Eltun Xaləddin oğlu İsgəndərov (21 oktyabr 1990, Əhmədbəyli, Samux rayonu – 18 iyun 2009, Cəlilabad rayonu) — əsgər, Azərbaycanın Milli Qəhrəmanı (2009).[1]
Eltun İsgəndərov | |
---|---|
Eltun Xaləddin oğlu İsgəndərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əhmədbəyli, Samux rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Cəlilabad, Azərbaycan |
Vəfat səbəbi | Döyüşdə ölüm |
Dəfn yeri | Əhmədbəyli, Samux rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Hərbi hissə | Cəlilabad Sərhəd Dəstəsi |
Xidmət illəri | 2008—2009 |
Rütbəsi | Əsgər |
Təltifləri |
Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. 1996-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Eltun İsgəndərov Sərhəd Qoşunlarında xidmət edib, özünü nümunəvi əsgər kimi göstərib.
Eltun İsgəndərov 2009-cu il iyunun 18-də İran İslam Respublikası istiqamətində, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə döyüş zamanı Sərhəd Xidməti hərbçilərinin mövqelərinə atılmış qumbaranın üzərinə atılıb.[2] Hadisə nəticəsində Eltun İsgəndərov şəhid olaraq ətrafdakı əsgər və zabitlərin həyatını xilas edib.[2]
Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Eltun Xaləddin oğlu İsgəndərov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]
2019-cu ilin iyununda Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Eltun İsgəndərovun adı verilib və məktəbin qarşısında büstünün açılışı olub.[4]