Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ulduzə Nəsirova
Ulduzə Nəsirova (27 aprel 1956)— Azərbaycanlı teatr və kino aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2008). == Həyatı == Ulduzə Nəsirova 27.04.1956-cı il tarixində anadan olub. Ulduzə Nəsirova 1974–1978-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu " fakültəsində təhsil alıb. 1978-ci ildə U. Nəsirova təyinatla M. Davudova adına Mingəçevir Dövlət Dram teatrına işləməyə göndərilib. Az bir müddətdə Mingəçevir teatrının səhnəsində bir-birinin ardınca oynadığı obrazlarını özünəməxsus ştrix və boyalarla yaradaraq tamaşaçı rəğbəti qazana bilmişdir. Onun zəhmətkeşliyi, oynadığı rollara yaradıcı münasibəti, təvazökarlığı az bir müddətdə Ulduzə xanımı Mingəçevir tamaşaçılarının sevimlisi etmişdir. 1984-cü ildən U. Nəsirova, taleyini Sumqayıt Dövlət Dram teatrı ilə bağlamışdır. Bu teatrda işlədiyi müddətdə U. Nəsirova müxtəlif səpgili, zidd xarakterli rollar ifa etmişdir.1993-cü ildə Respublikamızda keçirilən mono-tamaşalar festivalında Çingiz Ələsgərlinin "Etiraf" adlı mono-tragifars əsəri ilə çıxış edən U. Nəsirova həmin festivalın "Faciə ilahəsi" adına layiq görülmüşdür. Bu istedadlı aktrisanın sənətkarlığını nəinki Sumqayıtlılar, Azərbaycan tamaşaçıları, hətta Dağıstan və Qazaxıstan teatrsevərləri də rəğbətlə qarşılamışlar. U. Nəsirova 2003-cü ildə Respublika Prezidenti mükafatçısı olub.
İohann Altuzi
İohann Altuzi (alm. Johannes Althusius‎) (1557–1638) Alman filosofu, ilahiyyatçısı. == Həyatı == == Fəlsəfəsi == İohann Altuzi elə bir müqavilə nəzəriyyəsini təklif etdi ki, o, dinə deyil, müxtəlif ictimai birliklərin mövcudluğuna əsaslanmış olsun.Bu nəzəriyyədə müqavilə anlayışı həm müxtəlif sosial qruplar arasındakı, həm də, hökmdarlar və təbəələr arasındakı qarşılıqlı əlaqələrin izahı üçün tətbiq edilir. Müxtəlif birliklər - ailə, gildiya, yerli icma, əyalət, millət – müxtəlif vəzifələrə malikdirlər və müxtəlif razılaşmalara uyğun olaraq qurulurlar. Ali hakimiyyət həmişə xalqa yəni, fərdlərə deyil, iyerarxik olaraq qaydaya salınmış ictimai üzvi birliklərə - ailədən dövlətə kimi - məxsusdur. Kral və dövlət xidmətçiləri xalqdan hakimiyyəti o şərtlə alırlar ki, onlar müqavilənin özlərinə aid hissələrini yerinə yetirirlər. Bu Altuziyə izah etməyə imkan verir ki, ali hakimiyyətin həmişə xalqa məxsus olmasına baxmayaraq, kral və bürokratiya inzibati hakimiyyətə əslində hansı yolla malik olurlar. Hər bir şey spesifik dini anlayışlarla deyil, sosial qruplar arasında olan razılaşma, müqavilə ilə izah edilir. Müstəqil milli dövlətlərin yaranmasından sonra, onların qarşılıqlı münasibətləri barədə məsələ meydana çıxdı. Bu qarşılıqlı münasibətləri nizama sala bilən hər hansı bir təsisat yox idi.
Eltun Hüseynov
Eltun Tahir oğlu Hüseynov (27 fevral 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == Fərid Kərimzadə Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 2012-ci ildə klubun əvəzedicilər dəstəsində debüt etmişdir. Həmçinin həmin ildən bakılıların əsas heyətində çıxış edir. O, Bakı klubunun tərkibində debütünü 12 may 2014-cü ildə Azərbaycan Premyer Liqasının XXXV turunda AZAL klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında aşağıdakı kimidir: == Maraqlı fakt == 2012-ci ildə dizindən ağır zədə aldığı üçün Türkiyədə əməliyyat olunmuşdur.
Eltun Kərimov
Eltun Zaur oğlu Kərimov (1 fevral 2001; Krasnoturinsk, Sverdlovsk vilayəti, Rusiya — 15 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltun Kərimov 1 fevral 2001-ci ildə Rusiyanın Sverdlovsk vilayətinin Krasnoturinsk şəhərində anadan olmuşdur. Əslən Şəki şəhərindən idi. 2008-ci ildə Krasnoturinsk şəhər 5 saylı beynəlmiləl tam orta məktəbdə təhsil almışdır. Təhsilini 2015-ci ildən Şəki şəhər 9 saylı tam orta məktəbin rus bölməsində davam etdirmiş və 2018-ci ildə məktəbin 9-cu sinfindən məzun olmuşdur. Ailəsində özündən başqa bir qardaşı və bir bacısı var idi. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eltun Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Eltun Kərimov 15 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Eltun Qasımov
Eltun Vüqar oğlu Qasımov (18 oktyabr 1994; Bakı, Azərbaycan — 18 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltun Qasımov 1994-cü il oktyabrın 18-də Bakı şəhərində anadan olub. Ailəli idi. 10 aylıq oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Eltun Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Eltun Qasımov oktyabrın 18-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eltun Yaqublu
Eltun Sofik oğlu Yaqublu (19 avqust 1992, Bakı) — Səbail klubunun kapitanı və müdafiəçisi .
Eltun İsgəndərov
Eltun Xaləddin oğlu İsgəndərov (21 oktyabr 1990, Əhmədbəyli, Samux rayonu – 18 iyun 2009, Cəlilabad rayonu) — əsgər, Azərbaycanın Milli Qəhrəmanı (2009). == Həyatı == Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. 1996-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Hərbi xidməti == 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Eltun İsgəndərov Sərhəd Qoşunlarında xidmət edib, özünü nümunəvi əsgər kimi göstərib. Eltun İsgəndərov 2009-cu il iyunun 18-də İran İslam Respublikası istiqamətində, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə döyüş zamanı Sərhəd Xidməti hərbçilərinin mövqelərinə atılmış qumbaranın üzərinə atılıb. Hadisə nəticəsində Eltun İsgəndərov şəhid olaraq ətrafdakı əsgər və zabitlərin həyatını xilas edib.Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Eltun Xaləddin oğlu İsgəndərov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. == Xatirəsi == 2019-cu ilin iyununda Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Eltun İsgəndərovun adı verilib və məktəbin qarşısında büstünün açılışı olub. == İstinadlar == == Ədəbiyyat == Fəxrəddin Quliyev, "Milli qəhrəmanlar", "Məktəb" qəzeti, №39(304), 20 oktyabr 2014-cü il. səh.1 Azərbaycan Respublikası Xatirə Kitabı, X cild.
Eltun Əliyev
Eltun Elnur oğlu Əliyev (29 avqust 2001; Sumqayıt, Azərbaycan — 16 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltun Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. == Hərbi xidmətləri == Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə – ön xətdə baş atıcı olaraq xidmət edib.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eltun Əliyev Talış Madagizin azad edilməsində savaşıb. 19 oktyabr 2020-ci il tarixində düşmən gülləsindən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanı'nda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Eltz malikanəsi
Eltz malikanəsi və ya Eltz sarayı (xorv. Dvorac Eltz, alm. Schloss Eltz‎) — Xorvatiyanın Vykovar şəhərində yerləşən Barokko üslubunda malikanədir. 18-ci əsrə aid malikanədə Vykovar şəhər muzeyi yerləşir. Malikanə 1993 və 2001-ci illərdə buraxılmış Xorvatiya 20 kunasında, əskinasın əks tərəfində təsvir edilmişdir. Saray 1991-ci ildə Xorvatiya Müharibəsində dağıdıldı, lakin dörd illik bərpa işlərindən sonra 2011-ci ilin oktyabrında müharibədən əvvəlki görünüşü tamamilə bərpa edildi. == Tarixi == 1736-cı ildə Müqəddəs Roma İmperiyasının arxikansleri Filip Karl von Eltz-Kempeniç (1665–1743) Slovaniya Krallığının Srem bölgəsində, daha sonra Habsburq monarxiyası tərfindən idarə olunacaq hissədə bir malikanə satın alır. Saray ilk olaraq 1749–1751-ci illərdə Alman Katolik zadəganları olan Emtz sülaləsi tərəfindən tikilmiş, daha sonralar zaman keçdikcə genişləndirilmişdir. Sarayın hərbi cəbhəyə yaxın əraziləri Osmanlı qoşunları və yerli Hayduk hərbi qüvvələri tərəfindən zərbələrə məruz qalmışdır. İkinci Dünya Müharibəsinin sonlarında Yuqoslaviya Partizanları ölkəni nəzarət altına aldıqdan sonra, 1944-cü ildə malikanə Yuqaslaviya Sosialist Respublikasının kommunist idarəsi tərəfindən müsadirə edildi və Yakob Qraf zu Eltz ailəsi Vykovarı tərk etmək məcburiyyətində qaldı.
Elnur Eltürk
Elnur Eltürk (Elnur Hüseynov Nazim oğlu; d. 26 noyabr 1983, Sahil qəsəbəsi, Qaradağ rayonu, Azərbaycan SSR, SSRİ) — diaspor üzrə araşdırmaçı ekspert. Azərbaycan Kikboksinq Federasiyası üzvü və AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst Elektron Resursları şöbəsinin müdiri(2018–2020). Elnur Eltürk Azərbaycan diasporunun inkişafı üçün göstərdiyi fəaliyyətlərə görə mərkəzi Niderlandda yerləşən Niderland Türk Federasiyasının təşəkkür plaketi ilə təltif olunmuşdur, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini (2019–2020)., Türk Ağsaqqalları Birliyinin sədr müavini == Həyatı == Elnur Eltürk 1983-cü ilin 26 noyabr tarixində Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2001–2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix faklütəsində təhsil almışdır. Təhsil aldığı müddətdə ictimai fəallığı ilə seçilən Elnur Eltürk ilk jurnalist təcrübələrinidə tələbəlik illərində qazanmışdır. Jurnalist kimi Azərbaycan mətbuatına gəlməsi 2008-ci ildə baş verib. İnternet üzərindən yayımlanan müxtəlif xəbər saytlarında işləməyə başlayan Elnur Eltürk 2012-ci ildən etibarən Azərbaycan diasporunun inkişafı istiqamətlərində də işlər görməyə başlayır. Müxtəlif vaxtlarda Güney Azərbaycan Televiziyası və Təzadlar qəzetində mütəxəssis kimi çalışmışdır. Mətbuat sahəsində çalışdığı orqanlardan biri də BayMedia İnformasiya Portalıdır.
ELTE
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir == Tarixi == 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Elize Reklü
Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı == Həyatı == Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır.
ELTE İngilis və Amerika Araşdırmaları Məktəbi
Eötvös Loránd Universitetinin Humanitar Elmlər Fakültəsinin İngilis və Amerika Tədqiqatları Məktəbi (School of English and American Studies, SEAS) 1886-cı ildə İngilis Dili və Ədəbiyyatı Departamenti kimi təsis edilmişdir və o, Budapeşt, Macarıstanın Jozsefvaros şəhərində Rakóczi út şəhərində yerləşir. == Tarix == 1886-cı ildə 1882–1888-ci illərdə Din və Təhsil Naziri və 1885–1888-ci illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti olmuş Ágoston Trefort Macarıstan Kral Universitetində ingilis dilini öyrətmək üçün Arthur Pattersondan xahiş etdi və onu tapşırdı. == Təşkilat == Rəhbərlik direktor və iki direktor müavinindən ibarətdir. === İnstitutun rəhbərliyi === === İnstitutun direktorları === === şöbələri === İngilis və Amerika Tədqiqatları Məktəbində 5 şöbə fəaliyyət göstərir. == Proqramlar == SEAS-da bir bakalavr və iki magistr proqramı mövcuddur.