NƏHMƏDULLA
NƏHMƏTULLA
OBASTAN VİKİ
Ceyhun Nəhmətov
Ceyhun Ehtiqad oğlu Nəhmətov (8 sentyabr 1994, Mərdəkan – 8 noyabr 2020, Ağbənd, Zəngilan rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Nəhmətov 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001–2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur. == Hərbi xidməti == 2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018 ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etmişdir. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayılın azad edilməsində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir. Əlində qumbara ilə erməni səngərində 7–8 ermənini birdən partladıb məhv eləmişdir.
Könül Nəhmətova
Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri,Kurikulum jurnalının məsul katibi. == Həyatı və təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir . == Elmi və pedaqoji fəaliyyəti == 1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Telman Nəhmətov
Telman Təyyar oğlu Nəhmətov (29 aprel 1990; Astara rayonu, Azərbaycan SSR — 31 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Nəhmətov 1990-cı il aprelin 29-da Astara rayonunun Alaşa kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Telman Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Nəhmətov oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Alaşa kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Vüsal Nəhmətov
Vüsal Üzeyir oğlu Nəhmətov (2 oktyabr 1987; Astara rayonu, Azərbaycan SSR — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Nəhmətov 1987-ci il oktyabrın 2-də Astara rayonunun Səncərədi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Vüsal Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Nəhmətov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Nəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Nəhmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

заседе́льный к бе́су кедро́вик коллаге́н по-бербе́рски то́чечный дубле́т обая́тельный потяну́ть промётывание Днепр толуй hygiene illusionary justiciar mothership puma rapid-fire sound-change spirit-merchant деревце помпезный раскручиваться саксаул уступообразный