk böyük rolu Franka Potente və Hayner Lauterbax ilə birlikdə rejissor Fridemann Frommun 1999-cu ildə çəkdiyi Schlaraffenland (Süd və Bal diyarı) filmində oynamışdır. Həmin il o alman Film mükafatı üçün namizəd olan Migel Aleksandrenin Gran Paradiso dram filmində oynayır.
Mukeş Ambani
Mukeş Ambani (ing. Mukesh Ambani, hind मुकेश अंबानी; d. 19 aprel 1957, Aden, Yəmən) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin səhmdarı. == Həyatı == Mukeş Ambani 19 aprel 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub. Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, böyük oğlu olan Mukeşə yüksək təhsil verir. Mukeş, Mumbay Universitetində tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Stenford Universitetində magistr dərəcəsinə yiyələnir, amma insult keçirmiş atasının xəstəliyi səbəbindən Mukeş təhsilini yarımçıq buraxib Mumbaya qayıdır və "Reliance Industries Ltd"də işə başlayır. Həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi, lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir. Şirkətdə 50 yeni istehsal müəssisəsi yaradır.
Qara duker
Qara duker (lat. Cephalophus niger) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Sarıbel duker
Sarıbel duker (lat. Cephalophus silvicultor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Türkeş
Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 403 nəfərdir. == Toponimikası == VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.
Hirş-Dunker həmkarlar ittifaqları
Hirş-Dunker həmkarlar ittifaqları — Burjua proqressist partiyasının xadimlərindən M. Hirş və F. Dunker tərəfindən 1868-ci ildə yaradılmış Almaniya reformist həmkarlar ittifaqı təşkilatılarıdır. Hirş-Dunker həmkarlar ittifaqlarının təşkilatçıları əmək və kapital mənafeyinin "ahəngdarlığı ideyasını təbliğ edir, ittifaqlara fəhlələrlə yanaşı kapitalistlərin də qəbul olunmasını mümkün sayır, tətil mübarizəsinin məqsədəuyğunluğunu inkar edirdilər. Onlar belə bir iddia irəli sürürdülər ki, kapitalizm cəmiyyəti çərçivəsində burjua dövlətinin qanunvericiliyi vasitəsi ilə, həmkarlar təşkilatının köməyi ilə fəhlələri kapital zülmündən xilas etmək mümkündür; onlar həmkarlar ittifaqlarının başlıca vəzifəsini fəhlələrlə sahibkarlar arasında vasitəçilik etməkdə və pul toplamaqda görürdülər. Hirş-Dunker həmkarlar ittifaqlarının tətillərə mənfi münasibəti bu həmkarlar ittifaqlarını ştreykbrexer təşkilatlarına çevirirdi; onların fəaliyyəti başlıcxa olaraq qarşılıqlı yardım kassaları və mədəni-maarif təşkilatları çərçivəsi ilə məhdudlaşırdı. 1933-cü ilin mayınadək mövcud olmuş Hirş-Dunker həmkarlar ittifaqları burjuaziyanın bütün səylərinə və hökumət orqanlarının köməyinə baxmayaraq heç bir zaman Almaniya fəhlə hərəkatında ciddi qüvvə olmamışdır. 1933-cü ildə Hirş-Dunker həmkarlar ittifaqlarının opportunist xadimləri faşist "əmək cəbhəsinə" daxil oldular. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilbda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 155.
Kukes
Kukes (alb. Kukësi) — Albaniyada şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 16,719 nəfər olmuşdur. == İdman == "Kukesi" futbol klubu bu şəhəri təmsil edir. Klub ev oyunlarını Kukesin 5000 tamaşaçı tutumuna malik "Zekir Emeri" stadionunda keçirir.
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Əzizov (1995-2014).
Ülkəş
Ülkəş (fars. الكش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (18 ailə).
Alparslan Türkeş
Alparslan Türkeş (25 noyabr 1917, Nikosiya, Nikosiya rayonu[d] – 4 aprel 1997, Ankara) — Türk hərbçi, siyasətçi, Milliyətçi Hərəkat Partiyasının qururcusu və ilk sədri. == Həyatı == Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Lefkoşada dünyaya gəlmişdir. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşda almışdır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Refik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur. 1997-ci ildə Ankarada vəfat etmişdir. == Hərbi fəaliyyəti == === Erkən fəaliyyəti === 1944-cü ildə baş leytenant Türkeş, Nihal Atsız və Nejdət Sancarla birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur.
Toğrul Türkeş
İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir. == Fəaliyyəti == Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, Çili və Argentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub..
Türkeş dağı
Türkeş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1409,2 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-qapısı qolunun şərq istiqamətli şaxəsi olan Girdəsər silsiləsinin suayırıcısında zirvə. Türkeş kəndindən 1 km cənub-şərqdədir. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulması keçir.
Türkeş nekropolu
Türkeş nekropolu — Şahbuz rayonunun Türkeş kəndindən şərqdə, yolun kənarında arxeoloji abidə. == Tarixi == Nekropol su kəməri çəkilərkən dağıdılmışdır. Qəbirlər daşqutu tiplidir. Onların yanları yastı sal daşlarla qurulmuş, üstü isə eyni tipli daşlarla qapadılmışdır. Qəbirlərin içərisində çürümüş skelet qalıqlarının olduğu müəyyən edilmişdir. Nekropoldan aşkar edilən keramika məmulatı 1–2 əsrlər üçün xarakterikdir.
Türkeş qəbiristanlığı
Türkeş qəbiristanlığı — Şahbuz rayonunun Türkeş kəndindən qərbdə arxeoloji abidə. Qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Yalnız baş daşıları salamat qalmışdır. Başdaşları olduqca müxtəlif formalıdır. Onlardan birinin insan fiquru formasında hazırlanması olduqca diqqət çəkicidir. Bəzi baş daşlarının ön tərəfi taxça şəklində oyulmuş və ərəb əlifbası ilə kitabə yazılmışdır. Bəzi baş daşlarının arxa tərəfində də kitabələrə rastlanır. Qəbiristanlığın şərq qurtaracağında boz rəngli tuf daşından yüksək sənətkarlıqla hazırlanmış bir daş qoç vardır. Onun üzərində xəncər təsvir edilmiş və ərəb əlifbası ilə kitabə həkk edilmişdir. Qəbiristanlığı XVI–XX əsrlərə aid etmək olar.
İvan Duke Markes
İvan Duke Markes (isp. Iván Duque Márquez; 1 avqust 1976, Boqota) — Kolumbiyanın hazırkı Prezidenti vəzifəsini icra edən kolumbiyalı siyasətçi və vəkil. 1.7 milyona yaxın venesuelalı miqranta ölkəsində müvəqqəti oturum statusu verməsi dünya liderləri tərifindən alqışla qarşılandı. COVID-19 pandemiyası dövründə pisləşən tendensiya vəzifədə olduğu ilk ildə yoxsulluq və iqtisadi bərabərsizliyi artdı. Dukenin MQO ilə sülh danışıqlarını davam etdirməməsi müxalifət partiyaları və ictimaiyyət tərəfindən tənqid edildi. Yaranan 2020 Boqota etirazlarına və davam edən ölkə miqyaslı etiraz aksiyalarına polisin verdiyi cavab təxminən 60 şəxsin ölümü və 2.100 şəxsin yaralanması ilə yekunlaşdı. == Həyatı == Duke Kolumbiyanın paytaxtı Boqota şəhərində zəngin siyasətçi ailəsində anadan olub. Dukenin Andres və Mariya Paula adlı iki qardaşı var.Duke Roçester Kollecinə yazıldı və 2000-ci ildə Boqotada Serxio Arboleda Universitetindən hüquq məzunu oldu. Amerika Universitetində beynəlxalq iqtisadi hüquq ixtisası üzrə lisenziya və Corctaun Universitetində dövlət siyasəti idarəetmə üzrə magistr dərəcəsini alıb.Peşə fəaliyyətinə 1999-cu ildə And İnkişaf Korporasiyasında məsləhətçi kimi başlamış və daha sonra Andres Pastrana hökuməti dövründə Kolumbiya Maliyyə və Dövlət Kredit Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır. Daha sonra, gələcək prezident və Maliyyə Naziri Xuan Manuel Santos tərəfindən 2001–2013-cü illərdə Kolumbiya İnter-Amerika İnkişaf Bankında nümayəndələrindən biri olaraq təyin edildi.
Dudə
Dudəhə (fars. دودهه‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.Əhalisi Qəzvin ostanının çoxlu bşaq bölgəri olduğu kimin azərbaycan türklərindən ibarətdir.
Duks
Duks (lat. ducere sözündən götürülmüşdür, "başçı, rəhbər" mənasını daşıyır.) Qədim Romada dövlət titulu, legion ordu hissəsinin başçısı, əmr sahibi.
Duşes limonadı
Duşes limonadı — açıq sarı rəngli alkoqolsuz güclü karbonatlaşdırılmış tonlayıcı içki. Tərkibindəkilər əsasən limon suyu, şəkər və karbon qazıdır. Əsasən duşes armudundan istifadə edilir. Duşes armudu ona bir az büzüşümlü turşuluq, tonlayıcı təsir, güclü aroma və şirin dad verir. == Haqqında == SSRİ-də məşhur içki "Duşes" tonlayıcı qazlı içkilərin arasında birinci yeri tutmuşdur. Gürcüstan, Ermənistan və Krımda hazırlanan şərbətlər duşes limonadındada işlədildikdən sonra 1930-cu ildə istehsala buraxılmışdır. İstehsala buraxıldıqda 0,5 litrlik şüşələrdən istifadə edilirdi. 1 ədədinin dəyəri 10 qəpik idi.Sovet İttifaqının dağılmasından bəri, indi bu içkilərin "Duşes" markası altında analoji məhsullar Rusiyada alkoqolsuz içkilər istehsal edən bir sıra müəssisələrdə müxtəlif şüşə və plastik konteynerlərdə istehsal olunur == İstinadlar == === Mənbə === Игристый лимонад со вкусом и ароматом груши «Дюшес» разлили по бокалам эксперты «Литера» "Доверяй, но проверяй": лимонад "Дюшес" Кто придумал лимонад, или Краткая история газировки Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine Волшебные пузырьки. Настоящая газировка с годами не меняется Советский лимонад, он вкусный самый!
Düdən gölü
Düdən gölü (türk. Düden Gölü) və ya Kulu gölü (türk. Kulu Gölü) ― Türkiyənin Konya ilində acı göl. Düdən gölü Tuz gölünün 5 kilometr (3.1 mil) şimal-qərbində, Konyanın Kulu şəhərindən 950 metr (3,120 ft) şərqdə yerləşir. 860 hektar ərazini əhatə edən dayaz gölün suyu acıdır. Göl əsasən qərbdən Kulu və Değirmengözü krikləri ilə qidalanır. Göldən çay başlamır. Düdən gölünün qidalanmasında ətrafındakı bulaqlar da rol oynayır. Göldə doqquz adacıq var. Gölün cənubundakı "Kiçik Göl" (türk.
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.