Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edafik
== Edafik amillər == Edafik amillər- canlı orqanizmlərin həyatına və yayılmasına təsir göstərən torpaq şəraiti. Torpağın su, hava və temperatur rejimi, onun kimyəvi tərkibi və strukturu edafik amillərə daxildir. == Edafik faktor == Edafik faktor-torpağın xüsusiyyətləri ilə təyin olunan faktor. == Edafik faktorlar == Edafik faktorlar-canlı orqanizmlərin həyatına və yayılmasına təsir göstərən torpaq şəraiti. Aşağıdakılara bölünür: kimyəvi-torpağın reaksiyası, duz rejimi (faydalı və zərərli duzlar), torpağın elementar ümumi tərkibi, torpağın uducu kompleksi və udma qabiliyyəti; fiziki xassələri su, hava və istilik rejimi, torpağın sıxlığı, mexaniki tərkibi, strukturu, rəngi, qalınlığı, qrunt suyunun dərinliyi, ana süxurun xarakteri;torpaqda bioedafik-torpaqda olan bitki və heyvan orqanizmləri. Edafik faktorlar bitki örtüyünün xarakterinə təsir göstərir, bu baxımdan bitkiləri spesifik ekoloji qruplara bölünür: kalsiyefil, kalsiyefob, holofit, hipsofit, psammofit, litofit və s. == Edafik irq == Edafik irqsubstrat (torpaq) faktorlarının təsiri altında xüsusiyyətlər yaranan irq. == Edafik klimaks == Edafik klimaks-pedoklimaks -iqlim və təkamül səbəblərindən başqa ekosistemin son (final), nisbi davamlı inkişaf fazası, həmçinin torpaq şəraiti ilə müəyyən edilir (nəzarət edilir). == Edafik klimaks == Edafik klimaks (pedoklimaks) - 1) bitki örtüyünün «final», nisbətən davamlı inkişaf fazası; iqlimlə yanaşı, həmçinin torpaq bitmə şəraitini (çökək yerlərdə izafi rütubətlənmə, daşlılıq dərəcəsi və s.) ilə müəyyən edilir. == Effektli doza == Effektli doza-ionlaşdırıcı gücə malik şüalanma, insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya həssaslığını nəzərə almaqla şüalanmanın mənfi təsirinin mümkün risk dərəcəsini və nəticələrini ifadə edir.
Edafon
Edafon — torpaq orqanizmlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Trafik
Trafik (ing. traffic) — hərəkət, nəqliyyat, ticarət. Trafik müxtəlif sahələr üçün olur: Konpyuter texnikasında Trafik — informasiyanın həcmi. Trafik verilənləri — kompüter sistemi vasitəsilə ötürülən və müvafiq rabitə zəncirinin tərkib hissəsi olan kompüter sistemlərində yaradılan informasiya ilə əlaqəli olan və informasiyanın mənbəyi, təyinatı, marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı və ya əsas xidmətin növünü göstərən kompüter verilənlərini nəzərdə tutur.Kompüter şəbəkəsində Trafik — müraciətlərin və ya sorğuların sayı.Nəqliyyatda Trafik — yol hərəkətinin intensivliyi.Filmlər Trafik (film, 2000) — 2000-ci ilin filmi.Mahnılar Trafik (Zemfira) — Zemfiranın ifasında mahnı. Trafik (CENTR) — CENTR qrupunun ifasında mahnı.
Hafik
Hafik (türk. Hafik) — Sivas ilinin ilçəsi.
Rafik
Rafik — Kişi adı. Rafik Zexnini — peşəkar Norveç futbolçusu. Rafik Məmmədov — Texnika üzrə fəlsəfə doktoru. Rafik Məmmədov (coğrafiyaçı) — Rafik Əl-Həriri —DigərRafik (Xaybulla) — Xaybulla rayonunda kənd.
Qrafik dizayn
Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal, reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir. Qrafik dizaynerlər fikir və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər. == Tarixi == Qrafik dizayn tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir, qədim Çin, Misir və Yunanıstandakı əlyazmalar qrafik dizaynın keçmiş formasının bariz nümunələrdir. XV əsrdə çap və kitab istehsalı inkişaf etdikcə sonrakı dövrlərdə müxtəlif yeni yazı tipləri və kompozisyalarla qrafik dizaynda da irəliləyişlər oldu. XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini təşkil edən art direkotrlar işə götürdülər. Nəhayət, 1922-ci ildə tipoqraf William A. Dwiggins inkişaf etməkdə olan sahəni müəyyənləşdirən bir qrafik dizayn hazırladı. XX əsrdə dizayn üçün bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi. == Tətbiq sahələri == Qrafik dizaynerlər bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələr vardır ki, bu sahənin inkişafında qrafik diaynerlərin rolu birinci dərəcəlidir. İnternet və çap dünyasında ixtisaslı qrafik dizaynerlərə böyük imkanlar var və bu sahələr iqtisadiyyatın ən sabit və ənənəvi sektorlarıdır. Bu sahələr: İnternet və proqram təminatı kompaniyaları; Reklam agentlikləri; Televizya studiyaları və video kompaniyalar; Korporativ brending və konsultasiya kompaniyaları.
Qrafik format
Qrafik fayl formatlari-Görüntünü ötürmək və ya fayl şəklində saxlamaq üçün müəyyən formatlar yaradılmışdır.BMP,PCX,PNG,TİFF,GİF və ən populyar JPEG. == BMP == BMP(ing."Bit MaP-bit xəritəsi")-Microsoft şirkətinin Windows əməliyyat sistemi üçün əsas formatdır.Çünki bu sistemin daxili formatına daha çox uyğun gəlir. Burada massivin indeksi -palitranın rənginin nömrəsi onun məzmunu isə-rəngi üç əsas komponentin parlaqlıq dərəcəsinə görə təsvir edən üç ədəddir.R/G/B(red/green blue) == PCX == PCX - ZSoft firması tərəfindən hazırlanan və Microsoft şirkətinin MS-DOS əməliyyatlar sistemindəki PC Paintbrush proqramı üçün istifadə edilən standartdır.Lakin PSX formatı Bmp qədər populyar ola bilmədi.Xüsusi qrafik redaktorlar-Corel Draw Ulead Photo express Adobe Photoshop bu formatı dəstəkləyir. == GIF == GIF(ing.Graphics İnterchange Format-qrafik mübadilə formatı) ilkin olaraq CompuServe şəbəkəsi üçün nəzərdə tutulmuşdu.GİF-də qrafik informasiya bir-birinin ardınca gələn bloklardan ibarətdir. Gif fayllarının çatışmayan cəhətləri rəng dərinliyinin çox olmamasıdıir.(cəmi 256 rəng) ve rastr massivinin verilənlərinin LZW qapalı alqoritminin sıxılmasını göstərmək olar.
Qrafik planşet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik primitiv
Qrafik primitiv (ing.graphics primitive, ru.графический примитив) — kompüter qrafikasında: mətn simvolu, qövs, sınıq xətt kimi çəkilmiş element; belə elementlərin kombinasiyasından görüntü qurmaq olar. Qrafik primitiv bir tam kimi çəkilir və emal edilir. Avtomatlaşdırılmış layihələndirmə proqramlarında (CAD) nöqtələr, xətlər, qövslər, mətn və analoji elementar strukturlar, adətən, obyektlər (ENTITY) adlanır. Belə obyektləri həm proqram təminatının hazır funksiyalarının köməyilə, həm də istifadəçinin yaradıcılığının məhsulu olaraq müstəqil yaratmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik prosessor
Qrafik Prosessor Modulu — Qrafik generasiya vahidi ya da qısaca GPU (GPU – (ing. graphics processing unit) fərdi kompüter, iş stansiyaları və ya oyun konsollarında qrafik yaradılması üçün istifadə cihazıdır . Müasir GPU-lar kompüter qrafikalarını emal etməkdə və görüntüləməkdə son dərəcə məhsuldardır və yüksək paralel strukturlarını kompleks alqoritmlər üçün CPU-dan daha təsirli edər. GPU ekran kartının üstündə ola biləcəyi kimi ana plataya bağlanmış halda da ola bilər. Qrafik prosessor – (ing. graphics processor, ru. графический процессор == Xüsusi qrafik kartları == GPU'ların ən qüvvətli tipi olub, ümumiyyətlə anakart üstündəki PCI Express (PCIe) ya da Accelerated Graphics Port (AGP) kimi genişləmə slotlarına taxılır və bu sayədə asanlıqla son versiyası ilə dəyiştirilə bilər. Nvidianın SLI ya da AMD CrossFire texnologiyası birdən çox qrafik kartının eyni anda istifadə əməliyyat gücünün artırılmasına imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qrafik redaktorlar
Qrafik redaktorlar — informatikanın xüsusi bölməsi olub yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək üçün istifadə edilir. Belə proqramlara Paint, Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel DRAW, Macromedia Flash, Paint.net ,Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompüterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır.Qrafik redaktorlar üç qrupa bolünürlər: rastr (piksel), vektor və fraktal. == Rastr qrafika == Rastr qrafika, başqa sözlə piksel qrafikası şəkillərin skanerləşdirilməsi, rəqəmli fotoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastr qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastr qrafika termini İngilis dilində "Bitmap-qrafika" termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastr qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir. Rastr təsvirlərin mənfi cəhəti kompüterin yaddaşında iri həcmli yer tutmasıdır, bu da təsvirin hər bir nöqtəsinin yaddaşda özünəməxsus həcm ayırması ilə izah olunur.
Qrafik rejim
Qrafik rejim - (ing. graphics mode, rus. графический режим) - IBM PC-uyumlu kompüterlərdə: displeyin ekranında xətlərin və simvolların piksel-piksel çəkildiyi iş rejimi. Qrafik rejimdə görüntülər ekranda ayrı-ayrı nöqtələrdən qurulduğundan o, mətn rejiminə (TEXT MODE) nisbətən geniş rəsm imkanları verir. Belə ki, siçanın göstəricisi, sadəcə, yanıb-sönən düzbucaqlı və ya cizgi şəklində deyil, ox və ya başqa formada ola bilər; bundan başqa, yarımqalın və ya kursiv atributlu simvolları şərti işarələrlə (altdan işıqlanma, altdan xətçəkmə və ya hərfin rəngini dəyişdirmə) deyil, onların çapda görsənəcəkləri şəkildə göstərilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik reqressiya
Qrafik reqressiya — statistik proqnozlar qrafik reqressiyanın köməyi ilə də verilə bilər. Bu zaman prediktor ədədi qiymətlə və ya keyfiyyət xarakterli göstəricilərlə verilə bilər. Bu üsul təcrübədə geniş şəkildə istifadə olunur. Burada X3 predikantı, X1 və X2 prediktorlarının funksiyaları kimi verilir. Qrafik reqressiya üsulunun mənfi cəhəti bu üsulun subyektiv xarakter daşımasıdır. Məlumdur ki, izoxəttlər nə qədər sadə olsa, götürülən kəmiyyət daha da statistik cəhətdən yararlı sayılır. Qrafik reqressiya üsulunun köməyilə hesablamalar sadələşdirilir və gözlənilən kəmiyyətin alınması sadələşir.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik roman
Qrafik roman — komik kitab formatlarından biridir . Bu, süjetin rəsmlər vasitəsilə çatdırıldığı, mətnin köməkçi rol oynadığı həcmli bir romandır . Bu termin tez-tez komiks yazıçıları tərəfindən işlərini vaxtaşırı nəşr olunan kiçik formatlı komikslərdən fərqləndirmək üçün istifadə olunur. Məzmun baxımından bu cür əsərlər ən çox yetkin auditoriyaya ünvanlanır və tamaşaçılara yaş məhdudiyyətləri qoyur (böyüklər üçün məzmun). Qrafik romanlar ənənəvi komikslərdən və manqalardan təkcə süjetinə və çəkiliş keyfiyyətinə görə deyil, həm də görünüşü və qiymətinə görə fərqlənir . Onlar adətən yüksək keyfiyyətli kağızda cilddə nəşr olunur, standart 46–48 səhifədir (yuxarıya doğru fərqlər var). Həmçinin, qrafik romanla sadəcə bir komiks silsiləsi arasındakı fərq ondan ibarətdir ki, albom çox vaxt bir nəfər, maksimum üç nəfər tərəfindən yaradılır: ssenarist-müəllif, rəssam və kolorist, halbuki seriallarda yaradıcılar tez-tez müxtəlif üslubda dəyişirlər . == Avropada qrafik roman == Ən çox qrafik romanların nəşri Fransa və Belçikada baş verir . Fransada qrafik romanlar 9-cu sənət növü hesab olunur və dövlət səviyyəsində dəstəklənir.
Danik Snelder
Danik Snelder (d. 22 may 1990) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Danik Snelder Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Rafik (Xaybulla)
Rafik kəndi (başq. Рафиҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Rafik kəndinin milli tərkibi: başqırdlar 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 53 km., kənd sovetliyindən (Ufa): 5 km ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 84 km.Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Rafik Məmmədov
Rafik Məmmədov (coğrafiyaçı) (d. 1934) — Professor.
Rafik Zexnini
Rafik Zexnini (12 yanvar 1998) — İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubunda hücumçu kimi çıxış edən peşəkar Norveç futbolçusudur. == Karyerası == === Klub === Rafik Zexnini 17 iyul 2017-ci ildə İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubu ilə müqavilə imzalamışdır. == Karyera statistikası == 17 iyul 2017-ci il əlumatlarına əsasən.
Rafik Əliyev
Rafiq İsmayıl oğlu Əliyev () — Birinci Qarabağ müharibəsi şəhidi == Həyatı == 1969-cu ildə Yevlax rayonunun Balçılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o vaxtki sovet ordusunda həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Hərbi xidmətini Kubada çəkib (2 il). Hərbi xidmətini bitirdikdən sonra vətənə dönüb. 1992-ci ildə Rafiq cəbhəyə gedib. 1 il 2 ay müxtəlif cəbhələrdə döyüşüb. 1993-cü ildə Ağdam cəbhəsində gedən ağır döyüşlərdə iştirak edib. Fərrux yüksəkliyi uğrunda döyüş əməliyyatı zamanı 1993-cü il yanvarın 25-də həmin yüksəkliyi müdafiə edərkən şəhid olub..
Çafik Bouaoud
Çafik Bouaoud (12 fevral 1999) — Əlcəzairli atıcı. Çafik Bouaoud Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Çafik Bouaoud birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 612.1 xal toplayaraq 47-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kömür (qrafik material)
Qrafik material olan kömürlə çəkilmiş rəsm sənəti; Qurğuşun, kömür, qrafit kimi rəsm alətləri ilə çəkilmiş şəkildir. Təbiətdə olan bir çox materialına görə ən qədim sənət sahələrindən biridir. Təsviri sənətlərdə təhsilə və işə başlamaq üçün qrafik alət olan kömürlə çəkilmiş dizayn işlərindən istifadə edilir. Bununla birlikdə, Kömürlə çəkilmiş şəkillər özü bir sənət qolu olmuşdur. Ölçü şəkilə fərqli rənglər əvəzinə eyni rəngin fərqli tonları ilə verilir. Mənzərə, interyer, natürmort və abstrakt əsərlər kömür ilə çəkilə bilinsə də, daha çox portret şəklində istifadə olunur. Portretlərdə kömür və yağlı boya əvvəllər olduğu kimi bədii və ticarət dəyərini qoruyur. Eyni zamanda, digər texnikalardan daha asan və daha ucuz olması bu sahədəki həvəskar tədqiqat eskizlərini artırmışdır. Müxtəlif bədii baxışlara baxmayaraq kömür realizmin ən qalıcı texnikasıdır. Rəssamların fərqli üslublarına baxmayaraq, ən fərqli üslublar; ştrixləmə, cızma-qara, tonlamaq və kölgələndirmək.
Qrafik fayl formatları
Qrafik fayl formatlari-Görüntünü ötürmək və ya fayl şəklində saxlamaq üçün müəyyən formatlar yaradılmışdır.BMP,PCX,PNG,TİFF,GİF və ən populyar JPEG. == BMP == BMP(ing."Bit MaP-bit xəritəsi")-Microsoft şirkətinin Windows əməliyyat sistemi üçün əsas formatdır.Çünki bu sistemin daxili formatına daha çox uyğun gəlir. Burada massivin indeksi -palitranın rənginin nömrəsi onun məzmunu isə-rəngi üç əsas komponentin parlaqlıq dərəcəsinə görə təsvir edən üç ədəddir.R/G/B(red/green blue) == PCX == PCX - ZSoft firması tərəfindən hazırlanan və Microsoft şirkətinin MS-DOS əməliyyatlar sistemindəki PC Paintbrush proqramı üçün istifadə edilən standartdır.Lakin PSX formatı Bmp qədər populyar ola bilmədi.Xüsusi qrafik redaktorlar-Corel Draw Ulead Photo express Adobe Photoshop bu formatı dəstəkləyir. == GIF == GIF(ing.Graphics İnterchange Format-qrafik mübadilə formatı) ilkin olaraq CompuServe şəbəkəsi üçün nəzərdə tutulmuşdu.GİF-də qrafik informasiya bir-birinin ardınca gələn bloklardan ibarətdir. Gif fayllarının çatışmayan cəhətləri rəng dərinliyinin çox olmamasıdıir.(cəmi 256 rəng) ve rastr massivinin verilənlərinin LZW qapalı alqoritminin sıxılmasını göstərmək olar.
Qrafik istifadəçi interfeysi
Qrafik istifadəçi interfeysi (ing. Graphical User Interface; GUI) — istifadəçi interfeysinin bir növüdür. Bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s.) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən (COMMAND-LINE INTERFACE) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur. Məsələn, Mac OS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXTSTEP, OS/2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır. Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa, proqramçılar tez-tez rastlaşılan məsələləri (məsələn, verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI-interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu) dəstəklənməsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.
Afik Həsənov
Afik Namik oğlu Həsənov (1 noyabr 1999; Böyük Muruq, Qusar rayonu, Azərbaycan — 3 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Afik Həsənov 1 noyabr 1999-ci ildə Qusar rayonunun Böyük Muruq kəndində Namik Həsənovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Qusar rayon Böyük Muruq kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afik Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri olan Afik Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Afik Həsənov 3 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində bir çox hərbi qulluqçular ilə birlikdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ədadil Qadınəfəndi
Ədadil Qadınəfəndi (d. 1845 — ö. 12 dekabr 1875) — 32. Osmanlı sultanı Əbdüləzizin ikinci xanımı. == Həyatı == Ədadil xanım 1845-ci ildə Abxaz əsilzadəsi Tandal bəy Aredba və xanımı Aublaa xanımın ailəsində dünyaya gəlmişdir. Saray xidmətçilərindən biri tərəfindən saraya alınmış, Validə Pərtəvniyal Sultan tərəfindən xüsusi təhsil almışdır. Mavi gözləri və uzun qəhvəyi saçları ilə tezliklə vəliəhd Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi və 1861-ci ilin yazında cütlük Dolmabağça sarayında evləndi. Bir neçə ay sonra əri taxta çıxmış, Ədadil xanım da ikinci qadınəfəndi olaraq sarayda nüfuz qazanmışdır. Nigahdan bir il sonra ilk övladı Mahmud Cəlaləddin Əfəndini, 1866-cı ildə isə Əminə Sultanı dünyaya gətirmişdir. Ancaq qızı çox keçmədən vəfat etmişdir.