Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emu
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
Adi emu
Adi emu (lat. Dromaius novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Emu müharibəsi
Emu müharibəsi — Avstraliya ordusu və emu dəvəquşuları arasında 1932-ci ildə başlayan müharibə. Müharibə 1 həftə davam etmiş və 2500 emunun öldürülməsi ilə bitmişdir. == Ümumi məlumat == Avstraliyanın qərbində sayları həddindən çox olan, emuların məskunlaşması ərazidə ərzaq və su qıtlığına səbəb oldu. Müharibə zamanı pulemyotlarla silahlanmış əsgərlər emuların üzərinə hücuma keçdilər. Hər bir əsgər iki pulemyotla silahlanmışdı. Bu əməliyyatda 2500 emu öldürüldü. == Arxa fon == Birinci Dünya müharibəsindən sonra, müharibədə xidmət etmiş veteranlara Avstraliya hökuməti tərəfindən Qərbi Avstraliya daxilində, çox vaxt kənd təsərrüfatı təyinatlı torpaqlar verilirdi. 1929-cu ildə Böyük Depressiyanın başlaması ilə hökumət subsidiya şəklində yardım vəd edib fermerləri buğda məhsullarını artırmağa təşviq etdi lakin vədinə sadiq qala bilmədi. Vəd edilmiş subsidiyalara görə, buğdanın qiyməti aşağı düşməkdə davam edirdi. Təxminən 20.000 emusun gəlməsi ilə fermerlərin çətinlikləri daha da pisləşdirdi.
Qara emu
Qara emu (lat. Dromaius ater) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Emulqatorlar
Emulqatorlar — emulsiyanın alınmasını təmin edən və təbii şəraitdə qarışmayan maddələr qarışığını stabilləşdirən səthi aktiv maddələrdir. Emulqatorun molekulları bir terminalı hidrofil, digəri isə lipofil olan uzadılmış formaya malikdir. Öz quruluşunun xüsusiyyətlərinə görə fazalar arasında nazik qat təşkil edərək neft və su fazalarının ayrılma sərhəddində yerləşir və bununla da damcıların birləşməsinin qarşısını alır. Kimyəvi cəhətdən emulqatorlar anion, kation və qeyri-ionagen olur. Emulqatorlar bitki, heyvan və ya sintetik mənşəli ola bilərlər. Qida sənayesində həm təbii, həm də sintetik emulqatorlardan istifadə olunur. Təbii emulqatorlar zərərsizdir. Qida sənayesində istifadəsinə icazə verilən emulqatorlar zərərsiz hesab olunur, buna baxmayaraq onların bir çoxları üçün qəbuledilmənin gündəlik maksimum norması hazırlanmışdır ki, bu normanı aşmaq məsləhət görülmür. Təbii emulqatorlara yumurta sarısı, təbii lesitin, soponinlər və s. misal göstərmək olar.
Emulsiya
Emulsiya — qaba dispers sistemlərdə həm dispers mühiti və həm də dispers fazanı bir-birində həll olmayan mayelər təşkil edir. Emulsiyanın tipik misalı süd ola bilər. Süddə kiçik yağ hissəcikləri maye mühitdə asılı vəziyyətdə olur.. == Davamlılığı == Emulsiyanın davamlılığı nisbətən az olur. Belə sistemdə kiçik damcılar tədricən bir-biri ilə qarışaraq iriləşir və emulsiyada təbəqələşmə gedir. Məsələn, süd bir müddət qaldıqda yağ hissəcikləri ayrılaraq onun üzərində qaymaq təbəqəsi əmələ gətirir. Emulsiyanın dağılması müəyyən vasitələrlə sürətləndirilə bilər. Məsələn, sentrifuqalama, elektrik sahəsinin təsiri, müəyyən elektrolit və qeyri-elektrolitlərin daxil edilməsi emulsiyanın dağılmasını sürətləndirir. Kifayət dərəcədə davamlı emulsiya yalnız stablizator adlanan müəyyən maddələrin iştirakı ilə alınır. Belə maddələr (onlara emulqatorlar da deyilir) hissəciklərin səthində adsorbsiya olunaraq, emulsiya aqreqativ davamlılıq aşılayır.
Emulyator
Emulyator – hər hansı qurğuya, məsələn, kompüterə, başqa bir qurğunun işini yamsılamağa (imitasiya etməyə) imkan verən aparat və ya proqram vasitəsi. Emulyatorlardan yeni kompüterlərin yaradılmasında istifadə olunur: onların köməyilə mövcud aparat və proqram vasitələri hazırlanmaqda olan kompüterlərin modelini qurur. Bundan başqa, emulyatorlardan rabitə sistemlərində hər hansı qəbuledici və ya verici qurğuları imitasiya etmək məqsədilə də istifadə olunur.
Emurtia
Evgeniya (lat. Eugenia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Emulqator
Emulqatorlar — emulsiyanın alınmasını təmin edən və təbii şəraitdə qarışmayan maddələr qarışığını stabilləşdirən səthi aktiv maddələrdir. Emulqatorun molekulları bir terminalı hidrofil, digəri isə lipofil olan uzadılmış formaya malikdir. Öz quruluşunun xüsusiyyətlərinə görə fazalar arasında nazik qat təşkil edərək neft və su fazalarının ayrılma sərhəddində yerləşir və bununla da damcıların birləşməsinin qarşısını alır. Kimyəvi cəhətdən emulqatorlar anion, kation və qeyri-ionagen olur. Emulqatorlar bitki, heyvan və ya sintetik mənşəli ola bilərlər. Qida sənayesində həm təbii, həm də sintetik emulqatorlardan istifadə olunur. Təbii emulqatorlar zərərsizdir. Qida sənayesində istifadəsinə icazə verilən emulqatorlar zərərsiz hesab olunur, buna baxmayaraq onların bir çoxları üçün qəbuledilmənin gündəlik maksimum norması hazırlanmışdır ki, bu normanı aşmaq məsləhət görülmür. Təbii emulqatorlara yumurta sarısı, təbii lesitin, soponinlər və s. misal göstərmək olar.
.edu
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
BMU
Bakı Mühəndislik Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi. == Haqqında == 8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılmışdır. Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir. == Tədris == === Fakültələr === Bakı Mühəndislik Uniiversitetində bakalvr, magistratura və doktrantura təhsil səviyyələrində tədris olunan ixtisaslar Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Hal-hazırda universitetə qəbul dörd ixtisas qrupu (fakültə) üzrə aparılır: Mühəndislik İqtisadiyyat və İdarəetmə Pedaqoji Memarlıq və İnşaat İnformasiya və kompüter texnologiyaları fakültəsi === İkili diplom proqramı === Proqramın modeli: 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada. Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alırlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub.
EBU
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
EKU
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
Embu
Embu — Braziliyanın şəhəri.
Emi
Emi — ad Emi Uaynhaus — Emi Li - Amerikalı vokalist və bəstəkar. Emi Adams — Amerikan aktrisası və müğənnisi Emi Yip — Çin aktrisası Emi Yamamoto — Yaponiya qadın futbolçusu. Emi Nakacima — Yaponiya qadın futbolçusu. Emi Morris Bredli — ABŞ-nin Men ştatından olan müəllim Emi Paskal — amerikalı biznesmen və film istehsalçısı. Emi Saymetz — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor.
Emou
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
MMU
Milli Müdafiə Universiteti (Türkiyə)
Şemu
Şemu (sözün kökü şam isti, şemet qızmar deməkdir) — Qədim Misir təqvimində bir mövsüm, istilərin düşmə vaxtı analmını verir. Yuxarı Misir üçün bu müddət fevral ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Şemu mövsümünə Renutet, Xonsu, Xenti-xet və İpet-hemet ayları daxildir. Sülalə öncəsi dövrdən Orta padşahlıq dövrünədək bu mövsüm indiki təqvimlə fevralın əvvəlindən iyunun əvvəlinə qədər, Yeni padşahlıq dövründən başlayaraq, aprelin 28-dən avqusutun 25-nə qədər sürürdü.
Emo
Emo (emosional) — çox vaxt etirafedici sözlərlə xarakterizə olunan rok musiqisinin janrıdır. O, 1980-ci illərin ortalarından Vaşinqtonda sərt pank və post-hardkor üslubu kimi ortaya çıxdı. Rites of Spring və Embrace qrupları digərləri arasında bu janrın öncülləri olub. 1990-cı illərin əvvəllərində və ortalarında emo alternativ rok, indi-rok, pank rok və pop-pank qrupları, o cümlədən Sunny Day Real Estate, Jawbreaker, Cap'n Jazz və Jimmy Eat World tərəfindən qəbul edildi və yenidən kəşf edildi. Çox vaxt bir subkultura kimi görünən emo həm də pərəstişkarlar və sənətçilər arasında xüsusi əlaqəni və moda, mədəniyyət və davranışın müəyyən aspektlərini ifadə edir. Emo modasına dar cins şalvar, qara göz layneri, qrup adları olan dar köynəklər daxildir. 2000-ci illərin əvvəlindən bu cür geyinən emo musiqi həvəskarlarına "emo uşaq" və ya "emo" deyilir. Emo subkulturası stereotipik olaraq sosial yadlaşma, həssaslıq, misantropiya, introversiya və narahatlıqla əlaqələndirilirdi.
Temu
Temu Çin mərkəzli onlayn alış-veriş platformasıdır. Pinduoduo ilə bərabər Çin e-ticarət şirkəti PDD Holdings tərəfindən idarə olunur. Əsasən birbaşa Çindən istehlakçılara göndərilən yüksək endirimli istehlak malları təklif edir.
Ema Ramusoviç
Ema Ramusoviç (28 noyabr 1996, Berane) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ema Ramusoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Emi Adams
Emi Lu Adams (20 avqust 1974[…]) — ABŞ aktrisası. Həm komediya, həm də drama filmlərindəki rolları ilə şöhrət qazanıb. O, üç dəfə dünyanın ən çox qazanan aktrisalarının illik siyahısında yer alıb. Emi iki "Qızıl Qlobus" mükafatı laureatıdır. Emi Adams karyerasına 1990-cı illərdə musiqili teatrlarda rəqqasəlik edərək başlamışdır. O, 1999-cu ildə "Drop Dead Gorgeous" komediya filmində ilk rolunu almışdır. O, bu dövrlərdə müxtəlif teleseriallarda qısa çıxışlar edir, aşağı büdcəli filmlərdə "ləçər qız" rolunu oynayırdı. Emi 2002-ci ildə kinorejissor Stiven Spilberqin "Bacarırsan tut məni" filmində çəkilib. == Həyatı == Emi Adams İtaliyanın Aviano şəhərində amerikalı ailədə anadan olub. O, dünyaya gələndə atası ABŞ ordusunda xidmət edirdi və İtaliyadakı Caserma Ederle hərbi kompleksində yerləşdirilmişdi.
Emi Li
Emi Li (ing. Amy Lynn Hartzler) - Amerikalı vokalist və bəstəkar. Emi Qremmi mükafatı almış Evanescence rok qrupunun quruçusu və vokalistidir. Bəstəkar və vokalist fəaliyyətləri ilə yanaşı peşəkar səviyyədə pianoçudur. Emi Li təsirləndiyi bəstəkar və musiqiçilər arasında Volfqanq Amadey Mosartı, Torri Amosu və Denni Efmanı göstərmişdir. == Həyatı == Li, Con Li və Sara Kargilin ailəsində dünyaya gəlmişdir. Con Li gecə klublarında, Sara Kargil isə televiziyada işləyirdi. Eminin Robbi adından bir qardaşı, Kerri və Lori adlarında isə iki bacısı vardır. Əslində Eminin üç bacısı olmuşdur. Ancaq həmin bacısı asma xəstəsi olduğundan rahat formada nəfəs ala bilmirdi.
Emi Nakacima
Emi Nakacima (d. 27 sentyabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 65 oyun keçirib, 13 qol vurub.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. == Şəxsi həyatı == Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Emi Saymetz
Emi Linni Saymetz (ing. Amy Lynne Seimetz; 25 noyabr 1981, Tampa, Florida) — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor. == Həyatı == Saymetz 25 noyabr 1981-ci ildə Florida ştatının Tampa şəhərində anadan olmuşdur. Los-Ancelesə köçməmişdən əvvəl Florida Dövlət Universitetində film təhsili almışdır. Təhsil aldığı müddətdə dayə, ofsiant və dərzi olaraq işləmişdir. == Şəxsi həyatı == Saymetz 2016-cı ildə film istehsalçısı Şen Kerrat ilə nişanlanmışdır. 2019-cu ildə cütlük ayrılmışdır.
Emi Uaynhaus
Emi Uaynhaus (ing. Amy Jade Winehouse; 14 sentyabr 1983[…] – 23 iyul 2011[…], Kamden[d], London, Birləşmiş Krallıq) — güclü kontralto səsi və eksentik musiqi janrların qarışmasını ifa etməsi ilə məşhur, əsasən R&B, soul və caz, britaniyalı müğənni və mahnıların müəllifi. Tənqidçilər onu 2000-ci illərin aparıcı ifaçılardan biri kimi tanımışdılar. Səsi old school ifaçıları Ella Fitscerald, Dina Vaşinqton və Sara Voqanın səsinə bənzəyir. 2006-cı ildə çıxan Back to Black adlı albomu 5 Qremmi mükafatına layiq görülmüşdür. Ona görə də Ginnesin rekordlar Kitabına 5 dəfə Qremmi mükafatı alan birinci Britaniyalı kimi qeyd olunub. 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi Brit Awards mükafatı almışdır. Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb. == Həyatı == Emi Ceyd Uaynhaus 1983-cü ilin sentyabrın 14-də Londonda Yəhudi ailədə anadan olmuşdur. Onun valideynləri – Rusiya imperiyasıdan mühacirət edənlər Yəhudilərin övladları idilər.
Emi Vaynhauz
Emi Uaynhaus (ing. Amy Jade Winehouse; 14 sentyabr 1983[…] – 23 iyul 2011[…], Kamden[d], London, Birləşmiş Krallıq) — güclü kontralto səsi və eksentik musiqi janrların qarışmasını ifa etməsi ilə məşhur, əsasən R&B, soul və caz, britaniyalı müğənni və mahnıların müəllifi. Tənqidçilər onu 2000-ci illərin aparıcı ifaçılardan biri kimi tanımışdılar. Səsi old school ifaçıları Ella Fitscerald, Dina Vaşinqton və Sara Voqanın səsinə bənzəyir. 2006-cı ildə çıxan Back to Black adlı albomu 5 Qremmi mükafatına layiq görülmüşdür. Ona görə də Ginnesin rekordlar Kitabına 5 dəfə Qremmi mükafatı alan birinci Britaniyalı kimi qeyd olunub. 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi Brit Awards mükafatı almışdır. Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb. == Həyatı == Emi Ceyd Uaynhaus 1983-cü ilin sentyabrın 14-də Londonda Yəhudi ailədə anadan olmuşdur. Onun valideynləri – Rusiya imperiyasıdan mühacirət edənlər Yəhudilərin övladları idilər.
Emi Yamamoto
Emi Yamamoto (d. 9 mart 1982) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 4 qol vurub.
Emi Yip
Emi İp (çincə: Amy Yip, 10 iyul 1966) — Çin aktrisası. 1980–1990-cı illərdə Honq Konq filmlərinin seks simvolu sayılırdı. Bir sıra erotik filmlərdə çəkilmiş və sinəsi ilə tamaşaçıların diqqətini cəlb etmişdir. İlk illərdə seriallarda, daha sonra filmlərdə çəkilmişdir. 2006-cı ildə Emi İp "East Weekly" verilişinə müsahibəsində söyləmişdir ki, 15 ildir Lim Kiam Hvi (Lim Kiam Hwee) ilə görüşməsinə baxmayaraq heç vaxt evlənməyi düşünməmiş və övladının olmasını istəməmişdir. Emi İp müsahibəsində sinəsi sayəsində tamaşaçıların diqqətini cəlb etmək niyyətdə olmadığını söyləmişdir."Həbsxana erotikası", Seks və Zen və sıra Erotik filmlərə çəkilmişdir.
Əmud
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Əmr
Sərəncam — hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun və s. şəklində şərh edilir.
Əbu
Əbu Dücanə